XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2017 - 16:31

Ərdoğanın “Böyük Türkiyə” layihəsi… –İranlı analitikdən məqalə

sadullah

İranın Yaxın Şərq üzrə tanımış eksperti Sadullah Zarei Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alan məqalə yazıb.

Strateq.az xəbər verir ki, S.Zarei yazır:

“Ərdoğan Türkiyəsi öz üslubunu dəyişmək istəyir, lakin ən əhəmiyyətli regional rəqibinin, yəni İranın fayda götürəcəyi şəkildə deyil. Suriyalılar öz aralarında dialoqa girməsini vurğulayıb, eyni zamanda, İranın münaqişənin siyasi həllinə meyli olmadığına dair ittihamını irəli sürür.

Digər tərəfdən, dialoqun xüsusilə Suriya dövlətinin mənfəətinə və müxaliflərin zərərinə olduğu bildirir. Elə bu səbəbdən terrorçu qruplar dialoq prosesində iştirak etməyə çox da həvəsli deyildilər”.

Rəsmi Ankaranın son dövrdəki fəaliyyətini təhlil edən S.Zarei qeyd edir ki, “Ərdoğan Türkiyənin qonşu dövlətlərlə sıfır problem siyasətini unutdu və Osmanlı İmperiyasını yenidən qurmanın xəyalına düşdü. Misirdə bir ildən çox iqtidarda qalmayan “İhvani Müslim”ini Türkiyənin Ərəb Dünyasında hakimiyyətini bərqərar etməsinə fürsət saydı, İraq və Suriyadakı terrorçuları təchiz etmə yolu tutdu. Sultan Əbdülhəmidin irsini diriltmə cəhdindən çox zaman keçməmiş Ərdoğan qısa müddətdə Osmanlı İmperiyasını diriltmənin imkanı olmadığını anladı. Bu səbəblə bir addım geri atdı”.

S.Zareinin qənaətinə görə, Ərdoğanın “Böyük Türkiyə” layihəsi Kərkükdən Suriyanın Aralıq dənizi sahillərinə qədər olan bölgənin ilhaq etmək istəyindən ibarətdir.

İranlı analitik qeyd edir ki, əslində, Ərdoğan Qərb düşərgəsini tərk edərək Moskva tərəfinə yönəlmək istəmir.

“O, Rusiya kartı ilə Qərbin özünü təkrar qəbul etməsi üçün səy göstərir. Amma Türkiyə ilə kürdlər arasındakı problemin Rusiya vasitəsilə həll edilmədiyi təqdirdə Ərdoğan yenidən Qərbdən yardım istəyəcək”. “Ərdoğan yavaş-yavaş İranın himayəsini itirir və bu, Rəcəb Tayyib Ərdoğanın ən böyük qumarıdır”, – deyə S.Zarei məqaləsinin sonunda qeyd edir.

M.Rzasoy