XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 16:12

Türk politoloq:“Türkiyə Əsəddən əl çəkməli və Suriya ilə əməkdaşlığa başlamalıdır” – Təhlil

tsq

Türkiyə zirehli texnikası Suriya sərhədində

© AFP 2016, Bulent Kilic

 

Birgün (Türkiyə), 23.12.2016

 

Ədalət və İnkişaf Partiyasının (ƏİP) İŞİD-ə qarşı mübarzə əsasında başladığı “Fərat qalxanı” əməliyyatı çərçivəsində keçən gün daha 14 hərbçi həlak olub. Beləliklə, əməliyyatın 120 günü ərzində həlak olanların sayı 35 nəfər təşkil edib.

Bu arada ƏİP Suriya ərazisi üzrə “irəliləmək”də israr edir. Dekabrın 21-də Əl-Bab rayonunda İŞİD-in hücumu nəticəsində yaranmış toqquşmaların gedişində 14 türk hərbçisi həlak olub, 33 nəfər yaralanıb. Hərbi qaynaqlar bildirir ki, Türkiyə HHQ təyyarələri səhər saatlarında İŞİD-in əsasən Əl-Bab rayonundakı mövqe və sığınacaqlarına ümumilikdə 24 hədəfə zərbə endirib. Axşamüstü isə vurulmuş hədəflərin sayı 67-ə çatıb.

Xəbər verilir ki, İŞİD yaraqlıları uzun müddət döyüş sursatlarının saxlanması üçün istifadə edilən və o cümlədən Türkiyə hərbçilərinin yerləşdiyi səhra hospitalına hücum edib. Burada dörd hərbçi həlak olub. Axşam saatlarında isə bildirilib ki, İŞİD-in kamikadze terrorçuları bu rayonda üç müxtəlif hücum həyata keçiriblər.

 

Sərhəddə həyəcan

 

Digər tərəfdən, qeyd olunur ki, bölgəyə qar düşməsi üzündən nəqliyyat yolları ilə bağlı problemlər meydana çıxıb. Kilis və Qaziantəp xəstəxanaları yüksək hazırlıq vəziyyətindədir. Həlak olmuş hərbçilərin Qaziantəp məhkəmə institutuna göndərmək üçün sərhəddə təcili yardım maşınları və helikopterlər cəmlənib. Həmçinin müalicə ehtiyacı olan hərbçilər Türkiyəyə çatdırılıb. Döyüşlər davam edir.

 

“Nəzarət təmin olunub”

 

Türkiyə SQ-nin səhər bəyanatında bildirilib ki, Əl-Bab-Hələb yolu üzərində tam nəzarət təmuin olunub, üç hərbçi həlak olub, 11-i yaralanıb. Bir qədər sonra verilmiş ikinci bəyanatda isə xəbər verilib ki, həlak olanalrın sayı dördə, yaralıların sayı 15-ə çatıb. Axşam məlumatında deyilib: “Günün ikinci yarısında kamikadze terrorçuların minalanmış avtomobillərlə hücumu nəticəsində üç müxtəlif rayonda Türkiyə SQ-dən on döyüş yoldaşımız həlak olub, 18-i yaralanıb. İlk dəyərləndirməyə görə, onlardan altısı ağır yaralıdır”.

Həmçinin məlumat verilib ki, 138 yaraqlı “zərərsizləşdirilib”.

Türkiyə SQ-də hərbi təyyarələr, “Tufan” haubitsaları və artilleriyadan istifadə ilə İŞİD mövqelərinin bombardmanının davam etdiyini bildirib qeyd ediblər: “Əl-Bab-Hələb yolu üzərində tam nəzarət təmin olunub. Əl-bab rayonunda İŞİD-ə məxsus olduğu müəyyənləşdirilmiş obyektlər müntəzəm atəş altındadır. İndiki ana ZSQ-23 qurğusu ilə təchiz edilmiş pikap tipli üç avtomobil, ağır pulemyotlu 3 avtomobil, DŞK-lı pikap tipli iki avtomobil məhv edilib. HHQ-mizə məxsus hərbi təyyarələrin həyata keçirdiyi hava hücumları nəticəsində 67 hədəf vurularaq məhv edilib; bundan başqa, atəş dəstəyi vasitələrimizin tətbiqi ilə İŞİD-in xeyli obeykti neytrallaşdırılıb. Atəş və döyüş toqquşmaları nəticəsində İŞİD-in 138 terrorçusu zərərsizləşdirilib”.

 

35 hərbçi həlak olub

 

Avqustun 24-də başlanmış “Fərat qalxanı” əməliyyatında indiki anda həlak olmuş türk hərbçilərinin sayı 35-ə çatıb. Suriyada irəliləmək üzrə addımbaşı öz səylərini səsləndirən prezident Ərdoğan deyib ki, Əl-Bab İŞİD-dən təmziləndikdən sonra Türkiyə SQ Xalq özünü müdafiə dəstələrinin nəzarətində olan Minbicə və İŞİD-in paytaxt elan etdiyi Rakkaya yollanacaq.

 

“Əsədə mübtəlalıq bitməlidir”

 

Atılım universitetinin beynəlxalq münasibətlər şöbəsinin müəllimi, professor Həsən Unal Əl-babdakı son hadisələri “Birgün”ə şərh edərkən bildirib: “Türkiyənin Əl-Baba münasibətdə siyasətində əməliyyatın keçirilməsində Suriya ilə əməkdaşlıq etmədiyini qınayıram. Əsədə mübtəlalıq davam edəcəksə, Türkiyənin xarici siyasətinə heç bir səmərə gətirməyəcək”.

Unal həmçinin sıradakını qeyd edib:

“Düşünmürəm ki, Əl-Babda Türkiyəyə çətindir. Çünki Rusiya ilə birgə fəaliyyət göstərilir. Əsədin ünvanına tənqidin səslənməsində Rusiyanın da xatırladılması Türkiyə-Rusiya münasibətlərinə ziyan vura bilər. Lakin səfirin öldürüldüyünə baxmayaraq, hələlik bu durum münasibətlərə ziyan vurmayıb. Ola bilsin, İŞİD-in bu bölgədəki missiyası tezliklə başa çatacaq. O zaman sual doğur: İŞİD yaraqlıları hara yollanacaq? Hələbdən təxliyə gedir, bu, “ən-Nusra” yaraqlılarına da aiddir. Onlar hara gedəcəklər, nə edəcəklər?

Əməliyyatın birinci məqsədi İŞİD-in axırına çıxmaq idi. İkincisi “Demokratik Birlik” partiyasına İŞİD-dən təmzilənmiş əraziləri tutmağa imkan verməmək idi. İndiki anda bu iki məqsədə nail olunub. Lakin minuslar da var – bu, Suriya ilə əməkdaşlığın olmamasıdır. Ola bilsin, bu, dolaysı ilə, Rusiyanın vasitəçiliyi ilə baş verir. Lakin mənim baxışımca, birbaşa əməkdaşlıq etməyə heç bir əngəl yoxdur. Hökumət isə, görünür, buna hələ uzun müddət müqavimət göstərəcək. Bunun nəticələri səfirin qətli, mətbuatın natəmziliynə qədər gedib çıxır”.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə