XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 18:49

Obamanın Trapmın yoluna diyirlətdiyi “daşlar”:Rusiya “bir saatlıq xəlifəlik"dən niyə qorxur? – TƏHLİL

 tramp esas

Sergey Karaqanov

Politoloq, Rusiya ali İqtisadiyyat Məktəbinin “dünya siyasəti” fakültəsinin dekanı

"Россия в глобальной политике"jurnalı

 

Prezident Obamanın administrasiyası öz səhvlərinə bəraət qazandırmaq üçün beynəlxalq münasibətlərdə ABŞ üçün uğursuz olan tendensiyanı uzatmaq istəyir.

Şübhəsiz ki, Obama özünün uğradığı məğlubiyyət səbəbindən Rusiyaya nifrət edir. O, bacardıqca rus-amerikan münasibətlərinə daha çox ziyan vurmaq istəyir.

Bütün bunlar, hər şeydən əvvəl, Donald Trampın Rusiya ilə əlaqələrini normallaşdırmaq prosesini çətinliyə salmaq üçün edilir. Bu isə həqiqətən çox çətin məsələ olacaq. Çünki tərəflərin bir-birinə olan etimadsızlığı çox böyükdür. Bundan savayı, hadisələr başqa ssenari üzrə inkişaf edə bilər.  

Biz ABŞ-la razılığa gələ bilərikmi? Bunun üçün ölkələrin bir neçə istiqamət üzrə çox nəhəng strateji saziş bağlaması lazımdır. Bunun mümkün olacağı barədə aydınlıq isə yoxdur.

Bütün bunlar isə situasiyanı çətinləşdirir.

Digər tərəfdən, yeni prezidentin istənilən konstuktiv dönüşü ona qarşı ABŞ maraqlarını satdığı haqqında  ittihama çevrilə bilər.

Biz bu vəziyyəti anlayışla qarşılayırıq. Amma obyektiv səbəblər də mövcuddur: Biz Trampa çox ümid edə bilmərik. Ona görə ki, onun necə hərəkət edəcəyini bilmirik. Əvəzində ABŞ-dakı antirusiya əhvalı barədə bizdə yetərli məlumat var.

Baş verənlərin əsas qayəsi isə budur: ABŞ administrasiyası və ona yaxın dairələr Corc Buşdan başlanan və Obama zamanı davam edən xarici siyasətin iflasını izah etməyə çalışıblar. Lakin bunu etmək onlara müyəssər olmayıb. Onlar yalnız vəziyyəti pisləşdiriblər. İndi isə o dairə subut etməyə çalışır ki, haqlı olub.

Əlbəttə, baş verənlər hətta amerikan praktikasında belə nadir təzahürdür.

Çox az adam ABŞ-ın gələcək prezidentinin seçki kampaniyası zamanı Yuqoslaviyaya hucumu, İraq və Liviyaya təcavüzü kriminal cinayət adlandırmasına diqqət yetirdi. O, əlbəttə, haqlı idi – bunların hamısı hərbi cinayətlər idi və yeni Nürenberqin başlanmasına rəvac verirdi. Bu hərəkətləri dəstəkləyən Bill Klintonun və Corc Buşun ətrafında olan bu insanlar indi pəjmürdədirlər, onların gözünü kor nifrət tutub.

Ona görə bu insanlar Rusiyaya və Trampa daha çox ziyan vurmağa çalışırlar. Mən qorxuram ki, bu təkcə sanksiyalarla məhdudlaşmasın. Onlar təxribat yarada, impiçmentə cəhd edə bilərlər. Məncə, yeni prezident mühafizəsini gücləndirsə, daha yaxşı olar.

Bu gün gördüklərimizn səbəbi son illərin məğlubiyyəti və revanş götürmək cəhdidir. Tramp 90-cı illərdən iqtidarda olan Amerikanın iki nəhəng  elitasının – liberalların və mühafizəkarların əlindən bu şansı aldı.

Yeni prezident Amerika siyasi elitasının son 25 ildə yürütdüyü siyasəti məhv edəcəyi ilə hədələyir. Bu elita anlayır ki, Trampın əlində kozır var – o, Amerikanı iqtisadi cəhətdən güclənidrə bilər.

Bu isə Trampın qələbəsini Amerikanın ölümü hesab edən hazırki elitanın mövqelərini zəiflədir. Halbuki, Trampın qələbəsi ilə dollar kursunu möhkəmləndirib və birja kotirovkaları yüksəlib. Tramp Amerikanı güclü etmək istəyir, amma bu yolda elitanı dəyişmək niyyətindədir. Kobud desək, hazırda baş verənlər qansız inqilabdır.

Reallığı anlayanlar – Amerikaya sadiq sənaye ilə bağlı insanlar, hərbçilər ideologiya əsiri olan, iflas olmuş və revanşla alışıb-yanan virtual dünyanın adamlarını əvəzləyir.

 

Tərcümə Strateq.az-ındır