XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2015 - 13:08

ABŞ niyə Ukraynada iş görmür?

Niyə Obama gərgin fəaliyyətsizlik siyasəti ilə kifayətlənir?

Ukraynada sürən müharibə bu yaxınlarda, nəticədə Krımın ayrılıb Rusiyaya birləşdirildiyi son dərəcə şübhəli referendumun birillik dövrünü keçdi. Sonradan gələn münaqişədə 6 mindən çox adam həlak oldu, Ukraynanın şərqindəki ərazilərin əksəriyyəti dağıdıldı, Kiyevdə hakimiyyət dəyişikliyindən sonra təhlükə qarşısında qalan separatçılara Rusiya dəstəyi faktiki olaraq aşkar göründü. Vaşintonun reaksiyası hiddətli göründü və siyasətçilər şərhçilərlə birlikdə prezidentdən ya Ukraynaya hərbi yardımı artırıb Rusiya ilə gərginlyi şiddətləndirməyi, ya da böyük dövlətlərin hansısa razılaşmsına nail olmaqla daha qətiyyətli rəqiblə münaqişənin dayandırılması naminə bu azönəmli ölkədən imtina etməyi tələb etdilər.

Bu günlərdə öz həmkarım Andrey Krikoviçlə Moskvada Rusiyanın strateji maraqları və münaqişənin müqavilə nəzəriyyəsindən qaynaqlanan məsələləri mövzusunda ekspertlərlə apardığım müsahibələr göstərdi ki, indiki syasət – artan itkiləri müşayiət etməklə heç nə etməmək – Amerikanın xarici siyasət maraqlarına son dərəcə uyğun gəlir. çünki Amerika Rusiya ilə savaşdan imtina edir, o isə özü üçün faydalı məqamda və sərfəli bəhanə ilə savaşa girişmək istəyir.

Bu yaxınlarda dərc edilmiş bir yazını yazmağa hazırlaşarkən Krikoviçlə Rusiyanın strateji maraqlarının vüsətini anlamaq üçün Moskvada xarici siyasət üzrə bütöv bir ekspertlər dəstəsini sorğuya tutduq. Rəyi soruşulanlar dəqiq şəkildə bildirdlər ki, Ukraynadakı müharibə II Dünya Savaşından sonra yaranmış beynəlxalq nizamdan sarsıntının simptomudur. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yevgeni Lukyanovun dediyi kimi, “Bizə Birləşmiş Ştatlarla əyləşib bütün bu qaydaları yenidən nəzərdən keçirtməyimiz lazımdır”.

Ekspertlər sonra bildirdilər ki, Ukraynanın potensial itirilməsi Rusiyanın Amerika birqütblülüyünün doğurduğu nəticələrə qarşı və Moskvanın gözlədiyi çoxqütblü dünyada rəqabətin ortalığa çıxması perspektivində Avrasiya blokunun inkişafı strateji konsepsiyası üçün (Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının möhkəmləndirilməsi yolu ilə) olduqca önəmli olan inteqrasiya kursu yürütməsini birbaşa təhdid edir.

Həmsöhbətlərimizin bildirdiyi kimi, Rusiya ABŞ-ın beynəlxalq nizamda rolunun dəqiq təyin ediləcəyi, həmçinin Amerikaın hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyulacağı “böyük sövdələşmə”yə can atır ki, Amerika öz davranışında proqnozlaşdırıla bilən olsun və səlahiyyət həddini aşmasın.

Bu sövdələşmənin Rusiyanın təhlükəsizliyini qaranta götürən üç əsas yönü var: Rusiya, ABŞ və Avropanın aparıcı dövlətlərini birləşdirən kollektiv təhlükəsizlik haqqında müqavilə, NATO-nun Avropada ağalığına son qoymaq qəsdilə Dmitri Medvedyevin təklif etdiyi qərarların qəbul edilməsi üzrə fövqəlmilli orqan (Avropa Şurası, NATO, AB və KTMT) və postsovet məkanında nüfuz dairələrini qanuniləşdirmək üçün “Monro doktrinası”.

Bu ideyalar Valday klubunun son görüşündə çıxış etmiş Putinin “kollektiv rəhbərlik” təklifinə uyğun gəlir: rəqabət aparan dövlətlər iyerarxiyasının yeni dünya nizamı, qarşılıqlı şəkildə maraqlar dairəsinə qarışmamaq, həmçinin İŞİD terrorizmi kimi qarşılıqlı maraq doğuran transmilli problemlərin həllində qarşılıqlı fəaliyyət. Bütün bu təşkilati tədbirlər tədricən “inteqrasiyalar inteqrasiysına” gətirib çıxarmalıdır ki, iriləşmiş Avrasiya İqtisadi Birliyi Avropa Birliyi və digər Qərb institutları ilə bu nüfuzlu institutlar qədər eyni statusa malik olan bərabərhüquqlu tərəfdaş kimi qarşıqlıqlı fəaliyyətdə ola bilsin.

Bu ideyalar Rusiyanın niyə sonra deyil, məhz indi Ukrayna münaqişəsinin həll edilməsi uğrunda mübarizə aparmaq niyyətinə işarə edir.

Beynəlxalq münasbətlərin gələcəyinə Rusiyanın blok-yönlənmə baxışına əsasən, Ukrayna “əldə edilməsə”, Avrasiya İqtsadi Birliyi artıq çox tezliklə özünün ən yüksək nöqtəsinə çatacaq (2015-ci ilin mayında Qırğızıstan ora daxil olacaq, bölgənin qalan dövlətləri qorxaqlıq göstərib sanki birləşməyə ehtiyat edir).

Rusiya özünün danışıqlar nüfuzunda neqativ dəyişimlər perspektivi ilə üzləşib yubanmadan hərəkət etməyə məcburdur. Əks halda zəifləyəcək və gələcəkdə beynəlxalq nizamın yenidən nəzərdən keçirilməsi uğrunda fəal mübarizə apara bilməyəcək.

Bunlar Rusiyanın hərəkətlərini yaxşı izah edir, lakin münaqişənin davamı üçün Obamanın daha önəmli resurslar ayırmaq və yaxyd qarmaqdan sıyrılıb aradan çıxmaq arzusunda olmamasını necə izah edə bilərik?

Niyə Obama gərgin fəaliyyətsizlik siyasəti ilə kifayətlənir? İstisna deyil ki, Obama da Rusiyanın blok-yönlənmə strategiyasının həmin ən yüksək nöqtəyə yetişməsini görür. Rusiyanın özü də hesab edir ki, bundan sonra tənəzzül başlanacaq. Beləliklə, həmin sövdələşmə çərçivəsində Rusiyaya güzəştlər təkcə avropalı müttəfiqləri dilxor eməz, həm də rəqib üçün xilasedici kəmər olar. çünki onun tənəzzülünü dayandırar. Hətta Ukraynaya görə Rusiyaya meydan oxumaq münaqişənin yayılması kursunu işə salmaqdır. Münaqişənin həlli və yaxud qələbə üçün ABŞ-ın məlum məsrəfləri, az imkan və qətiyyəti var.

Güclənən rəqib çinə nisbətdə strategiyanın işlənib hazırlanmasına gəlincə Obama başqa duruma düşüb. Onunla güzəşt axtarmaq, ya da mübarizyə girişmək lazımdır. çünki dünyada nemətlərin bölünməsi Pekini razı salmır. Rusiya isə, əksinə, tənəzzül durumundakı rəqibdir (onun öz arşınına görə). Buna görə də status-kvonu saxlamaqla sonradan böyük güc mövqeyindən danışıqlara başlamaq üçün üçüncü siyasi kurs yürütmək ABŞ-a sərfəlidir. Obama hesab edirsə ki, Rusiyada daxili struktur ziddiyyətləri (xammal iqtisadiyyatı) var, zahirən isə pik nöqtəsindədir, deməli, təxminən, 60 il öncəki Duayt Eyzenhauerin vəziyyətindədir. O, uzun müharibədə və daxili struktur ziddiyyətləri (komanda iqtisadiyyatı) olan rəqibə qarşı silahlanma yarışında qələbə çalmağa əmin idi, lakin Rusiya sərhədləri yaxınlığındakı qısamüddətli münaqişələrə girməyi qət etmədi. Eyzenhauer 1956-cı ildə Macarıstan hadisələrinə qarışmadı, Obama isə Ukraynadakı hadisələrə qəti şəkildə qarışmır və Rusiya üçün sərfəli olan anda və sərfəli yerdə onunla mübarizəyə girişmir.

Gərgin fəaliyyətsizlik siyasəti Ukraynanın iflasını önləməyə kömək edir, lakin Rusiyaya meydan oxumaq üçün o qədər qətiyyətli deyil. Buna görə də ABŞ-ın arzualrına rəğmən burada hadisələrin dərinləşməsi təhlükəsi var və buna görə Obama
həm ölkə içində, həm də beynəlxalq arenada ciddi tənqidə məruz qala bilər.

Laki uzaq perspektivdə Birləşmş Ştatlar Rusiyaya nisbətdə daha güclü durumda görünə bilər –hətta qoy bu, lap Ukrayna üçün insanların həlakı və böyük dağıntılarla, həmçinin ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsi ilə nəticələnə bilsə də…

Yuval Veber

“Ali İqtisadiyyat Məktəbi”nin dosenti (Moskva)

Qaynaq: İnosmi.ru