XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 11:50

Erməni politoloq:“Azərbaycan son möhlətə işarə edir” – Təhlil

q

Roza Ovannisyan

Lragir.am, 30.12.2016

 

Ermənistanla sərhəddə Azərbaycan tərəfdən vəziyyətin kəskinləşdirilməsi indiki mərhələdə iki amillə şərtlənir (Azərbaycan MN-in məlumatına görə, sözügedən təxribat Ermənistan qüvvələri tərəfindən törədilib – tərc.). Bu haqda Lragir.am-la söhbətdə beynəlxalq məsələlər və təhlükəsizlik problemələri üzrə Ermənistan institutunun direktoru Stepa Səfəryan bildirib.

Stepa Səfəryan deyib: “Mən hələ payızda bu ilin sonu və 2017-ci ilin əvvəlində eskalasiyaya səbəb olacaq iki amilə işarə etmişdim. Birinci amil buna müncər olunur ki, Azərbaycan rəhbərliyi, o cümlədən Əliyev açıqca etiraf ediblər ki, Rusiyanın yardımı ilə 2017-ci ildə danışıqlar prosesində irəliləyiş gözləyirlər. Onlar bəyan etdilər ki, bu, onlar üçün son müddətdir. Yəni 2017-ci ilədək özlərini konstruktiv aparmağa hazırdırlar, lakin irəliləyiş olmasa, yenidən hərbi əməliyyatlara əl atacaqlar. Son möhlət gözləntisi Əliyevi eskalasiyaya aparır”.  

Onun fikrincə, ikinci amil ABŞ-da hakimiyyətin dəyişməyidir. Ekspert deyib: “ABŞ-ın məsuliyyət zonalarında ciddi boşluq meydana çıxıb. Hesab edirəm ki, bu amillər indiki eskalasiyada əsaslı rol oynayır”.

Onun sözlərinə görə, digər tərəfdən, Azərbaycan KTMT-də Ermənistana münasibəti diqqətlə izləyib. Əliyev Ermənistanı bu təşkilatda necə alçaltdıqlarını müşahidə edərək bunu Ermənistanın beynəlxalq əlaqələrinin zəiflədiyi və müttəfiqlər tərəfindən qorunmamaq nişanəsi sayır. Bu da münbit zəmin olub.

Stepa Səfəryan yeni eskalasiya proqnozlaşdırır. Azərbaycan tərəfi hücum modelini dəyişib və genişmiqyaslı kəskinləşməyə gedir. Hazırda az şey bu ölkəni dayandıra bilər. Aprel müharibəsində Ermənistan sərhədlərində sülh saxlanırdısa, indi başqa taktika işlədilir.

KTMT-nin 29 dekbar hadisələrinə reaksiyasına gəlincə, Stepa Səfəryan qeyd edir ki, blokun bəyanatında Azərbaycan günahkar tərəf kimi xatırladılmır.

Səfəryan deyir: “Onlar eskalasiya günahkarını göstərməkdən yayınıb və hərbi terminologiyadan istifadə etmədən insidenti fitnəkarlıq kimi qiymətləndiriblər”.

Onun sözlərinə görə, bu blokun dəstəyinə bel bağlamağına dəyməz və Ermənistanın öz təhlükəsizlik sistemini yenidən nəzərdən keçirməyinin çoxdan vaxtıdır.   

 

Tərcümə Strateq.az-ındır. 

 




Yuxarı Əvvələ Ana Səhifə