XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 12:46

Türkmənistanda “gülənçilər ovu” başlandı –Təhlil

fg

Türkiyə prezidenti Tayib Ərdoğanın ardıcılları Taksim meydanında  mitinq zamanı

© AFP 2016, Ozan Kose

 

Nik Eşdaun

EurasiaNet.org (ABŞ), 11.12.2016

 

Türkmənistan xüsusi xidmətləri Türkiyə din xadimi Fətüllla Gülənin onlarla ehtimal edilən ardıcılını həbs edib. Bu haqda onların dost-qohumları xəbər verib. Xaricdə təhsil alan Türkmənistan vətəndaşı, saxlanılanların bir neçəsinin şəxsi tanışı Nepes Əzizov deyir: “Adamları aparıb 30- 40 gün saxlayır, kiminsə adını çəkənə qədər işgəncə verirlər. Kiminsə adını deməsən, buraxmırlar”.

Türkmənistanı üçün mühüm tərəfdaş olan Türkiyə hökuməti beynəlxalq islamçı hərəkatın başında duran, Mərkəzi Asiyada yaxşı təmsil edilən Güləni bu ilin iyulunda Türkiyədə baş tutmamış qiyamın təşkilində ittiham edir. Ankara ölkə daxilində hərəkat üzvlərinə hücumları davam etdirir və qonşu dövlətləri də Gülən ardıcıllarına münasibətdə sərt tədbirlər görməyə çağırır. Qazaxıstan və Qırğızıstan daxil olmaqla bəzi ölkələr yardımdan imtina edib, lakin hər şeyə əsasən, Türkmənistan bu çağrışa səs verib.

Britaniyanın Qlazqo universitetindəki Mərkəzi Asiya üzrə mütəxəssis, professor Luka Ançeşçi deyir: “Ankara olduqca əhəmiyyətli tərəfdaşdır, çünki Türkiyə ənənə üzrə Türkmənistana (birbaşa xarici investisiyaların) önəmli qaynağıdır”.

Ançeşçinin sözlərinə görə, Türkiyə az-az ölkələrdən biridir ki, Türkmənistan vətəndaşları xüsusi çətinlik olmadan səfər edir və o bu qayda ilə nəfəslik rolunu oynayır və narazılara Türkmənistanda qalıb problem yaratmaq əvəzinə çıxıb germək imkanı verir.

O bildirir ki, “Hansısa br anda getməyə və haradasa işləməyə imkan vermək lazımdır – xüsusən də gənclərə. Əks halda hər şey barıt çəlləyinə çevrilir” və əlavə edir: “Bu cür imkan Türkmənistandakı iqtisadi böhran fonunda indi xüsusən vacibdir”.

Ekspertin sözlərinə görə, “Türkmənistan vətəndaşlarının Türkiyəyə getmək imkanı olsun deyə, Türkmənistan hökuməti Türkiyə prezidenti Ərdoğan və hökumətinin tələblərini yerinə yetirməyə daha çox meylli olacaq”.

Zamanında Gülən məktəblərindən birini bitirmiş Türkmənistan biznesmeni Kemek Geldıyev repressiyaların başlandığını eşidər-eşitməz oktyabrda digər adamlarla yanaşı Türkmənistandan qaçıb. “Dostlarımızı həbs edəndə bunun bizim də başımıza gələ biləcəyini gözləyib xaricə getdik, – o, EurasiaNet.org-a deyib. – Bundan sonra da belə getsə, çoxları çıxıb gedəcəklər”.

Geldıyevin sözlərinə görə, yüzə yaxn adam həbs edilib və sorğuya tutulub. Müəllim, iş adamı və mühəndislər daxil olmaqla onlardan 20-30-u həbsxanada qalmaqdadır. Türkmənistan vətəndaşlarının əksəriyyəti elektron poçtla EurasiaNet.org-la yazışmada bu rəqəmləri təsdiqləyib.

Xaricdə təhsil alan Н. Х.-in dediyi kimi, onun biznesmen və Gülən məktəbinin məzunu olan qardaşını oktyabrın əvvəlində həbs ediblər. O və ailənin başqa üzvləri həmin ay ona həbsxanada baş çəkməyə nüvəffəq olublar. O, elektron poçtla EurasiaNet.org-a xəbər verib: “Onunla görüşəndə saxlanma şəraiti haqda heç nə demədi. Lakin sifətindən və dərisindən dərhal görünürdü ki, onu işgəncəyə məruz qoyublar”.

Н. Х.-nin bir neçə nəfər söylədikləri ilə üst-üstə düşən sözlərinə görə, onun qardaşının vəkili yoxdur. “Hüquqşünaslar da hökumətdən qorxurlar, – o yazıb. – Bu ölkədə qanunlar işləmir”.

Fəalların dediyinə görə, işgəncə Türkmənistanda geniş yayılmış hadisədir. “Bu, dünyada ən repressiv hökumətlərdən biridir, lakin hətta son repressiyalar onun üçün də xüsusən amansızdır”, – deyə Human Rights Watsch-un Avropa və Mərkəzi Asiya üzrə şöbəsinin direktor müavini Reyçel Denber EurasiaNet.org-a elektron məktubunda bildirib.

Türkmənistanda “türk məktəbləri” adlandırılan ilk Gülən məktəbləri respublikada 1993-cü ildə açılıb. Gülən şəbəkəsi çərçivəsində fəaliyyət göstərən orta məktəblər, dil mərkəzləri və universitet ingilis və türk dilləri, həmçinin Gülən təlimi daxil olmaqla Qərb üslubunda təhsil proqramı ölkənin ən yaxşı təhsil müəssisələri nüfuzu qazanıb. Ola bilsin, prezident Qurbanqulu Berdımuhəmədov sələfi Saparmurat Niyazov qədər Gülən hərəkatı ilə yaxın münasdibətdə olmadığından məktəblərin əksəriyyəti hələ 2011-ci ilin avqustunda bağlanıb.  

Vudro Vilson mərkəzində Mərkəzi Asiya üzrə ixtisaslaşan və Qərb ölkələrinin Türkmənistanda yaşayaraq araşdırma aparan tək-tük vətəndaşlarından biri Viktoriya Klement deyir: “Bunun niyə baş verdiyini heç kim bilmir. Şübhə var ki, (Berdımuhəmədov) Gülən ardıcıllarını son dərəcə nüfuzlu sayır”.

Türkmənistan təhsil sisteminin tarixi haqda kitabı gələn il çap olunmalı olan Klement bildirir: “Onlardan islamı yeritməyə görə şübhələnirlər, hökumət isə bu sahə üzərində nəzarəti saxlamaq istəyir. Bundan savayı, ardıcıllarla qalan cəmiyyət arasında müəyyən mübahisələr var idi”.

Klement əlavə edir ki, bəziləri hesab edirlər ki, Gülən məktəblərinin şagirdləri daha mühafizəkar dindar olublar və “bu, valideynləri narahat edir. Son zamanlarda Ərdoğandan türklər və türk məktəbləri haqda siqnallar gəlirdi və Türkmənistan hökuməti indi bu məktəblərin məzunlarını işə könülsüz götürür və artıq bu sistemdə işləyənlərə böyük şübhə ilə yanaşır”.

O, əlavə edir ki, türk məktəbləri ölkədə ən yüksək ixtisaslı müinlərlə gənc buraxıb və onların “bağlanması cəmiyyət üçün dəhşətli zərbə idi”.

 

Tərcümə Strateq.az-ındır.