Telman Nüsrətoğlu
İstanbul Universitetinin tədqiqatçısı
Bu gün dünyanın bir çox bölgələrində Türkiyənin birbaşa maraq dairəsində olan ciddi proseslər cərəyan etməkdədir. Rusiya, Ukrayna, Yəmən, Suriya, İraq, Əfqanıstan və bunun kimi bir çox bölgəsəl, kürəsəl problemlərin həllində Türkiyəsiz ciddi, sabit nəticələr əldə etmək mümkün deyil. Təmsil etdiyi möhtəşəm tarixi və mədəni kimliyiylə Türkiyə Avrasiyanın mərkəzi və açar ölkəsidir. İndi institutları, strateji düşüncə quruluşlarındakı beyin fırtınalarlyla bu ölkələrin hər biri və ümumən dünyada şəkillənən yeni dəngələrlə bağlı çoxvariantlı ssenarilər üzərində baş sındırması gərəkirkən Türkiyə PKK müşkülünü müzakirə edir.
Həqiqətən də, bu məsələ Ankaranın bölgəsəl və kürəsəl bir gücə çevrilməsi yolunda ən böyük maneədir. Bu kiçik yazıda oxucuları çox yormamaq naminə imperialist qüvvələrin Osmanlıdan günümüzə qədər kürd kimliyi üzərində hədəflədikləri antitürk, antiislam siyasətinin xronoloji, zamana və zəminə görə dəyişən mərhələlərinə toxunmadan, sadəcə, onu qeyd etmək istərdik ki, Cümhuriyyətin qurulasından sonra bu problem daha çox inkişaf etmiş və şiddətlənmişdir.
Bu məsələnin ortaya çıxmasında Türkiyənin Lozannada hədəflədiyi ərazi toxunulmazlığını tam əldə edə bilməməsi də ciddi rol oynayıb. Belə ki, İsmət İnönü Suriyada, İraqda indi uğrunda qanlar tökülən kürd və türkmənlərin yaşadığı torpaqları Türkiyə Cümhuriyyətinin sərhədlərinə qatmağa çalışsa da, ingilis ağlı buna imkan verməmişdir. İngilislər cizdıqları süni sərhədlərlə dondurulmuş problemlər yaradaraq həm bölgənin zəngin neft yataqlarına hakim olacaq, həm də bütün bölgə ölkələrinə, xüsusən də Türkiyəyə qarşı əlində etnik təməlli bir oyun kartı tutacaqdı. Bu, dörd ölkəyə dağılmış kürd kartıydı.
Biz bu kartdan Cümhuriyyətin qurulmasından sonra həlledici periodlarda Türkiyəyə qarşı aktiv şəkildə istifadə edildiyini gördük. Və 1970- ci illərdən etibarən PKK terror təşkilatının qurulmasıyla Türkiyənin böyük məbləğdə vəsait ayırdığı terrorla mübarizə dönəmi başladı. Bu ağır, sancılı prosesdə Türkiyə minlərlə şəhid verdi, sənayeləşmə, iqtisadi yüksəliş səylərini həyata keçirə bilmədi. Ən əsası isə düşmən qüvvələr min ildir, Anadoluda səlib zehniyyətinə qarşı çiyin- çiyinə savaşmış, bütün dəyərləriylə bütünləşmiş, bir olmuş iki qardaşın arasına fitnə toxumları səpməyə başladı. Bölgədə yenidən paylaşım həyata keçirilərkən bu fitnə – “parçala-hökm sür” prinsipi yenə də ən əsas silahdır.
Ancaq Türkiyə səbirlə, qərarlılıqla bu böyük oyunu pozmağa davam etdi. 1999-cı ildə Engin Alan paşa və silahdaşlarının ələ keçirdiyi öcalan da artıq bəzi ölkələrin əlində maşa olduğunu, onların isə açıqdan-açığa Ankaranın qəzəbinə gəlmək istəmədiyini, tarixin Türkiyənin xeyrinə işlədiyini anlamış və bundan sonra dövlətinə xidmət etmək niyyətini bəyan etmişdi.
Beləcə, Türkiyə bu problemi kökündən həll edə biləcək yeni bir kart qazanmış oldu.
İndi Amerikanın, Rusyanın, Ortadoğuda maraqları olan əksər ölkələrin öz bölgəsində güclənən Türkiyəyə ehtiyacı var. Nə uğrunda savaşılan neft, nə də bu strateji coğrafiya Türkiyə olmadan ələ keçirilə bilməz. Suriyada , İraqda baş verənlər strateji çatışma olmaqla bərabər, həm də Türkiyənin strateji seçimiylə bağlı məsələdir. Ortadoğuda baş verənlər Qərbin Türkiyəni Suriyada oyunun içinə çəkib sonra da tək qoymasıyla bu nöqtəyə gəldi. Hazırda bu təmsili savaşlarda İŞİD kimi PKK da istifadə edilən bir silahdır. Eynəl- ərəbdə (Kobani ) Amerika PKK- nın ordakı silahlı qolu olan YPG -yə silah yardımı edərək İŞİD -in şəhəri almasına mane olsa da, o bölgələrin xarabaya dönmüş torpaqlarında savaş davam edir.
Peşmərgənin Kobaniyə yardıma getməsinin önünü açan Türkiyə bu addımla çözüm sürəcini də davam etdirmək istədiyini, kürd faktorunu bu bölgəsəl oyunda yanında görmək istədiyini ortaya qoydu. PKK və Suriya kürdləri də Türkiyəsiz varlıqlarını davam etdirmənin mümkün olmadığını anlamalıdırlar. PKK anlamalıdır ki, Türkiyə qarşısında silahı yerə qoymasa, içəridə Xudapar, dışarıda da IŞID tərəfindən mühasirəyə salınacaq və Amerikanın bu məsələdə dəstəyi sadəcə konyuktura xarakterli olacaq.
Bölgənin gələcəyiylə bağlı Qərbin Türkiyəylə anlaşma əldə etməsindən sonra PKK türk ordusunun çəkmələri altında qalıb əzilməyə məhkumdur. Bütün bunları nəzərə alaraq öcalana bağlı olan PKK-nın əsas qanadının yaxın aylarda keçiriləcək konfransda qəbul ediləcəyi gözlənilən bir qərarla Türkiyəylə birlikdə digər qanada qarşı mövqe ortaya qoya biləcəyi ehtimalı qüvvətlidir.