XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 12:53

Tramp Meksikaya müharibə elan edir –Təhlil

t

ABŞ prezidenti Donald Tramp

© AP Fhoto, Evan Vucci

 

Klaus Eringfeld

Der Spiegel (Almaniya), 27.01.2017

 

Donald Tramp Meksika sərhədində divar ucaltmağa başlayır. Ziyalılar, fəallar və siyasətçilər öz lderlərini Vaşinqton səfərini təxirə salmağa çağırırlar – heç olmasa, şəxsi ləyaqət hissi üzündən.

Enrike Karuze, adətən, daha incə danışır, lakin tarixçinin son zamanlardakı öncə deyimləri qaranlıq və yetərincə kobuddur: “Tramp erası hərbidən savayı bütün münasibətlərdə ABŞ-la Meksika arasında müharibə ilə başa çata bilər”.

Ölkənin aparıcı ziyalılarından biri Krauze deyir ki, Meksika problemin miqyasını dəqiq dərk etməlidir. “Biz dövrlərin əvəzləndiyi astanada durmuşuq”.

Krauze hələ bunu deyərkən Donald Tramp cənub qonşu ilə sərhəddə divar inşa etmək haqda sərəncam imzalayıb. Lakin yeni prezident çərşənbə günü həqiqətən də bu cür qərar qəbul edərkən Meksikada təəccüb qəzəblə əvəzlənib.

Ziyalılar, fəallar və bütün partiyalardan siyasətçşilər öz prezidentləri Enrike Penya Nyetodan Vaşinqton səfərini təxirə salmağı tələb edirlər, axı söhbət ölkənin ləyaqət və suverenliyindən gedir. Keçmiş xarici işlər naziri Xorxe Kastanyeda “Formula” radiostansiyasına deyib: “Bu göstəriş – sillədir”. Qırmızı xəttin haradan keçdiyini bilmək lazımdır. Mühacirlərin hüquqları uğrunda çıxış edən məşhur ruhani Alexandro Solalinde deyir: “Prezident xalqın təqdirini əldə etməyib ki, Meksikanın təslim olduğu haqda Donald Trampla danışıqlar aparsın”.

Onlarla siyasətçi və deputat öz liderlərindən tələb ediblər ki, çərşənbə axşamına Vaşinqtona planlaşdırılmış səfəri, ən azı, müəyyən müddətə təxirə salsın. Meksika bəyanat verməlidir.

Buna baxmayaraq, Meksika xarici işlər naziri Videqaray deyib ki, planlaşdırılmış səfər baş tutacaq.

 

Kim və necə ödəyəcək?

 

Prezident Penya Nyeto çərşənbə günü gecədən keçmiş xalqına müraciət edib və divar inşası haqda Trampın qərarı haqda təəssüfünü bildirib. O, “Meksika divarlara inanmır” deyərək əlavə edib: “Mən artıq bir neçə dəfə demişəm, heç bir divarın pulunu ödəməyəcəyik”.

Amma Tramp seçkiqabağı vəd verib ki, hətta başlanğıcda ABŞ inşaatı dövlət xəzinəsindən ödəməli olsa da, sonda sərhəddəki divarın pulunu qonşu ölkə ödəyəcək. Bununla belə, Trampın bu təhdidi necə  gerçəkləşdirə biləcəyi tam aydın deyil. O, gərəkli sənədlər olmadan ABŞ-da yaşayan 8-12 milyon meksikalı mühacirin xaricə göndərdiyi pullara verginin hesabına maliyyələşmədən danışıb. ABŞ-da yaşayan bütün meksikalılar keçən il evdəki qohumlarına ümumilikdə 25 milyard dollara yaxın pul göndəriblər. Ekspertlər hesab edirlər ki, divarın inşası Trampın dəyərləndirdiyindən xeyli baha başa gələcək – onların hesablamalarına görə, 40 milyad dollara qədər tələb olunur.

O həmçinin meksikalılar üçün vizanın dəyərini kəskin şəkildə artırmaq istəyir. Bundan başqa, Meksikada istehsal edilən və ABŞ-a ixrac olunan mallar üçün cərimə rüsumları da planlaşdırılır. Bu sonuncu Trampın yenidən nəzərdən keçirmək istədiyi azad ticarət haqda NAFTA Şimali Amerika sazişi qaydalarının açıq şəkildə pozulması olacaq. Ən azı, cərimə rüsumlarına qarşı çıxmaq üçün Meksikanın hüquqi əsası var.

 

Vaxt seçimi də bir növ istehzadır

 

Tramp imzalanacağı haqda dəfələrlə bəyan etdiyi sərəncamı ilə iki ölkə arasındakı on illərin dostluq və əməkdaşlığını qəti şəkildə ədavətə çevirib. Bununla yanaşı, divarın inşası təkcə bu gün deyil, həmişə zəruri idi. Vaşinqtondakı Pew Research Center-in məlumatına görə, bu gün ABŞ-a son on beş ildə heç vaxt olmadığı qədər az meksikalı mühacirət edir. Bu arada ABŞ-da balans hətta mənfidir. Sanki şimaldakı həsrəti çəkilən yerə yol axtaran 140 mindən çox meksikalı 2014-cü ildə vətənə qayıdıb.

Meksikalılar divara ehtiyac görmürlər, lakin o, nifaqın rəmzi kimi görünür və xeyirxah qonşuluqdan imtinaya bərabərdir. Amma Enrike Krauzenin baxışlarına qayıtsaq, divar inşasını müharibə elan edilməsi kimi qəbul etmək lazım gəlir. Sərəncamı Meksikada özəl ədalı rişxənd kimi qəbul ediblər, çünki Meksikanın xarici işlər və iqtisadiyyat nazirləri Luis Videqaray və İldefonso Quahardo imzalanma günündə Vaşinqtonda idilər. Onlar Penya Nyetonun 31 yanvar səfərinə hazırlığı təşkil edirlər.

Görünür, meksikalılar indi həqiqtən əmin olublar ki, prezident Tramp namizəd Trampın vədlərini yerinə yetirir. Qonşu ölkələrin müasir tarixində ilk dəfə Ağ Evdə Meksika ilə açıq, düşməncəsinə  qarşıdurmaya qət etmiş şəxs əyləşib. Meksikalıların əksəriyyətinin birdən yadına düşüb ki, Birləşmiş Ştatlar 1846-1848-ci illərdə silahlı münaqişə vaxtı onların ölkəsinin böyük hissəsini işğal edib.

 

“Tarixi dayandırmaq” cəhdi

 

Latın Amerikası ölkəsi xalqının böyük qonşuya nəsə bir növ sevgi-nifrət bəsləməyinin daha bir səbəbi budur. “Qrinqo” (adətən, amerikalıları bu cür çağırırlar) sözünü eşidərkən burnunu sallamayan meksikalı tapmaq çətindir. Amma bunu etməyənlər “Amerika həyat tərzi”ni yamsılayırlar. Meksikalılar diqqət çəkəcək tərzdə amerikalaşmağı rədd edirlər, lakin ölkə daxilində bununla artıq çoxdan barışıblar. Küçələrdə və daxili bazarda Amerika pərakəndə satış şəbəkələri və sənaye şirkətləri üstünlük təşkil edir, hətta ingilis sözləri Meksika ispancasına nüfuz edib. Respublikaçı prezident bu qayda ilə çoxillik yaxşı münasibətləri bir dönüşlə məhv edir və 3200 km-lik sərhədi yüksək dərəcədə müdafiə istehkamına çevirmək deyil, həm də Meksika və Kanada ilə azad ticarət haqda 23 illik NAFTA sazişindən imtina etmək istəyir.

Güclünün zəifləri sıxışdırdığı zəmanə qayıdır. Yazıçı Ektor Agilar Kamin deyir: “Bu, təhdid və təqiblərin tanış mənzərəsidir. Trampın planı “tarixi dayandırmaq cəhdidir. Lakin Meksika Birləşmiş Ştatların tərkib hissəsidir və əksinə”. Divar bunu dəyişməyəcək. Müəllif deyir: “Meksika dövlət başçısının Birləşmiş Ştatalara səfəri haqda hətta daha namünasib şərait haqda düşünə bilmirəm”.

Hər bir meksikalı mütəəssir olub və hey bu cür ifadə eşidir: “Bədbəxt  Meksika Tanrıdan o qədər uzaq düşüb və Birləşmiş Ştatlara o qədər yaxındır”.

Bu uğurlu deyim son onilliklərdə bu günki qədər haqlı görünməyib. Lakin, əslində demək lazım gəlir: “Bədbəxt Meksika Tanrıdan o qədər uzaq düşüb və Donald Trampa o qədər yaxındır”.

 

Tərcümə Strateq.az-ındır.