XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2017 - 10:28

Prezident Donald Trampın ilk yeddi günü dünyanı hara aparır? –Təhlil

T

Uffe Ellemann

Berlingske (Danimarka), 30.01.2017

 

Adətən, yeni prezidentə və yaxud yeni hökumətə yüz gün verirlər ki, nəyə qabil oduğunu göstərsin.  Tramp öz prezidentiliyinin ilk yeddi günündə Ağ Evdən o qədər çox sərəncam və tvit yayıb ki, artıq indidən onun  Ağ Evə gələndən sonra daha mötədil olacağı haqda ümidimizi tərk edə bilərik…

Bunların əksəriyyəti gerçəkliyə çevrilməsi çətin olan qorxunc təkəbbürü məmun etmək üçün nəzərdə tutulmuş xalis dekorasiyadır. Amma əksəriyyəti yalnız ətraf dünya bunu nəzərə aldığı və uyğunlaşdığı üçün gerçəkliyə çevrilir.

Sıradakı mənzərə aydın görünür: ABŞ-ın son 70 ildə apardığı xarici siyasətdən və bu qayda ilə bizə inam və həqiqətlə xidmət etmiş dünya düzənindən imtina. Tarixçi Con Lyuis bu dövrü fövqəldövlətlərdən heç birinin qarşılıqlı müharibədə iştirak etmədiyi, amma fövqəldövlətlərin də bir neçə dəfə buna xoşagəlməz dərəcədə yaxın olduğu mərhələ adlandırıb. Və bu da son dərəcə rəmzidir ki, Dövlət Departamentindəki təcrübəli, peşəkar diplomatlardan ibarət bütün rəhbər heyət – həm demokratlar, həm də respublikaçılar administrasiysına xidmət etmiş adamlar – təzəcə məlumat verib ki, öz vəzifələrini tərk edir. Hələlik az şey aydındır: onları işdənmi qovublar, yoxsa özləri gedirlər?

Oval kabinetdəki yeni adamın cəmi bir həftədə edə bildiyi haqda qısa şəkildə:

Transsakit okean ticarət və investisiya tərəfdaşlığı haqda müqavilə ləğv olunur – bu, indiki dövrdə çinlilərə əsil hədiyyədir;

Hələ sığortalanma sistemi yaradılmamış Obama-care səhiyyə islahatı dayandırılır;

ABŞ-ın beynəlxalq təşkilatlara üzvlük haqqının, ən azı, 40% azaldılmasını tələb edən sərəncam;

BMT-nin sülhü dəstəkləmək üzrə misssiyasının töhfəsini, Beynəlxalq cinayət məhkəməsi, inkişaf edən, “Amerikanın mühüm siyasi cəhdlərinə qarşı çıxan” ölkələrə və doğuşun məhdudlaşdırılması proqramını dəstəkləyən BMT-nin əhalinin artımı Fonduna yardımı tənqidi təhlildən keçirmək lazım gəlir.

Bir çox sərəncamlar ABŞ-ın BMT-yə, o cümlədən doğma vətənlərinin qonşuluğundakı ölkələrdə yerləşmiş qaçqınlara yardım edən proqramlara iqtisadi dəstəyini azaldır;

ABŞ-ın hansı müqavilələrdən çıxmalı olacağını aydınlaşdırmaq qəsdilə “yeni, çoxtərəfli sazişlər”ə moratorium və mövcud müqavilələrin təhlili;

Meksika sərhədində divar tikiləcək və buna görə ödənişi bu və ya başqa şəkildə meksikalılar etməlidirlər;

Terrorla mübarizədə işgəncələrə icazə verilməlidir;

Və sairə…

Bununla bərabər KİV-ə müharibə elan olunub. Dövriyyəyə yeni anlayış – “alternativ faktlar” – buraxılıb, guya seçkilərin gedişində yer almış pozuntuların təhqiqatına başlanıb… Nəticə: əleyhdarlar qəzəb içindədir, tərəfdarlar laqeyddir, insan kütləsi isə, sadəcə, nə düşünəcəyini də bilmir. Və bu inamzsızlıq özlüyündə son dərəcə təhlükəlidir.

Ağ Evin hazırda ən əsas siqnalı bundan ibarətdir ki, yeni prezident ona sərf etməyən müqavilələrlə əl-qolunu bağlamayacaq. Bu, biznesmen kimi onun obrazına tam uyğun gəlir: sazişdən xoşu gəlmirsə, ondan yayınır.

Onun çoxsaylı söz izharları başqa ölkələrdə nə edəcəkləri xüsusunda əndişə doğurub. Almaniya və Yaponiyada fikrə gediblər: Rusiya və Çindən Amerika çətirinin, ola bilsin, verməyi tərgidəcəyi müdafiəni təmin edəcək nüvə silahı əldə etsinlərmi? Tramp bir dəfə birbaşa buna çağırıb. Beləliklə, Avropa və Asiyada son dərəcə mürəkkəb debatların təməli qoyulub.

Ruzvelt 70 ildən də əvvəl cizgilərini çızmağa başladığı və müharibədə qələbədən sonra meydana çıxmalı olan andan bəri hər iki partiyanın yaratdığı dünya düzəninin dağıtmaqda respublikaçıların Trampın nə qədər uzağa gedəcəyinə imkan verəcəkləri indi böyük sualdır. Ruzveltin ideyalarını həyata keçirmək üçün məhz amerikalılar səy göstərməli olublar. Stalin dönəmində ruslar üçün maraqlı deyildi – elə britaniyalılara da. Onları daha çox öz nəhəng imperiyaları üzərində ağalıq maraqlandırırdı. Lakin amerikalılar israr göstərdilər və biz daimi institutları ilə BMT-i, o cümlədən Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondunu əldə etdik. Biz NATO, TTBS (Tariflər və ticarət üzrə baş saziş) və sonradan bu günki AB-i qazandıq.

Amerikalılar İngiltərə və Fransanın xüsusi həvəslə barışmadığı müstəmləkəsizləşdirməyə təkid edirdilər. Və elə onlar israr edirdilər ki, 1930-cu illərin dağıdıcı proteksionizminə qayıtmayacağıq. Ruzvelt və varisləri başa düşürdülər ki, bunun işlək olmağı üçün ABŞ Amerika tarixinin əvvəllər görmədiyi miqyasda bütün bunlarda iştirak etməli olacaq. Və onlar dərk edirdilər ki, açıq beynəlxalq iqtisadiyyat sıfır məbləğli oyun deyil, lakin azad ticarət həm ABŞ-ın, həm də ticarət tərəfdaşlarının xeyrinə olacaq.

Trampı öz qoynunda gətirmiş “Amerika hər şeydən ucadır” vulqar dalğası tarixdən bizə məlumdur. Çünki bu cür hərəkat 1930-cu illərdə də və hətta həmin ad altında var idi – sadəlövh qəpikgüdənlik düşüncəsindən qonşunu yoxsula çevirir və müqəddəs şəkildə inanırdılar ki, özlərinə xeyir gətirəcək.

Doğrudanmı, ağıllanmazdan öncə bizə tarixin yenidən təkrar olunması lazımdır?

 

Tərcümə Strateq.az-ındır.