XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 13:32

Rusiyalı ekspertlər:“Rusiyanın Trampla işləməyi həm asan, həm də çətin olacaq” – Təhlil

pt

Vladimir Ardayev

RİA Novosti, 21.01.2017

 

2017-ci il 20 yanvar Birləşmiş Ştatların 45-ci prezidenti Donald Trampın vəzifəyə başladığı gün kimi tarixə daxil olacaq. Respublikaçının demokrat Hillari Klinton üzərində inamlı qələbə qazandığı misli görünməmiş qalmaqallı seçki kampaniyası bundan az qalmaqallı olmayan hakimiyyətin ötürülməsi prosesi ilə əvəzlənib. Minlərlə amerikalı seçkilərin nəticələrinə narazılığını ifadə edib, politoloqlar və KİV qabaqcadan Trampa tezliklə impiçment xəbəri verib, Ağ Evin hakimiyyətdən gedən başçısı Barak Obama isə lap son günə qədər yeni prezident administrasiyasının daxili və xarici siyasətdə nəzərdə tutduğu dəyişiklikləri həyata keçirməyini çətinləşdirəcək sərəncamlar verib.

Tramp çox şey vəd edib. Rusiya ilə dialoqda qarşıdurmadan əməkdaşlığa keçmək, Çinə münasibətdə siyasəti sərtləşdirmək, NATO-nu “yemləməyi” və Avropa təhlükəsizliyini maliyyələşdirməyi dayandırmaq. Həmçinin bütün qanunsuz mühacirləri Amerikadan çıxartmaq, "Obamacare" kimi tanınmış səhiyyə islahatlarını ləğv etmək və yeni iş yerləri yaratmaqdan ötrü faydalı qazıntıların hasilatına yasağı aradan qaldırmaq, vergi sistemini dəyişdirmək.

Və budur, onun vədlər dövrü bitib, hərəkət zamanı çatıb.

Prezident seçkilərinin gedişində Amerika necə dəyişilib? Yeni administrasiyanın gəlişilə xarici və daxili siyasət nə qədər başqalaşacaq?

Rusiya Beynəlxalq məsələlər üzrə Şurasının (RBMŞ) Rusiya-Amerika münasibətləri sahəsində aparıcı ekspertləri “Россия сегодня” BİA Beynəlxalq multimedia mətbuat mərkəzində “dəyirmi masa” arxasında öz dəyərləndirmə və proqnozları ilə çıxış ediblər.

 

İnamsız amerikalılar

 

ABŞ prezidenti seçmək üzrə keçən ilin sonunda gurultusu səngimiş kampaniya nə iləsə inqilabı xatırladıb. RBMŞ üzvü Dmitri Trenin hesab edir ki, Amerika siyasi zümrəsi əvvəllər hesab edildiyindən qat-qat özünə inamsız çıxdı.

“Əslində, həmişə baş verən haker hücumlarının amerikalıların iradəsinə təsir edə biləcəyi, Birləşmiş Ştatlardakı ən müəqddəs şeyi – demokratiyanı sarsıdacağı haqda fikrin özü inqilabidir. Bu, təkcə onu bəyan edənlərin özünə inamszılığından deyil, həm də onların Amerika seçicisinə inamsızlığından xəbər verir. Əgər yeganə xarici teleşirkət (RT-tərc.) 240 il dünyada ən demokratik və sabit ölkədə yaşayan milyonlarla insanın iradəsini dəyişmək iqtidarındadırsa, onda bu, ən azı, ciddi dərkə layiqdir”.

Onun fikrincə, seçkilər zamanı baş vermiş dəyişikliklər ölkədəki duruma təsiri davam etdirəcək. Bu isə özülyündə təşviş doğurur: Birləşmiş Ştatların müasir dünyada çəkisi və önəmi o qədər çox mühümdür ki, ABŞ-dakı sabitsizlik kürəsəl təklükəsizliyin durumuna təsir edə bilər. Bununla belə, Trenin Trampa impiçment hökmü çıxarılması imkanını şübhə ilə qiymətləndirir, çünki bu zaman ölkədəki siyasi böhran daha kəskin xarakter ala bilər.

 

Yeni komanda ilə həm asan, həm də çətin olacaq

 

Demokratlar respublikaçılardan bununla fərqlənirlər ki, birincilər bütün dünyanı bəxtəvər etmək və bunun xatirinə istənilən qurbana getməyə hazırdırsa, ikincilər qalan bütün dünyanın hesabına Amerikanı bəxtəvər etmək istəyirlər. Rusiya EA Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun Beynəlxalq təhlükəsizlik mərkəzinin rəhbəri Aleksey Arbatov gedən və gələn administrasiyalar aarasındakı fərqi dürüst bu cür ifadə edir.

O, hesab edir ki, Rusiya rəhbərliyinin Tramp administrasiyası ilə işləməyi eyni zamanda həm asan, həm də çətin olacaq. Rusiya və Amerika maraqlarının bir-birinə zidd olmadığı məqamlarda asan olacaq. Lakin söhbətin ABŞ milli maraqlarından getdiyi yerdə respublikaçılar son nəfəsədək dirəşəcək.

Rusiyanın uda biləcəyi məqama nümunə tərki-silah prosesi ola bilər. Alim yeni prezidentin antirusiya sanksiyalarının ləğvini nüvə tərki-silahı ilə calaşdırmaq imkanı haqda bu yaxınlardakı bəyanatını “improvizasiya” və “fantaziya uçuşu” adlandırır. Bu, yeni administrasiyanın bir sıra beynəlxalq məsələlərdə səriştə səviyyəsini sərgiləyir.

Arbatov deyir : “Gələcək gerçək tərki-silah, hər şeydən əvvəl, bizdən, Rusiyadan asılıdır.  Çünki Trampın əsas vəzifələrə kimləri təyin etməyə hazırlaşdığına diqqətlə baxsaq, onda görürük ki, bu sahədə heç kim heç nə anlamır və bu işlə heç harada məşğul olmayıb. Bu bildirir ki,  Rusiyanın təşəbbüsü potensialca öz əlinə ala biləcəyi hansısa bir dövr olacaq”.

Ekspert hesab edir ki, bu qayda ilə Rusiyanın son zamanlar nifaqa çevrilmiş və gələcək Rusiya-Amerika münasibətlərinin gündəminin formalaşmağına xeyli dərəcədə təsir etmiş tərki-silahın bütün məsələləri üzrə gerçək təkliflər zərfi irəli sürmək imkanı meydana çıxacaq.

 

Sövdələşmə siyasəti

 

Dmitri Trenin diqqəti buna yönəldir ki, son iki onillikdə mövcud olmuş hökumətlərdən fərqli olaraq, Donald Tramp prinsipail olaraq başqa cür hökumət tərkibi yığır.

Analitik deyir: “Yeni administrasiya “iş adamlarıdır”. İstər hərbi məsələ olsun, istərsə də maliyyə məsələsi. Amma bunlar professor, ekspert, müxtəlif analitik strukturlardan gəlmiş adamlar deyil. Donald Trampın özü kimi bir qayda olaraq güc mövqeyindən həyata keçirilən sövdələşmə nəticəsində istədiyinə nail olmağa alışmış adamlardır. Bunlar həmişə öz hədəfinə çatmağa can atmış, güzəştə getməyə çox da hazır olmayan ciddi adamlardır”.

O həmçinin hesab edir ki, “Bu, bir tərəfdən iş görüləcək çətin, digər tərəfdən isə asan olası maraqlı komanda olacaq. Çünki bu adamlar öz işlərində ideologiyanı və dəyərlər istiqamətini deyil, sadəcə, maraqlar konsepsiyasını rəhbər tutacaqlar”.

Aleksey Arbatov mümkün sövdələşmələrin hipotetik nümunəsini misal gətirir. Tutaq ki, ABŞ Donbas hadisələrində Rusiyanın iştirakı haqda çoxdankı və çoxdan perspektivsiz olmuş mübahisələri kəsmək üçün beynəlxalq müşahidəçilər tərəfindən Donetsk və Luqansk vilayətlərinin Rusiya ilə sərhədinin bağlanmasını təklif edə bilər. Əmin olsalar ki, sərhəddən hərbi yük və bölmələrin keçidi baş vermir, bu, Moskvaya bütün sualları ortadan götürə bilər və Minsk sazişlərinin icrası problemi öz-özünə ləğv olunar. Sonra isə Rusiyaya qarşı beynəlxalq sazişlərin ləğvi də gələ bilər.

Suriya probleminə yanaşma da – yenə də hipotetik – bu cür ola bilər. Amerika Rusiya, Türkiyə və İrana hərbi əməliyyatları davam etdirməyi təklif edə bilər, lakin Qərb koalisiyasının komandanlığı altında. Bu zaman imtina halında Vaşinqtonun mövqeyi Obama administrasiyası dövründəkindən də sərt ola bilər.

 

NATO dağılacaqmı?

 

Ehtiyatda olan general-leytenant Yevgeni Bujinski əmindir ki, Donald Tramp NATO-nu “köhnəlmiş təşkilat” adlandırsa da, çox ehtimal ki, Şimali Atlantika alyansının dağılması baş verməyəcək. Və təkcə ona görə yox ki, Tramp tezliklə bu məsələ üzrə öz mövqeyinə düzəliş verməli olacaq, həm də Avropanın bəzi hökumətlərinin bu bəyanata  reaksiya verə bilmədiyinə görə.

Ekspert proqnozlaşdırır: “Tam əminəm ki, avropalılar bu siqnalı ciddi qəbul ediblər. Birinci Angela Merkel olub – bildirib ki, NATO-nun tələb etdiyi kimi öz müdafiə xərclərini ÜDM-in 2%-ə qaldıracaq. Onlar heç hara gizlənə bilməyəcək, Tramp onları ödənişə məcbur edəcək. Çünki alyans büdcəsinin 70%-i ABŞ-ın ödədiyi indiki şərait pulunu saymağı bacaran bir biznesmen və insan kimi ona, yəqin ki, xoş gəlmir. Amerikalılar əvvəlki tək NATO-da liderliyi saxlayacaq, lakin müttəfiqləri təşkilatın saxlanmasına daha çox pul ödəməyə məcbur edəcəklər”.

 

Tərcümə Strateq.az-ındır.