XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 12:47

Türk ekspertdən ritorik sual:“Putindən əsil dost çıxarmı?” – Təhlil

h

Akif Beki

Hürriyet (Türkiyə), 16.12.2016

 

Bu ifadə tam şəkildə bu cür səslənməli idi: Putindən böyük dost, AB-dən isə strateji düşmən çıxarmı?

Hətta bir addım da irəli gedirəm. Bizi “Putin Rusiyası AB-dən etibarlıdır”deməyə məcbur edə bilərlərmi?

O, Hələbdə etməyə hazırlaşdığını elədikdən sonra təxliyə dəhlizi açmağa razılaşdı. Bir neçə həftə qidasız və susuz atəş çənbərində, bombardman altında qısılı qalmış yüz minlərlə dinc sakin yardım haqqında fəryad edərkən deyil.

Və hətta Hələbin süqutundan sonra da yol verdiyi atəşkəs rejiminin işləməyinin qayğısına qalmadı. Barışıq təkcə sözdə qalmışdı.

Məgər bircə bu fakt yetərli deyilmi ki, Putinin dostluğuna güvənib AB-i qurban verməyin mümkün olub-olmadığını görək?  

Türkiyənin səyləri ilə təmin edilmiş atəşkəs rejimi haqda bəyan olunduğu anda Rusiyanın BMT-dəki daimi nümayəndəsi sıradakı açıqlamanı verib: “Hələbdə müharibə başa çatıb…”

Başqa sözlə, Moskva, Dəməşq və Tehranın əməkaşlığı sayəsində öldürdüklərini öldürdülər, güllələdiklərini güllələdilər, bombaladıqlarını bombaladılar, atəşlərə yaxdılar, dağıtdılar, bombardman etdilər, od vurdular və alt-üst etdilər…

Və yalnız bundan sonra sağ qalanların təxliyəsinə icazə veriblər.

Bunu ona görə demirəm ki, atəşkəsi təmin etməkdən ötrü Türkiyənin göstərdiyi  səyləri kiçildim. Bu səylər 80-100 min həyatı xilas etməliydi; bunu lazımınca dəyərləndirməmək olarmı? Xeyr, Türkiyə sidqi-ürəkdən əlindən gələni elədi.

Mən bununla razılaşa bilmərəm ki, Putin öz işini bitirib nümayişkaranə jestlə yaxasını kənara çəkib və məsuliyyətdən qurtarıb.

BMT baş katibi Hələbdə yandırılan insan cəsədlərinin sarsıdıcı kadrlarını gördüynü bildirib.  

Amnesty International qeyd edir ki, Hələbdə baş vermiş edamlar haqda xəbərlər hərbi cinayətlətrdən xəbər verir.

Putinin Şərqi Hələbin əvəzində barışığa razılaşdığını düşünərək….  Biz özümüzü elə aparacağıq ki, sanki orada heç bir kütləvi qırğın da olmayıb? Hesab edəcəyik ki, orada insanlığa qarşı cinayət işlənməyib? Əlbəttə, mən Rusiya ilə sərfəli dövlətlərarası münasibətlərin qurulmasının lehinəyəm. Lakin bu o demək deyil ki, Putinə qahmar çıxmaqdan ötrü ona kor-koranə güvənməliyik.

Əgər ABŞ və AB kimi müttəfiqlərimizi etibarsız sayırıqsa, Putin Rusiyasını etibarlı və sadiq dost hesab edəcəyik?

Deyəcəyik ki, Moskvanın terrorçu təşkilatlara dəstək və yer verməklə bağlı xidməti siyahısı ABŞ və AB-nin ikili standartlar xidməti siyahısından daha təmizdir?

Mən bu cür deyə bilmirəm…

Siz məni “AB-dənsə Rusiya daha etibarlı müttəfiqdir” deməyə məcbur edə bilməzsiniz.

Hətta AB-nin ədalətsizlikləri xüsusunda əndişələrimi və Rusiya ilə yaxşı münasibətlər qurmağın xeyrinə öz arqumentlərimi açıqlamasam da, bunu yazıram. Əlbəttə, gəlin, Moskvaya müasibətdə düşmən mövqeyi tutmayaq. Lakin, gəlin, Rusiya ilə ən yaxşı təzahürdə dostluğun xatirinə AB ilə hətta ən pis münasibətləri qurban verməyək. Avropalıları, ən azı, sezmək olur, onlar hərbi cinayətlər üzrə tribinalın tanınmasından imtina etməyəcək. Onlardan, ən azı, bilirsən ki, nə gözləmək olar. Bu cür düşünməyənlərə bir daha düşünməyi təklif edirəm.

Trampın ABŞ Dövlət Departamentinə gətirəcəyi adamı – Putinin çoxdankı dostunu nəzərə almaqla düşünün.

Exxon Mobilin başçısı haqda Putinə daha yaxın bir neçə ABŞ vətənadşından biri kimi danışırlar. Bu, Rusiya liderinin əlindən “Dostluq ordeni” almış amerikalıdır.

Başqa sözlə, ehtimal ki, Trampın prezidentliyi dönəmində Rusiya ilə ABŞ arasında yeni top-top oyunu başlanacaq.

Biri ilə digərinə qarşı oynamaq bizə lap çətin olacaq. Bizim Rusiyanın köməyi ilə ABŞ-a qarşı tarazlıq yaratmaq kimi siyasi alternativimiz qalmayacaq. Putin isə bizim küncə qısnandığımızı görüb inidki kimi qayğımızı çəkməyəcək.

Və, bax, təsəvvür edin ki, Putin onda necə cürətli olacaq.

Özünü Ankara üçün həssas məsələyə sayğı bəslər kimi göstərib hətta Hələb əhalisini qırdıqdan sonra barışığa yol verərmi? Hətta təkcə bu səbəb üzündən də məni “Putin etibara layiqdir. Putinə güvənib ABŞ-a quyu qazmaq və AB-yə isə arxa çevirmək gərəkdir” deməyə məcbur edə bilməzsiniz.

 

Tərcümə Strateq.az-ındır.