XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

29 Dekabr 2016 - 19:07

Dünyanın 100 ən böyük konserni:58-i ABŞ-ındır – Təhlil

a

Ulf Zommer

andelsblatt (Almaniya),

 

ABŞ konsernləri 2016-cı ildə hamıdan çox pul qazanır və başqalarındansa iqtisadi baxımdan daha gəlirlidir. Handelsblatt-ın hazırladığı “100 ən bahalı konsern” siyahısı bunu göstərir. Almaniya firmaları onda, demək olar, heç bir rol oynamır.

Donald Tramp ABŞ prezidenmti kimi yanvarda and içəndə öz ölkəsinin iqtisadi gücünə güvənə bilər. Uoll-strit onun seçkiqabağı “birinci növbədə Amerikanlın qayğısına qalmaq” vədini artıq mənimsəyib. Handelsblatt-ın – fond bazarının kapitallaşması üzrə – dünyada ən qiymətli müəssisələr siyahısı göstərir: dünyanın 100 ən böyük firmasından 58-i Amerikada yerləşir. Özü də ilk 13-ü ümumiyyətlə tamamilə Amerikanın – mikroiqtisadi gücün birja tarixində hələ görünməmiş nümayişidir.

Siyahının başındakı təkcə Apple, Alphabet (Google)Microsoft 1,6 trilyon avro ilə Dax-ın birgə götürülmüş və yalnız 1,1 trilyon avro ilə çıxan 30 konsernindən daha bahadır. Bu hakim durum iqtisadiyyatın IT-sektor kimi ayrı-ayrı sahələri hesabına baş tutmur, demək olar, həm də bütün sahələrdə geniş təmsil olunub. Hər şeydən əvvəl Amerikanın yenidən strukturlaşdırılmış ən böyük bankları əvvəlki qüdrətinə qayıdıb. 100 aparıcı konsernə 21 MALİYYƏ institutu aiddir, bunların içində Amerikanın 12 bankı var, lakin avrozonadan biri də yoxdur. Avropa ümumiyyətlə aparıcı firmalar yüzlüyündə əhəmiyyətini itirib. Almaniyanın ən bahalı SAP firması 59-cu yerdədir, onun ardınca 65-ci yerdə Siemens gəlir.

Bu nisbi zəifliyin səbəbi: Dax konsernləri dövriyyənin 70%-i xaricdə qazanıb və azad ticarətdən güclü şəkildə asılıdır. EY konsultasiya şirkətinin Almaniya təmsilçiliyinin başçısı Hubert Bart şübhəyə köklənib: “Yeni sərhədlər, şübhəçilik, hüdudlar və millətçilik Almaniyanın aparıcı konsernləri üçün yüksək risklər ifadə edir”.

Avropa müəssisələrinin zəifliyi artıq bir neçə il ərzində müşahidə olunur. Ən mühüm birja barometri Euro Stoxx 50 2000-ci ildə onun bütün dövrlər üçün ən aşağı 40%-i qeydə alıb. Səhmlərin qiyməti heç vaxt Telekom və internet səhmləriylə bağlı eyforiya səviyyəsinə çatmayıb. Maliyyə və daşınmaz əmlak sahəsində böhran Cənubi Avropa ölkələrinin əksəriyyətində davamlı durğunluq və ümumiyyətlə geriləməyə və hər şeydən başqa qiymətli kağızlar bazarını təhdid edən dövlət borclarına dönüşdü.

Uoll-stritdəki durum tam başqa cür görünür. Burada Dow Jones, S&P 500 kimi mühüm birja göstəriciləri və NASD texnoloji birjası, demək olar, hər gün rekord qırır. Və bunlar heç bir halda əvvəlki illərdəki kimi birjada inkişafa şərait yaradan texnoloji aksiyalar deyil.

 

ABŞ firmaları üstünlüyü genişləndirir

 

Yatırımçılar 2016-cı ildə firmalara bütyün sahələrdə və bütün kəmiyyətlərdə pul qoyub: həm Blue Chips-ə, həm də Caterpillar inşaat maşınlarının istehsalçısına, həmçinin Almaniyada qətiyyən məlum olmayan xırda dəyərlərə. Çünki ABŞ firmalarının yerləşdiyi Russel 2000 də rekord səviyyə qeydə alır. ABŞ səhmləri təkcə bu ildə orta hesabla 12% udub, Dow isə hətta 15% üstünə gətirib. Eyni zamanda Euro Stoxx 50 tam 5% itirib. Kapitallaşmanın qayçıları ilbəil daha da geniş açılır. Çünki anqlosakson MALİYYƏ BAZARLARI kəmiyyəti dövriyyə, gəlir və yaxud qazancla deyil, fond bazarının kapitallaşması ilə ölçür. Və görünür, amerkalılar burada o qədər irəli gediblər ki, onlara çatmaq olmaz: birja göstəricilərinə görə 100 ən güclü müəssisədən 58-i ABŞ-ındır. Dörd il əvvəl bunlar 39 idi. Deyəsən, 1970-ci illərin əvvəlində amerikalılar indiki qədər güclü üstünlük təşkil edirdilər – 100-lük siyahısında 60-dan çox firma ABŞ-dan idi və fond bazarının kapitallaşmasının 80 %-dən çoxunu qeydə alırdı. O vaxt heç bir Dax yox idi, qiymətli kağızlarla əməliyyatlar isə, demək olar, ancaq anqlosakson bölgəsi ilə məhdudlaşırdı. Lakin Amerika firmaları təkcə olduqca dəyərli deyil. Onlar ən çox miqdarda mal satır, heç kimin edə bilməyəcəyi qədər xidmət sayı satır, ən böyük pulu qazanır və iqtisadi baxımdan qalan hamısından gəlirlidir. Təkcə iPhone-Riese Apple, Google axtarış maşını və Microsoft proqram təminatı bu il yekunda, təxminən, 80 milyard avro qazanır. Bu, Slovakiya kimi ölkənin illik ümumi daxili məhsuluna uyğun gəlir və bu, Dax-ın 30 konserninin hamısının ümumi xalis gəlirindən çoxdur.

Bain & Company konsaltinq şirkətindən sənaye eksperti Armin Şmideberq hesab edir ki, “Bu günki gerçəklik artımın Qərbdən gəlməyindədir”.

Seçilmiş prezident Donald Trampın bütün proteksionist xəyallarına rəğmən Amerika bütün dünyaya impuls verir. Yüz aparıcı firmadan dörddə birindən çoxu 2016-cı ildə, təxminən, 10 milyrad avrodan çox xalis gəlir əldə edir. Bunların 18-i ABŞ konserni, yeddisi Asiyadan HSBC Britaniya-Asiya bankının, və ikisi İsveçrənin Roche Novartis kimya nəhəngidir. 2016-cı ildə avrozonadan heç kim buna nail ola bilməyib. Almaniyada Dax-da üç avtomaşın istehsalçısı ən böyük gəlir əldə edəcək. Artıq təkcə bu, Avropanın ən böyük iqtisadiyyatında xüsusi durumu göstərir. Amma çox güman ki, nə Daimler, nə BMW, nə də Volkswagen on milyard avroluq gəlir səviyyəsinə yetişəcək.

 

100 aparıcı konsern mənfəəti qiymət siyasətindən götürür

 

Yüz aparıcı firmadan əksəriyyətinin yüksək GƏLİRLİLİYİ gözə dəyir. Bu ya smartfonları ilə Apple, yaxud bütün dünyaca axtarış maşını ilə məşhur Google və yaxud gündəlik milyarddan yuxarı istifadəçinin şəbəkədə toplaşdığı Facebook-dur – hər birində dollar dövriyyəsində bütün məsrəflər nəzərə alınmaqla ikirəqəmli gəlir qalır. Yüzlük arasındakı dörd müəssisədən üçü dövriyyədən 10%-dən çox gəlir əldə edir. Demək olar, yarısı satışda hətta 20 %-dən çox gəlirə malikdir. Bu, qeyri-adidir. Almaniyada birjada qeydiyyata alınmış firmaların içində ən yaxşı halda on-on ikisi bu cür nəticə göstərə bilər.

Aparıcı firmaların yüksək gəlirinin köklü səbəbi bu faktdır ki, olduqca böyük və beynəlxalq konsernlər mənfəəti qiymət siyasəti, alıcı tələbatı və miqyaslarının üstünlüyündən əldə edir. Buna görə də gəlir azalmır və aşağı düşmür, konsernlər nə qədər çox istehsal edirsə, o qədər də böyük olur. Məsələn, Bill Geytsin 40 il əvvəl qurduğu Microsoft müəssisəsi proqram təminatı ilə bazara o qədər yüksək nüfuz etməyə nail olub ki, yeni istehsalçılar üçün bazarın, heş olmasa, bir hissəsini ələ keçirmək çətinləşib. 2015-ci ildə hər bir dolların dövriyyəsindən 13 sent xalis gəlir qalıb – bu il isə, demək olar, 20 sent ola bilər.

 

Bütün sahələr güc nümayiş etdirir

 

Böyük pulu monopliya strukturu və yaxud daim yeni innovasiyalar olmadan da qazanmaq olar. Bunu davamlı şəkildə, məsələn, Ariel paltaryuyan tozu ilə Procter&Gamble və yaxud şirin içkilərlə Coca-Cola kimi gəlirli konsernlər sübut edir. Prinsipcə, bu, istədiyin kimi surətini çıxartmaq və artırmaq mümkün olan kütləvi məhsuldur. Lakin konsernlər müştəriləri markaya bağlamağa nail olub – həm də bütün dünyada.  

2016-cı il bütün sahələrin, ən azı, ABŞ-da güc sərgilədiyi il kimi maliyyə tarixinə daxil olacaq. Bəlkə də, Avropa ilə Amerika arasında heç harada maliyyə sənayesində olduğu qədər güclü fərq yoxdur. Söhbət yekun məbləğlərdən – aktivlərin və yaxud ümumi kapitalın bütün dəyər məbləğindən gedirsə, onda avropalılar tamamilə rəqabətə girişə bilərlər. Amma bu ancaq məbləğlərə aiddir. İndiki halda Deutsche BANK da hələ də böyük qurum sayılır. Lakin gəlirlilikdə, özəl kapital və qazanc da Amerika ilə Avropa arasında hələ də dünyalar durur. JP Morgan 297 milyrad avro ilə Almaniyanın ən bahalı bankından 12 dəfə bahadır.

ABŞ-ı on ən böyük bankı hələ keçən il xalis gəliri 110 milyard avro artırıb. Bu, böhrana qədərki dövrdən 40 milyard avro çoxdur. Bu il həmçinin JP Morgan Chase, Wells Fargo, Bank of America yenidən ikirəqəmli milyardlıq məbləğ qeydə alıb.

Avropanın ən böyük bankları, əksinə, hələ də böhrana qədərki səviyyəyə çatmayıb. Onlar aşağı fazilərlə borc biznesinin partlayışından daha çox gəlir götürən ABŞ-dakı rəqiblərindən daha çox ziyan görür. Amerika maliyyə institutları maliyyə böhranından sonra dövlət basqısı altında öz kapitallarını vaxtında artırıb böhrandan möhkəmlənmiş halda çıxdığı bir zamanda Avropada bu proses illərlə uzanır.

 

Hətta Tramp da IT-səhmlərin kursunu pərt etmək iqtidarında deyil

 

Lakin ən nüfuzlu sahə Kaliforniyanın innovasiyalıar məskəni və kürəsəl səviyyəli bir çox firmalarla texnoloji sektorlu Silikon vadisi olaraq qalır. Bütün dünyada birja kapitallaşması üzrə yeddi ən böyük konserndən beşi IT-ə məxsusdur. Smartfonlar, internet axtarış və yaxud onlayn ticarətlə: GoogleAmazon, həmçinin Microsoft, Intel, IBM, Oracle və əlbəttə, Facebook dünya bazarlarının sahibidir. Onlar dünya üzrə ən yaxşı işləməçiləri tutur və pulunu bütün yeni formalara qoyan riskli yatırımlar cəlb edirlər. Bir növ, Perpetuum mobile (əbədi mühərrik-tərc.).

Hətta Donald Trampın seçilməsi də IT-n qiymətli kağızlarının kursuna uzun müddət təzyiq edə bilməz. Apple & Co öz yatırımçılarını getdikcə yeni innovasiyalar və yüksək gəlirlə inandırır. Bununla yanaşı inad respublikaçı seçkiqabağı kampaniya zamanı Apple-i boykota çağırıb, çünki smartfon istehsalçısı məlumatların müdafiəsi təsəvvürü üzündən FTB-i təhqiqatlarda dəstəkləməkdən qorxub. Amazon milyardlarla vergi ödmədiynə görə tənqidə məruz qalıb.

Trampın IT-ə dərin antipatiyası qarşılıqlıdır. IT firmaları öz əməkdaşları ilə bərabər Hillari Klintonun kampaniyasına Trampınkından yüz dəfə çox pul ayırıb. Seçkilərdən sonra IT-konsernin kurslarına da təzyiq göstərilib. Dow Jones bir çox ənənəvi sənaye konsernləri ilə yanaşı Exxon, Exxon, General Electric və Caterpillar ətrafında bir həftədən çox müddətdə xeyli inkşaf edib. Belə şey əvvəllər bir həftədən çox çəkməzdi. Lakin dəhşət bitib – çünki IT konsernlər əvvəlki tək ən böyük pulu qazanır. Təkcə Apple 112 milyon avro xalis gəlir əldə edəcək – həm də ilboyu hər gün.

Almaniyanın Commerzbank-ına bunun üçün bir il lazım gələrdi. Deutsche BANK isə 2016-cı ildə buna nail ola bilməyib.

 

Tərcümə  Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə