XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

02 Fevral 2017 - 11:52

Tramp-CNN qarşıdurması:ABŞ prezidenti “dördüncü hakimiyyət”lə bacaracaqmı? – Təhlil

t

İrina Alksnis

vz.ru, 01.02.2017

 

ABŞ-ın yeni prezidenti CNN-in üzərinə “səlib yürüşü”nü davam etdirir. Ağ Ev telekanalla təmasdan imtina edib. Lakin Trampın növbəti ekstravaqant addımının dalında daha böyük mətləblər gizlənir. Seçki kampaniyası göstərib ki, “dördüncü hakimiyyət” öz səlahiyyətindən açıq şəkildə sui-istifadə edir və Tramp jurnalistlərə dərs vermək niyyətindədir.

O, Amerikanın əsas mediaları, konkret olaraq isə CNN telekanalı ilə “savaş”ında növbəti addım atıb. Ağ Ev öz təmsilçilərini CNN-in proqramlarına göndərməkdən imtina edərək bununla telekanalı öz sahəsində administrasiyanın səsindən məhrum edib.

Bu, Rusiya hökumətində Donald Trampla bağlı ifşaedici materialın olduğu iddia edilən anonim məruzənin dərcilə bağlı əhvalatın davamıdır. Seçkiqabağı kampaniyanın gedişində Hillari Klintonu fəal dəstəkləyən CNN bu məlumatım yayanlardan biri olub və bununla da o zaman hələ seçilən prezidentin kəskin reaksiyasını doğurub. Tramp öz mətbuat konfransında telekanalı “saxta xəbərçi” adlandırıb jurnalistini sual vermək imkanından məhrum edib.

Lakin əvvəlki addımları Amerikanın yeni prezidentinin qəzəbin tədricən mərhəmətlə əvəzləndiyi emosional reaksiyasının ayağına yazmaq mümkün idisə, Ağ Evin telekanala münasibətdə mövqeyi haqda xəbərdən sonra aydın olur ki, məsələ xeyli ciddidir. Məsələ Trampın inciməyində və hətta CNN-də də deyil. Hər şeyə əsasən, Oval kabinetin yeni sahibi KİV-lə münasibətləri ciddi şəkildə yenidən düzəltmək, çağdaş siyasi sistemdə onun yer və durumunu dəyişmək fikrindədir. Ənənəvi KİV sisteminin çoxsaylı səbəblər üzündən – sosial şəbəkələrin inkişafından prinsipcə yeni texnologiyaların meydana çıxmasına qədər – sistemli böhrana qərq olduğu sirr deyil. Lakin ABŞ-dakı prezident kampaniyası problemin daha bir ən ciddi, əvvəllər də məlum olan, lakin bu dərəcədə aşkarlıqla görünməyən qatını üzə çıxardıb. Söhbət “dördüncü hakimiyyət”in səlahiyyətdən sui-istifadəsindən gedir.

Bu mövzu həm də ən ciddi və mötəbər, nüfuzu on illərlə, bəzi hallarda isə yüzillərlə qurulan KİV-lər tərəfindən sui-istifadələr faş olunduğu üçün maksimal kəskinliyi ilə meydana çıxıb.

Maraqlıdır ki, media meynstriminin əxlaqi-etik və peşəkar çürüməsi hakimiyyətə malik istənilən digər strukturun başına gələn sxem üzrə baş verir. Yol verilənin sərhədinin tədrici dəyişimi baş verib və məsələnin hədsiz dərəcədə dərinə getdiyini aşkarlayan hansısa bir hədd görünür. Amerika KİV-lərinin məsələsində bu cür hədd məhz prezident kampaniyası olub. Ölkənin ən hörmətli və ciddi mediaları o qədər iyrənc və heç bir hədd tanımayan antitramp kampaniyasının iştirakçısı olub ki, onların önrəyçiliyi və muzdluluğu Amerika cəmiyyətində kəskin qəsb doğurub.

Lakin indi hər şeyə baxarkən Donald Tramp CNN-in timsalında Amerika KİV-lərinə daha bir ağrılı dərs təqdim etmək niyyətindədir. KİV-də öz gücünə bu qədər radikal inam doğuran səbəblər arasında Qərbdə məsələlərin biçimlənmiş durumu xeyli yer turur – konkret adamların, xüsusən də siyasətçilərin və dövlət xadimlərinin media ilə dalaşması sərfəli deyil. Nüfuzlu nəşrlə dalaşmaq siyasi və dövlət karyerasına mənfi təsir edə bilər. Bununla yanaşı hətta yüksəkçinli məmurun da mediaya ciddi ziyan vurmaq imkanı yoxdur.

Görünür, Donald Tramp qərara gəlib ki, bu cür üsul tapıb və çox xatalı işə girişib. Bəli, CNN Trampdan Ağ Evdə olacağı bütün vaxtda (və bundan sonra) hədəf kimi istifadə edə bilər. Amma dünyanın ən aparıcı xəbər mediası dünyada ən önəmli informasiya qaynağına birbaşa çıxışdan həqiqətən də təcrid olunmuş görünsə, özü hansı ziyana düşər? Bu ziyan son nəticədə qəbuledilməz çıxmazmı?

İndiki anda bu sualın cavabı heç kimə məlum deyil. CNN rəhbərliyi rekordca yüksək reytinqdən danışaraq qurubəylik və basqıya qarşıdurma hazırlığı sərgiləyir. Ancaq bu qərarın effektinin gerçəklikdə necə çıxacağını yalnız zaman göstərər. Bununla yanaşı, media ekspertləri proqnozlarında daha az əminlik nümayiş etdirirlər. Onların dəyərləndirməyinə görə, CNN-in Ağ Evə birbaşa çıxışının olmamağı telekanala uzunmüddətli perspektivdə ciddi ziyan vura bilər.

Bu da önəmlidir ki, Donald Tramp dünyanın əsas və ən nüfuzlu xəbər teleholdinqi ilə bu qədər radikal qarşıdurmaya getməklə dünyanın qalan KİV-lərinə şəffaf ismarıc göndərir. O, CNN-ə meydan oxumaqdan qoxmursa, onda başqalarına dəqiq şəkildə heç bir iş qalmır.

 

Tərcümə Strateq.az-ındır.