Yevgeni Krutikov
vz.ru, 24.012017
Astanada danışqıların ikinci günü o qədər ağır olub ki, axırıncı olmayacaq – isterika və təhdidlər çərşənbə günü davam edəcək. Heç kim demirdi ki, Dəməşqlə çoxsaylı müxalif qruplaşmalar arasında, heç olmasa, hər hansı saziş əldə etmək asan olacaq, lakin çətinliklər həddindən artıq çoxdur. Əsas problemlər nədən ibarətdir?
Əvvəllər bildirilmiş reqlamentə rəğmən yekun sənədin – qətnamənin hazırlanması zamanı meydana çıxmış çətinliklər üzündən Astana danışıqlarını daha bir gün uzatmaq lazım gəlib. Diqqətçəkəndir ki, bu mətnin hazırlanmasında Dəməşq və çeşid-çeşid müxalif qrupların təmsilçiləri deyil, ancaq nümayəndə heyətləri – danışqların sponsorları: Rusiya, İran və Türkiyə iştirak edib. Sonuncular açıq şəkildə şikayətləniblər ki, yekun sənədi “görməyiblər”. Bu, məntiqlidir, çünki məhz müxalifət (hamısı birlikdə və ayrı-ayrılıqda) Suriyadakı vətəndaş müharibəsinin söykəndiyi iki əsas şüarından imtina edə bilməyib.
Əbədi dəyərlər
Birincisi – “Bəşər Əsəd getməlidir”. Və vaxt haqda sxolastik mübahisə – dərhal və ya bir az sonra – artıq heç bir rol oynamır. Bütün müxalif qruplaşmalar – həm siyasi, həm də sırf hərbi – Suriyanın indiki prezidentinin yeni seçkilərə qatılmaqda konstitusiya hüququndan imtina edirlər və bununla da Əsədin milyonlarla tərəfdarının öz iradələrini ifadə etmək hüququ da ləğv olunur. Açıq şəkildə danışsaq, bu, diplomatik söz bərbəzəyi olmadan qeyri-adekvatlığın aşkar təzahürü, gerçəkliyin təhrifli qavrayışı kimi görünür. Çünki yalnız o tərəf manyak inadı ilə bu tələblərdə təkid edə bilər ki, hesabında hərbi qələbəsi olsun. Hazırda cəbhələrdə durum isə tam əksinədir. Vicdanla deyilsə, müxaliflər indi ancaq başla razılıqlarını bildirməli və bəli-bəli deməlidirlər. Çünki onlara hərbi məğlubiyyətlərini siyasi razılaşma ilə tuşlamağa nadir şans verilib və nəticədə Suriya siyasətindəki virtual mövqelərini hansısa bir gerçəkliyə çevirirlər. Hələlik aydın deyil – parlament payına, hökumətdə yerə, yerli özünü idarəçilikdə mövqeyə? Lakin gələcək siyasi sazişin predmeti bu cür güzəşt təsəvvür olunur.
Lakin müxalif qruplar (birinci növbədə, “mehmanxana müxalifəti” deyilən mühacirət dairələri) alternativ gerçəklikdə yaşamağı davam etdirirlər. Onlar buna əmindirlər ki, Astana danışıqlarına dəvət edilməkləri faktının özü Dəməşq, Moskva və prosesin digər tərəflərindən güzəştdir, deməli, sövdələşməni bundan sonra da davam etdirmək olar. Əlbəttə, bu, istənilən danışıq təşəbbüsünün bu təşəbbüsü irəli sürənlərin zəifliyi kimi qavrayan yerli mentalitetin özəlliyidir. Ancaq bu virtual təkəbbürü “mehmanxana müxalifəti”nin arxasında durmuş daha cviddi qüvvələr – Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ pərən-pərən salır. Yeri gəlmişkən, onları iki həftə dilə tutmaq lazım gəlib ki, Astanaya gəlsinlər.
Maraqlıdır ki, döyüşən müxalifət təmsilçiləri Astanada əsasən susur və özlərini böyük diplomat kimi göstərmirlər. Lakin kamuflyajı Avropa kostyumlarına dəyişiblər. Məsələn, “Azad Suriya Ordusu” (ASO) təmsilçisi Üsamə Əbu Zeyd (təmtəraqlı təxəllüs – Muhəmməd peyğəmbərin sevilmi cığırdaşlarından birinin adı bu cür idi, qatil baxışları ilə duran bu adamın gerçəklikdə isə necə adlandırıldığı heç kimə əməlli-başlı məlum deyil) barışığa bundan sonra əməl edilməsi haqda Moskva tərəfdən zəmanəti müzakirə etməyə taktiki şəkildə üstünlük verib. Əlbəttə, bu bildirmir ki, Amerika və Türkiyə dəstəyindən birdəfəlik məhrum olmuş ASO təslim olmağı qət edib. Bu, sadəcə, daha söhbətcil adamların qarşısında və Ər-Riyadda, Parisdə kondisonerlərin qoruduğu mehmanxanalarda təmsil olunmaq imkanı verir. Öz tərəfindən isə pozulmuş barışığın məhz detallarını vurğulayır ki, bu, gələcəkdə heç vaxt təkar olunmasın. Bunu da danışıqların bütün tərəfləri alqışlayır. Danışıqların ikinci günün sonundakı əlamətdar ifadə də həmin Üsamə Əbu Zeydə məxsusdur: “Siyasi məsələlər müzakirə olunmayıb. Ümumiyyətlə”.
Şiə getməlidir
İkincisi, müxaluif qruplaşmaların hamısı İranın sonrakı diskussiyalara qatılmaq imkanının özünü qəti şəkildə rədd edirlər. Özü də bu, sadəcə, narahat oyunçunu danışıqlardan çıxartmaq cəhdi deyil, Suriyadakı qarşıdurmanın köklü səbəblərindən birinin – son bir-iki ildə şiə və ələvilərə münasibətdə aşkar irqçiliyə dönüşmüş dini dözümsüzlüyün bəlirtisidir. Şiə İranı da bunu təcəssüm etdirir. Əgər “yaxşı şiə ölü şiədir”sə, hansı danışıqlar ola bilər?
Bu, dalandır, həm də sistemli dalan. Moskva hökumət qoşunları tərəfində vuruşan şiə hərbi bölmələrinin kifayət qədər güclü olduğundan çıxış etməklə danışıqların indiki raundunda Tehranın iştirakına təkid edib, hansısa məqamda sağ qalmaq həddində olmuş şiə əhalinin maraqlarını isə nəzərə almaq lazımdır. Söz düşmüşkən, şiələrin iblisləşdirilməsində təkcə cihadçılar deyil, tamamilə dünyəvi müxalifət də qeydə alınıb. Onlar hətta ələvi-xristian hökumətlə danışıqlar aparmağa hazırdırlar, lakin İran, fələstinlilər və şiə könüllü yığması cəhənnəm törəmələri və Dəccalın silahdaşlarına tay tutulur. Bu, artıq siyasi mövqe deyil, nəsə şüuraltı bir səviyyədədir.
Nəzəri olaraq hələ güzəştə getmək və Tehrandan bir-iki gün kənarda oturmağı xahiş etmək mümkündür. Əgər Suriyanın şiə əhalisinin təhlükəsizliyinə zəmanət verilsə, o buna tam razılaşar. Lakin aşkar irqçilik şəraitində yeni və arzu olunan dünyəvi dövlət qurmaq yetərincə problemlidir. Ancaq Dəməşq nümayəndə heyəti İranı açıq şəkildə dəstəkləyib. Suriyanın BMT səfiri Bəşər Cəfəri bəyan edib ki, şübhəsiz, Tehran danışıqlarda müsbət rol oynayıb və bu cür kontekstdə onun fikri nəzərə alınmalıdır. Bununla yanşı, səfir danışıqlar prosesinin özünə yanaşma müxtəlifliyini sıradakı şəkildə sərgiləyib: “Biz məsələləri sadələşdirmək və onlar (müxalifətin bir sıra silahlı qruplaşmalarının təmsilçiləri-tərc.) kimi hərəkət etmək istəsəydik, onda deyə bilərdik ki, Türkiyənin rolu mənfidir. Bəli, mənfidir, amma biz bu cür bəyan etmirik, çünki biz diplomatıq, məsuliyyət daşıyırıq, bu cür davranmırıq. Siyasətdə bəzən düşmənlərlə iş görmək lazımdır ki, öz ölkəni xilas edəsən və bizi bunu edirik”.
Alluşun çılğınlığı
Konfransın bu və ya digər iştirakçısının səlahiyyətlərini müəyyən etmək xüsusən çətin vəzifədir. Bu səlahiyyətlər ya tez-tez özəl öhdəliklərin kölgəsində görünür, ya da əsla bununla əvəzlənmir. Məsələn, “Ceyş əl-İslam” qruplaşmasından əsas danışıqçı Muhəmməd Alluşun siması xeyli qalmaqal və pərdəarxası intriqalara bürünüb və açıq şəkildə bütün – həm silahlı, həm də “mehmanxana”müxalifətinin baş danışıqçısı mövqeyinə iddia edir. Alluş keçən il Səudiyyə Ərəbistanının göndərişi ilə Danışıqlar üzrə Ali Komitənin rəsmi təmsilçisi kimi təqdim olunmuşdu. O, həm də “Riyad komitəsi”dir və mənzil qərargahı Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda yerləşir. Qərargaha isə Riyad Fərid Hicab – ən yüksəkçinli qaçqın və “dünyəvi müxalif”, Suriyanın keçmiş baş naziri başçılıq edir (bax, bu cür təsadüf). Keçən ilki Cenevrə danışıqlarında “dünyəvi müxalifət”in başçısı məhz Riyad Hicab idi. Yeri gəlmişkən, Moskva onun yerində başqa bir “qaçqın”ı – “Dəyişikliklər və Suriyanın azad edilməsi uğrunda xalq cəbhəsi”nin mühacirət qrupuna başçılıq edən, Qədri Cəmil hökuməti baş nazirinin keçmiş birinci müavinini (o, SSRİ-də təhsil alıb və kommunist baxışları ilə tanınıb) görmək istərdi, lakin Səudiyyə Ərəbistanı baş danışıqçı mövqeyinə Muhəmməd Alluşu itələmyi davam etdirdi, amma o, istisnasız olaraq “Ceyş əl-İslam”ı təmsil edirdi.
İndi Alluş səudların pərdəarxası dəstəyi ilə günəş altında öz yeri uğrunda o qədər amansızcasına mübarizə aparır ki, Dəməşqin təmsilçisi, 40 illik stajla təkcə kadr diplomat deyil, Astanaya yığışanların içində ən nüfuzlu sima olan Bəşər Cəfəri bəyan etməyə məcbur olub ki, “onun davranışı diplomatik normalardan çox uzaqdır”.
Tərcümə Strateq.az-ındır.