Zeynəb Gürcanlı
Sözcü (Türkiyə), 31.01.2017
Bu bəyanatı prezident Ərdoğanın özü verib. O deyib ki, Rusiya-Türkiyə münasibətlərində təyyarə böhranından sonrakı böhranı aradan qaldırdıqdan sonra Rusiyaya səfəri gedişində “Demokratik Birlik” Partiyasının Moskva ofisi haqda Putinə danışıb və onun bağlanmasının gərəkliyini ifadə edib. Ərdoğan deyib: “Putin Moskvada bu cür ofisin olduğunu ilk dəfə məndən eşidib”.
Bu görüçün vaxtından bir neçə ay keçib. Bəs Ərdoğanın ifadəsincə, mövcudluğu haqda Putinin “ilk dəfə ondan eşitdiyi ofis” necə olub? Bağlanıb? Bu sualın cavabı yağlı bir “xeyr”dir. Türkiyənin rəsmən PKK terrorçu təşkilatının şaxəsi elan etdiyi “Xalq özünümüdafiə dəstələrinin” (PYD/YPG) Moskva ofisi hələ də açıqdır.
Amerikalıların PYD/YPG terrorçu təşkilatına yardımı ilə bağlı onların ünvanına son dərəcə kəskin və ədalətli tənqiddən sonra prezident Ərdoğan və Ədalət və İnkişaf Partiyası hökumətinin üzvlərinin bu haqda sükutu pozmadığı faktı nəyisə bildirir.
Təşkilat eynidir və həminkidir. O, bir tərəfdən ABŞ dəstəyindən istifadə edir, digər tərəfdən Rusiyada ofisi var. Lakin ƏİP nədənsə bu məsələdə Moskvanı günahkar saymır.
“Təhlükəsiz zona”, yoxsa “federasiya”?
PYD/YPG ofisinin Moskvada qalmaqda olması Suriyanın gələcəyi baxımından həlledici əhəmiyyərə malikdir. Rusların Ankaranı qane etmək üçün PYD/YPG-i Astanaya dəvət etməməyi faktı sizi yanlışlığa uğratmasın… Rusuiya xarixci işlər naziri Lavrov PYD-i Astanaya dəvət etməyib, lakin keçən həftənin axırında Moskvada PYD təmsilçiləri ilə görüşüb.
Özünü sanki ƏİP hökuməti ilə “bir yöndə” iş görən kimi aparan ruslar, necə deyərlər, birdən arxa planda şlyapadan dovşan çıxardırlar. Söhbət Suriyada federasiya yaradılması təklifindən gedir. Suriyada federasiyanın yalnız bir mənası ola bilər: ölkənin şimalında PYD/YPG-nin nəzarəti altında “federativ bölgə”nin yaradılması… Lap konkret desək, ABŞ-ın əliylə nə zamansa İraqın şimalında yaradılmış kürd bölgəsinin analoqunu indi Moskvanın əliylə Suriyada qurmağa cəhd edirlər. Səddamın devirlməyindən cəmi 13 il sonra İraqda Bərzani “müstəqil Kürdüstan”dan danışmağa başladı. Suriyada yaratmağa hazırlaşdıqları federasiya on ildən sonra müstəqillikdən danışmağa başlasa, təəccüblü olmayacaq.
Rusiyanin səbirlə kərpic-kərpic hördüyü bu plana ABŞ-ın yeni prezidenti Donald Trampın (ƏİP onun seçildiyinə çox sevinirdi) vəzifəyə başlayandan dərhal sonra verdiyi bəyanatı əlavə etmək lazım gəlir: “Suriyada təhlükəsizlik zonaları yaradılmalıdır”.
Məgər diplomatik dildə bu “təhlükəsizlik zonaları” deyilənlər, yenə də konkret şəkildə danışsaq, PYD/YPG-nin nəzarətindəki bölgələri nəzərdə tuta bilməz?
Ərdoğan Məmbicdən niyə imtina edib?
Bu fonda daha bir gözlənilıməz hadisə baş verib. Əvvəllər meydanlarda “Fərat qalxanı” əməliyyatının Əl-Babla məhdudlaşmayacağı və şərqdə kürdlərin nəzarət etdiyi Məmbicə və qərbdə yenə də PYD/YPG nəzarətindəki Afrinə qədər genişlənəcəyini qışqıran prezident Ərdoğan Madaqaskardan qayıdandan sonra qəflətən bildirib: “Əməliyyat Əl-Babdan o yana keçməyəcək”.
Türkiyə bu günlərdə prezident sisteminə keçid haqda referendumu müzakirə edir. Bnununla belə, həm okeanın o tayında, həm də Qara dənizdən şimalda Suriya ərazisində, Türkiyə sərhədinin yanında yeni “dövlət”in təməli qoyulur.
Və sonda. Konstitusiyaya düzəlişlə bağlı Böyük Millət Məclisinin qəbul etdiyi və bu ilin aprelində referenduma çıxarılacaq həlledici maddələrdən biri (2019-cu ildə seçiləcək) prezidentə Türkiyənin inzibati quruluşunu dəyişmək səlahiyyəti verir.
Hər birimiz Türkiyənin vətəndaşı kimi ölkəmizinn gələcəyinə səs vermək haqqımız var. Lütfən, baş verən bütün hadisələri və gözlənilməz dönüşləri düşünüb, ölçüb-biçib addım atın…
Tərcümə Strateq.az-ındır.