XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 13:36

Rusiya və İran hərbi dəstək əvəzinə Suriyadan nə qopardır? – Təhlil

S

Monoliza Freyxa

Ən-Nahar (Livan), 30.01.2017

 

 

Suriya münaqişəsi hələlik yekun mərhələsinə çatmayıb. Bununla belə, savaşsonrası Suriya aydın görünür – ən azı, rejimi dəstəkləyən və süqutunun qabağını alan tərəflərin qazancı baxımından. Rejimin iki əsas müttəfiqi Moskva və Tehran artıq altı il sürən Suriya müharibəsində öz izlərini buraxandan sonra onlar yeni Suriyada Tartus bazası, mobil rabitə şəbəkəsi, fosfat mədənləri və xeyli digər qismdə öz paylarını tədricən əldə etməyə başlayıb.

1977-ci ildə inşa edilmiş Tartus hərbi-dəniz bazası artıq çoxdan Rusiyanın Yaxın Şərqdə iştirak mərkəzidir. Moskva geopolitik maraqlardan çıxış edərək limana bölgənin dəniz darvazası kimi yanaşır, çünki bura onun üçün Aralıq dənizində yeganə hərbi-dəniz obyektidir. Lakin Moskva və Dəməşq keçən həftə bazanın aviadaşıyıcı gəmilər istisna olmaqla istənilən növ Rusiya gəmilərini qəbul etmək üçün kompleks dəniz obyektinə çevrilməyi, həmçinin ən yaxın illərdə 11 hərbi gəminin yerləşdirilməsi hüququ ilə müqavilə imzalayana qədər o bu yaxınlara qədər yalnız gəmilərin təmiri və lövbər salması üçün üzən platformanı təmsil edirdi.

Yanvarın 18-də imzalanmış sazişin qüvvə müddəti 49 il təşkil edir və tərəflərdən biri mümkün dəyişikliklər barədə öz istəyini bir il öncə bildirməsə, avtomatik olaraq daha 25 il uzadılır. Bu, Moskvaya orada əsaslanmış donanmasını dənizdən və havadan qorumaq imkanı verir, Suriya isə müdafiəni qitədən gözləyəcək. Tamamilə aydındır ki, bazanın təhlükəsizlik təminatı baza yaxınlığında HHM və RƏM sistemləri yerləşdirməyi ehtiva edir.

Rusiyanın Газета.ru portalının məlumatına görə, səkilər, qazarmalar, döyüş sursatı anbarları və s. daxil olmaqla hərbi infrastrukturun iri obyektlərinin inşası artıq başlanıb. İstefadakı polkovnik Mixail Xodarenkonun sözlərinə əsasən, Tartus vitse-admiralın başçılığı altında əsas hərbi-dəniz bazasına çevriləcək. İş 2-3 il çəkəcək, orada yerləşdiriləcək əsgərlərin sayı isə Tartus bazasındakı gəmilərin sayından asılı olacaq. O bununla yanaşı 11 gəminin eyni vaxtda lövbər atmağının mümkünsüzlüyünü qeyd edib və çox ehtimal ki, zaman-zaman başqa gəmilərə də imkan vermək üçün beş gəminin növbəli girişi olacaq.

Hərbi elmlər Akademiyasının professoru Vadim Kozyulinin sözlərinə görə, “xeyli sayda hərbi-dəniz gəmisininn yerləşdirilməyində Rusiyanın heç bir ciddi problemi yoxdur… İndiki dövrdə Rusiyann bu cür böyük həcmdə dəniz texnikası yoxdur”.

Siyasi baxımdan gözlənilən idi ki, Suriya rejiminə dəstəkdə və onun süqutdan qorunmasında Rusiyanın oynadığı rola görə Moskva mükafat kimi Suriyadan bu cür hüquqlar alacaq. Bununla yanaşı İŞİD və digər ekstremist təşkilatlara qarşı durmaqda da Rusiyanın rolunu nəzərə almaq lazımdır. Rusiya xarici işlər naziri Sergey Lavrov keçən həftə bunu açıq şəkildə bildirib. Əslində, Rusiyanın Yaxın Şərqdəki nüfuz sütunlarından biri rolunu oynayan bu bazanın əldə edilməsi mühüm önəmə malikdir. RF hökuməti nəzdində Maliyyə universiteti politologiya departamentinin dosenti Gevorq Mirzəyan bu haqda belə deyir: “Gələcəkdə Yaxın Şərqdə, Rusiyada və yaxud dünyada hadisələrin necə inkişaf edəcəyini heç kim bilmir… Rusiya təkcə NATO-nun istənilən an mühasirəyə ala biləcəyi Qara dənizdə deyil, həm də Aralıq dənizində iştirak etməlidir”.

Suriyada Rusiya bazasının təhlükəsizlik və hərbi önəminə gəlincə, mütəxəssislər Rusiya qazancının siyasi yönlərini müzakirə edirlər. Mirzəyanın fikrincə, “Suriyaya təzyiq göstərmək istəyən İranın nüfuzuna qarşı Suriya Rusiyaya möhtacdır…Bu səbəbdən Dəməşq, ehtimal ki, Rusiyanın bölgədə daha güclü nüfuzunda maraqlıdır. Bu saziş Bəşər Əsəd üçün uzunmüddətli investisiya və ən yaxın illərdə güclü müttəfiq əldə etmək imkanıdır”.

İran da həmin həftə Suriyada Rusiyanınkından az önəmsiz olmayan payını alıb. Tehranla Dəməşq arasında Suriya tarixində ən böyük iqtisadi sövdələşmə çərçivəsində saziş bağlanıb. Sazişin məlumatlarına görə, İslam Respublikası kommunikasiya, neft sənayesi və kənd təsərrüfatı sahələrində çox böyük investisiya layihələri həyata keçirmək imkanı əldə edib. Sənədlərin imzalanması Tehranda baş tutub.

Lakin Suriya rejimi ölkənin gələcəyinin nizamlanmasının siyasi yolunu tapmaq məqsədilə müxalifətlə danışqılara hazırlaşırdısa, istənilən hökumət üçün mütləq qüvvəyə malik olan sazişlər ölkə daxilində siyasi danışıqların gedişində razılaşdırılmalıydı. Suriya müxalifəti bu baxımdan bildirib ki, Suriya-İran sazişi İranın Suriya rejiminə dəstəyi əvəzində ona mükafat qismində çıxış edir və bunu Suriya xalqının və ölkə sərvətlərinin “İranın terrorçi hərbi birləşmələri tərəfindən qarət edilməsi” adlandırıb.

Suriya Respublikasının baş naziri İmad Xamisin Tehranda qarşılıqlı anlaşma haqda imzaladığı beş memoranduma uyğun olaraq İran Suriyada mobil rabitə şəbəkəsi işə salmaq hüququ əldə edib, həmçinin fosfat hasilatı barədə müqavilələr imzalanıb.

İslam Respublikası İRNA rəsmi informasiya agentliyinin məlumatına görə, Suriya kənd təsərrüfatı və neft-qaz limanlarının inşası üçün İrana beş min hektar torpaq təqdim edir. Həmçinin iribuynuzlu malların becərilməyi üçün torpaq verilməsi haqda saziş imzalanıb.

Şübhəsiz, daha çox diqqət çəkən saziş mobil rabitə ilə bağlı sövdələşmə olub. Çox ehtimal ki, bu məsələ ilə İİKK (islam inqilabı keşikçiləri korpusu və yaxud İran İnqilab Qvardiyası-tərc.) məşğul olacaq və Suriya ərazisindəki birləşmələr haqda bütün məlumatlar bu hərbi təşkilatın əlinə keçəcək.

Yekunda, bağlanmış sazişlərə əsasən, İran Suriya sahilində neft limanı tikmək üçün beş min hektar torpaq, kənd təsərrüfatı mülkü üçün beş min hektar və fosfat şaxtalarının istismarı üçün daha beş min hektar torpaq əldə edib.   

Hərbi əməliyyatların hasilat və satış imkanlarını güclü şəkildə azaltdığına baxmayaraq, Suriya ən böyük fosfat (fosfor kübrələrinin istehsalında işlədilən xammal) ixracatçıları siyahısına daxildir. İran dövlət kütləvi informasiya vasitələrinin məlumatına görə, bütünlükdə İran şirkətləri Suriyada elektrik enerjisinin hasilatı üzrə 660 milyon dollar məbləğində bir sıra layihələrdə artıq çoxdan fəal şəkildə iştirak edir.

İranın məqsədi Suriyaya elektrik enerjisi ixrac etmək və İran milli şəbəkəsini İraq və Livanın şəbəkələri ilə birləşdirmək yolu ilə müsəlman dünyasında ən böyük elektrik şəbəkəsi yaratmaqdır.

Karnegi araşdırmalar İnstitutunun tədqiqatçısı Səcad Kərim hesab edir ki, “İran Suriya ilə öz əyalətlərindən biri kimi əməkdaşlıq edir… İranlılar süqutdan yayınmaqda Əsədə yardım ediblər və indi hər şeydən göründüyü üzrə, Suriya iqtisadiyyatı vasitəsilə özlərinə kömək etmək haqqı hiss edirlər”.

Tehran Suriyada silah və döyüş sursatına milyardlarla dollar itirib, eyni zamanda insan itkisi verib. Buna görə də qətiyyən təəccüblü deyil ki, İran öz payını götürməyə çalışır ki, bu da siyasi təsir və layihə və sövdələşmələr vasitəsilə öz təhlükəsizliyini təmin etmək cəhdində, həmçinin ikitərəfli əməkdaşlıq haqda dayanıqlı saziş vasitəsilə ifadə olunur.

Reuters-in məlumatına görə, hərbi dəstək məsələləri nəzərə alınmasa, Suriyav maliyyə baxımından İrana borcludur. Tehran 2013-cü ildə Suriyaya 3,5 milyard dollar məbləğində kredit verib, 2015-ci ildə buna daha bir milyrd dollar əlavə edib. İqtisadçıların fikrincə, bu, Suriya iqtisadiyyatına üzdə qalmaq imkanı yaradıb.

“Səna”agentliyi də xəbər verir ki, İranın birinci vitse-prezidenti İshaq Cahangiri son sazişlər bağlanan zaman bildirib ki, Tehran ticarət sektorunu dəstəkləmək üçün Suriya kommersiya bankı ilə İran ixracatın inkişafı bankı arasında yeni kredit xətti tətbiq etməyə hazırdır. Ehtimal ki, Tehran, əslində, yol, aeroport, elektrik stansiyaları və limanların bərpasında Suriyaya yardımda maraqlıdır – bütün bunlar İranın ən böyük inşaat şirkətlərinin sahibi olan İran İnqilab Qvardiyasının maraqlarına oynayır.

 

Tərcümə Strateq.az-ındır.