XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2017 - 12:39

Misirli ekspert:“Rusiya Suriyada “şiə qövsü”nü dağıdır” – Təhlil

RP

Feysəl Əl-Qasim

klmty.net (Mİsir), 17.01.2017

 

Bu, həqiqətdir ki, Rusiya İrana düşmən hislər bəsləyə bilməz. Ruslar İranı Rusiyanın Qərbə qarşı əks-tarazlıq kimi gerçəkləşdirməyə çalışdığı və “Avrasiya” kimi məşhurlaşmış ən əziz layihələrinin mühüm tərkib hissəsi sayırlar. Layihənin adından məlum olduğu kimi, o, Qərb blokuna qarşı durmaq üçün bir sıra Avropa və Asiya ölkələrinin vahid blokda birləşdirilməyini təmsil edir. Heç bir şübhə yoxdur ki, ruslar 2000-ci ildə hakimiyyətə gəlmiş Putinin gerçəkləşdirməyə can atdığı bu layihədə İrana güvənirlər. Son illərdə Rusiya ilə İran arasında hərbi əməkdaşlığın həcmi, neft-qaz sahəsində əməkdaşlıq və bu iki qüvvənin Qərbin planlarına qarşı daimi koordinasiyasını xatırlamaq kifayətdir. Lakin bu əsla bildirmir ki, tərəflər arasında hər şey yağ kimi gedir. Əsla yox. Suriya iranlılarla ruslar arasında badalaq ola bilər.  

Heç kimə sirr deyil ki, Suriya məsələsi bölgədə İran layihəsi üçün önəmlidir. İranlılar xeyli onilliklər ərzində Suriyaya siyasi, iqtisadi, mədəni və dini planda yatırımlar qoyublar. Prezident Bəşər Əsədin hakimiyyətə gəlişi ilə yatırımlar, bununla bərabər Suriyaya sızma artıb. İranlıların “böyük dağ” kimi səciyyələndirdiyi, Suriyaya nüfuz etməyi məhdudlaşdıran ata Hafiz Əl-Əsəddən fərqli olaraq Bəşər Əsəd onlara o qədər fəaliyyət azadlığı verib ki, Suriyadakı rejim öz təhlükəsizlik, hərbi və iqtisdadi gücünü itirdikdən sonra onlar həmin rejimin özündən güclü olublar. İndi Suriya prezidenti iranlılar üçün, sadəcə, İran rəhbərinin əlindəki oyuncaqdır. Bu qayda ilə İraqdan sonra “şiə hilalı” deyilən və İordaniya kralı Abdullanın 2004-cü ildə əndişələndiyi dayaq formalaşdıran İran Suriyaya çox şey qoyub.  

Rusiya müdaxiləsi bölgədə şiə qövsü layihəsinə qarşı bu qədər dəhşətli şəkildə təsir edirmi? Şübhəsiz, qoyulmalı olan sualdır. Və hətta Rusiya və İran Avrasiya layihəsində yekdildir və ölkələrin maraqları heç də kəsişmirsə də, əksinə, ziddiyyətlər bəzi məsələlərdə son nişanəyə çatır. Şübhəsiz, Suriya İran-Rusiya münasibətləri üçün ciddi problem yaranır. Rusiya rəsmilərinin İranın Suriada iştirakı haqqında danışıq ahəngi bu ərazidə ruslarla iranlılar arasında maraqların qarşılıqlı aşkar zidiyyətindən xəbər verir. Rusiyanın bəzi rəsmiləri qapalı toplantılarda deyirlər: “İranlılar Suriyadan əliboş gedəcəklər”.

Bu cür güclü bəyanatın eşidilməsi Suriyada tərəflər arasında münaqişənin artıq başlandığına birbaşa işarədir. Dünən rusiyalı məmurdan soruşdum: “Özünüzü fövqəldövlət sayırsınızsa, yeni beynəlxalq sistem yaratmaq və Amerikanı dünyada dayaqlardan məhrum etmək istəyirsinizsə, onda niyə Suriyada atəşkəs sazişinə uyğun olaraq İran silahlı birləşmələrinə nəzarət etmək iqtidarında  deyilsiniz?” Məmurun cavabı bu cür idi: “Bizə Hələbin istənilən rayonunda İranın, heç olmasa, bircə birləşməsini göstərin. Hamısı Hələbdən kənarda əli boşdadır. Hazırda Hələb ərazisinə nəzarət edən hətta şəbihi də (hərbiləşdirilmiş hökumətyönlü birləşmələr, yaraqlılar-tərc.) həbs edən  çeçen polis qüvvələridir”.

Yuxarıdakı sözlər bu faktı təsdiq edir ki, Tehranda iranlı tələbələr bu günlərdə İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin dəfni zamanı Rusiya səfirliyini casus yuvası adlandırmaqla səfirliyə hücum ediblər. Rusiya İran üçün qəflətən hələ bu yaxınlara kimi Amerikanın olduğu  “böyük şeytan”a dönüb.

Məlum olduğu kimi, iranlı nümayişçilərin Tehranda Rusiya səfirliyinə öz-özünə hücum imkanı olmayıb. Sadəcə, bütün hallarda nümayişçilər İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qulluqçularıdır. İİİK onlara təkcə göstəriş və əmr deyil, hətta nümayiş vaxtı qışqırdıqları şüarları da verir. İranlılarla ruslar arasında fikir ayrılıqlarının kəskinləşdiyi göz qabağındadır və daha diplomatik bəyanatların arxasında gizlədilə bilməz. İİKK komandanının bir neçə gün əvvəlki bəyanatını unutmayaq: “Hələb uğrunda döyüş İran islam inqilabının birinci müdafiə xəttini təşkil edir”.

Şəhərə çeçen qüvvələri göndərildikdən və İran silahlı birləşmələrinin oradan qovulmağından dərhal sonra deyilən sözlər. Bu bəyanat İranın münaqişədəki hər hansı tərəfə deyil, Rusiyaya ismarıcı idi.

İranın bir neçə gün əvvəl rus nümayəndə heyətinin Vadi Barada rayonuna girişinə mane olmaq üçün “Hizbullah” Livan qruplaşmasına verdiyi əmri necə yaddan çıxaraq? Bu cür hərəkətlər Rusiyanın mövqeyinə İranın aşkar reaksiyası deyilmi?  

Buna heç bir şübhə yoxdur ki, suriyalıların əksəriyyəti, ərəblər və hətta Suriya rejimi İranınkındansa Rusiya nüfuzuna üstünlük verir. Və buna da şübhə yoxdur ki, iranlılarla qarşıdurmada tərəflərin çoxu Rusiyaya dəstək verəcək. Buna da şübhə etmək lazım gəlmir ki, iranlılar bu andan etibarən İraqdan fərqli olaraq Suriyada çoxalan ciddi problemlərlə üzləşəcək – xüsusən də ona görə ki, Suriya xalqının əksəriyyəti İranda yayılmış şiə məzhəbinə qatı ədavətə malik olan sünnilərdir. Hətta şiələrə güvənən Suriya ələviləri də İran nüfuzuna qarşı çıxış edir və rusların dünyəvi nüfuzuna üstünlük verirlər. Ələvilər dünyəvi, İranın onlara sırımağa çalışdığı dini ekstremizmi qəti şəkildə rədd edən liberal məzhəbi təmsil edirlər.

İranın Suriya yatırımları puça çıxıbmı? Ən yaxın vaxtlarda Suriyada İranla Rusiya arasında eskalasiya baş verəcəkmi və yaxud Suriyada nüfuz tərəflər arasında bölünəcək? Suriyanın Rusiya rəhbərliyi altında göründüyü və ABŞ-ın yeni prezidentinin İranın axırına çıxacağı hədəsindən sonra Suriya “şiə hilalı” layihəsi üçün iflas olacaqmı? Ruslar Suriyanı fars layihəsinin pəncəsindən çıxarda biləcəklərmi? Və yaxud Suriya ərazisində İran nüfuzu çox güclüdür, halbuki Rusiyanın nüfuzu cüzidir və yalnız siyasi xarakter daşıyır? Məgər İran öz hərbi gücü və ərazidəki dini hakimiyyəti sayəsində İraqda amerikalılar üzərində qələbə çalmayıbmı? Onda Suriyada olduqca dişbatan olan ruslardan nə danışaq?

 

Tərcümə Strateq.az-ındır.