XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 17:34

Türkiyəli millət vəkili:“Suriyadan Türkiyəyə qaçan cihadçılar ölkəmizi fəlakətə sürükləyəcək” – Təhlil

c

Erk Acarer

Birgün (Türkiyə), 19.12.2016

 

Cihadçıların Hələb məğlubiyyəti və ehtimal ki, İdlibdə də yeniləcəkləri faktı gündəliyə yeni məsələlər gətirir. Onlar hara can atırlar? Digər yöndən, Suriyada dinc sakinlərin durumu necədir? Bizə xəbər verildiyi kimi, on minlərlə mülki əhalinin Türkiyəyə axını yoxdur. Əsəd onlar üçün Hələbdə düşərgə yaradır. Sirr deyil ki, Türkiyədə yaradılması planlaşdırılan düşərgəyə cihadçılar və ailələri sığışacaq. Bu baxımdan yanaşarkən heç bir şübhə qalmır ki, ölkəni böyük təhlükələr gözləyir. Kinin qızışdırlması, etnik, dini nifaqın dərinləşməsi… Buna bura gələcəyi gözlənilən minlərlə cihadçını əlavə edək. Məgər onlar güclənən ədavət tendensiyasının əsas fəaliyyət simaları olmayacaqlarmı?

Bu problemlər Türkiyə və xüsusən də xeyli sayda ələvinin yaşadığı Xatay üçün təhlükə yaradır. Cihadçılar haqda parlament sorğuları layihələrini parlament müzakirəsinə çıxardan və bölgədəki hadisələrlə bağlı məruzələrilə diqqəti tez-tez cəlb edən Cümhuriyyət Xalq partiyasının deputatı Hilmi Yarayıcı bunu Suriyadakı hadisələrə görə “ölkəni gözləyən risklər” adlandırır.

 

Dünya qəbul etməlidir ki, oyun bitib

 

Yarayıcı Suriyadakı durumu bu cür şərh edir: “Suriyada müharbəni başladan, kütləvi qırğına yol verən, cihadçılar bandasını yemləyən imperialistlər və onlarla əməkdaşlıq etmiş sövdəgər ölkələr üçün oyun başa çatıb. Rusiya və İran döyüş meydanında öz çəkisini sərgiləyəndən sonra müharibənin gedişi cihadçılar bandasına qarşı çevrildi. Əsədin Hələbi götürməsilə bu bandaların üstünlük məkanı daralıb. Suriya xalqları cihadçılar bandasına ölkələrini əldə etməyə imkan vermədilər. Dünya bundan sonra bu faktı etiraf etməlidir”.

 

Cihadçılar başqa yerlərə cumurlar

 

Suriyada müharibənin bitməsinin qaçılmaz olduğuna diqqət çəkən CXP deputatı cihadçıların sonrakı mümkün fəaliyyətini təhlil edir: “Sələfi-cihadçı əhvali-ruhiyyə hələ uzun müddət dünyanın müxtəlif yerlərində öz varlığını hiss etdirməyə məcbur edəcək. Təəssüf ki, Türkiyə onların daha çox peyda olacağı ölkələr içində birinci yerdədir”.


Türkiyə dəstəyini çəksə…

 

Yarayıcı Türkiyənin dəyişməli olduğu xarici siyasət və sonralar nələrin gələcəyi barədə deyir: “Türkiyənin dəstəyi çəkməsi Hələbdə bandaların məğlubiyyətində böyük rol oynayıb. Putinin “Cəbhət ən-Nusra”nı çıxartmaq xahişinə Ərdoğan cavab verib: “Həmkarlarımıza göstəriş vermişik”. Bu eyni zamanda Suriya siyasətinin dəyişməli olduğunun aşkarlanması idi. Bu səbəbdənmi “Cəbhət ən-Nusra” qısa müqavimətdən sonra Hələbdən getdiyini elan edib? İndi aydındır ki, Türkiyənin öz dəstəyini çəkəcəyi anda cihadçıların müqavimət dinamikası sıfıra enəcək”.

 

Ciharçılardan Türkiyədə istifadə olunacaq

 

Cihadçılar bu durumu qəbul edə bilərlərmi? CXP deputatının fikrincə, bu, mümkün deyil. Yarayıcı qeyd edir: “Türkiyənin 2011-ci ildən kürəyini sığalladığı, yük maşınları ilə silah göndərdiyi bu qruplar, əlbəttə, Türkiyənin dəstəyi kəsməsi ilə razılaşa bilməz. Buna görə də Türkiyə bu bandaları atmaq təəssüratını yaratmaq istəməyərək hələ bir müddət onlarla hansısa əlaqələri saxlayacaq. Onlara dayəliyi davam etdirəcək, onlar üçün düşərgələr yaradacaqlar. Ölkə siyasi rəhbərliyi onlardan yararlı olanları öz siyasi məqsədlərinə uyğun şəkildə ölkə daxilində istifadə edəcək”.

 

Cihadçıları mühafizə müəssisələrində işə götürəcəklər

 

Yarayıcı qeyd edir ki, cihadçıları təkcə siyasi məqsədlər üçün istifadə etməyəcək, həm də bəzi sektorlarda işə götürəcəklər: “Özəl mühafizə  şirkətlərinə işə qəbul vaxtı “Türkiyə vətəndaşı olmaq” şərtininn ləğvini bu bandaların işə düzəlməsi üzrə planlar kimi şərh etmək olar. Lakin Türkiyəyə cihadçılar bandasının duracaq tapa biləcəyi təhlükəsiz liman kimi yanaşılması Türkiyəni Suriya müharibəsinin bütün hesablarını ödəməyə məcbur edəcək”.

 

Amerika deyil, Türkiyə ödəyəcək

 

Bu hesabda nələr sadalanır? CXP deputatı bunu belə ümumiləşdirir: “Biz Amerika və Qərb ölkələrinin icarəçisi kimi çıxış etməklə ölkəmizi fəlakətə düçar etmişik və əlbəttə, bunun hesabını imperialistlər ödəməyəcək. Onlar gedəcəklər, biz isə ödəyəcəyik. Biz hökumətə xəbərdarlıq etmişdik, amma bizi dinləməyə məcbur edə bilmədik. Təklif etdiyim parlament sorğusu layihəsində qeyd etmişdim ki, Suriyada bandalar gec-tez uduzacaq, müharibədən qaçmaqla xilas olan cihadçılar burada sığınacaq tapacaqlar. Mən qeyd etmişdim ki, xalqımız məzhəb savaşını qızışdıran və vəhşicəsinə kütləvi qırğınlarda əli olan bu bandalarla yan-yana yaşamağa məcbur olacaq və tədbirlər görməyin gərəkdiyini ifadə etmişdim. Lakin bu layihə də digər bütün təkliflər kimi Ədalət və İnkişaf partiyasının deputarları tərəfindən rədd olundu”.

 

Onlar İdlibdə də məğlub olacaqlar

 

Kahin olmaq lazım deyil ki, cihadçılar bandasının İdlibdə də məğlub olacağını başa düşəsən, – Yarayıcı davam edir. – Və buradan qaçmağa cəhd edənlərin Türkiyədə sığınacaq arayacağını tam əminliklə demək mümkündür. Xüsusən də nəzərə alınsa ki, “Cəbhət ən-Nusra”nın hökm sürdüyü rayonlar Xatayla həmsərhəddir və şübhə yoxdur ki, bu qatillər bir müddətdən sonra Xataya doluşacaq. Bu, başkəsənlər, məzhəb savaşını qızışdıranlar yığıntısı şəhərdə sərbəst şəkildə dolaşacaq. Onlar yeni cinayətkar təşkilatlar yaradacaq və insanların həyatını zəhərləyəcəklər”.

 

Tərcümə Strateq.az-ındır.