XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2017 - 13:52

Trampın Yaxın Şərq strategiyası Türkiyə və İranı ya İraqa, ya da Suriyaya döndərə bilər –Təhlil

t

Stanislav Tarasov

REGNUM İA, 02.02.2017

 

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq problematikası üzrə elə bir qızğın fəaliyyət sərgiləyir ki, Bloomberg agnetliyinin icmalçısı Marqaret Karlson onu rəqs edən Şərq dərvişinə bənzədib. Bu, Trampın “Yaxın Şərqə münasibətdə xüsusi gözləntilər bəsləmədiyi və bütün bu problemləri öz gəmisindən tezliklə tullayacağı”nı iddia edən Amerika və Britaniyanın bəzi ekspertlərinin əvvəllər ifadə etdiyi proqnozlara uyğun gəlmir. Həqiqətən də, onun seçkiqabağı bəyanatları təhlil olunsa, təəssürat yarana bilər ki, onun sözlərinə görə, “ABŞ-ın xeyli qan və pul itirdiyi və bu zaman ən cüzi nəticələrə nail olduğu bölgə” yalnız əsəb doğurur, çünki sonra nə ediləcəyini heç kim bilmir. Lakin Amerika diplomatiyasının veteranı, BBC-nin sitat gətirdiyi Dennis Rossun hesab etdiyi kimi, “Tramp administrasiyası Yaxın Şərqdə Amerikanın hələ heç bir prezidentinin görmədiyi çağırış qarşısında qalıb”.

Ağ Ev İŞİD-lə mübarizəyə və bu istiqamətdə Rusiya və digər ölkələrlə itifaqa girməyə hazır olduğunu bildirib, artıq logistik səviyyədə ilk problemi göstərib: İŞİD-lə hesab çəkilməlidir. İkinci problem: onun darmadağın edilməyindən sonra meydana çıxan risklərlə necə davranmalı. Praktikada isə hər şey özgə cürdür.

“Amerikanın səsi”nin xəbər verdiyi kimi, prezident Tramp Pentaqona ilk dəfə baş çəkərkən İŞİD-lə “hətta Barak Obama administrasiyasının nəzərdən keçirmədiyi” mübarizə üsullarını müzakirə edib. Obama administrasiyası eyni anda iki məqsədə nail olmaq istəyirdi: Türkiyə ilə yaxşı münasibətləri saxlamaq və İŞİD-i məhv etmək. Lakin indi aydınlaşdığı kimi, Trampın yeni strategiyasının önəmli hissəsi – xüsusən də Suriyada – “İŞİD yaraqlılaır ilə mübarizədə öz effektini sübut etmiş” kürd müxalifəti dəstələrinə silah və hərbi texnika vermək olur. ABŞ bu günlərdə “Suriya Demokratik Qüvvələri”nə (SDQ) zirehli maşınlar tədarük edib və onlara “daha böyük dəstək” söz verib. Bununla belə, Vaşinqton əla bilir ki, NATO üzrə müttəfiqi Ankara Suriyadakı kürd strukturlarını terrorçu sayır və həmişə Vaşinqtonu onlara hərbi-texniki yardımı kəsməyə çağırır. Nəticə etibarilə, prezident Tramp bu qayda ilə Türkiyənin Suriya kürdləri ilə münasibətləri sistemində öz prioritetlərini praktik olaraq sərgiləməyə başlayıb.

Hətta İraq Kürdüstanının prezidenti Məsud Bərzani Ərbildə “Kürd Milli Şurası”nın (KMŞ) nümayəndə heyətini qəbul edərək bildirib ki, “kürd məsələsi yerli sərhədləri aşıb və beynəlxalq problem olub”.

O, İŞİD-ə qarşı müharibədə “Rojava peşmərgəsi” qüvvələrinin “Demokratik Birlik Partiyası”nın (DBP) səyləri ilə birləşdirmək üçün Suriya Kürdüstanına yeridilməsinin sanksiyalaşdırılması məsələsini müzakirə edib. Həmçinin məlum olub ki, KMŞ ən yaxın vaxtlarda ABŞ-a səfər edəcək. DBP lideri Salih Müslüm öz növbəsində hesab edir ki, Yaxın Şərqdə indiki münaqişələr – xüsusən də İraq və Suriyada – “kürdlərin son müharibəsidir, çünki onların sağ qalmaq uğrunda savaşıdır” və kürdlər indi “müstəqil olmağa hazırdırlar”.

Başqa sözlə, hər şey ona doğru gedir ki, nəhəng Yaxın Şərq “oyun”unun bütün daxili və xarici iştirakçıları gec, ya tez etiraf etməli olacaqlar ki, İŞİD təməl problem deyil, yalnız bölgədə formalaşmış xeyli digər tarixi, geopolitik disproporsiyaların simptomudur.   

Prezident Trampın şərhində İraq və Suriyadakı durumları fərqləndirmək zəruridir. ABŞ 2003-cü ildə İraqa soxulub və prezident Səddam Hüseynin rejimini devirib. İndi Tramp bildirir ki, “İran İraqı getdikcə daha çox kamına çəkir – hətta ABŞ orada 3 trilyon dollar itirdikdən sonra da”.

Lakin İraqda İŞİD-ə hücum şiə, kürd və sünnilərin əsas siyasi qüvvələrinin daxili konsensusa gəlməyindən sonra mümkün olub – terrorçularla mübarizənin zərurəti haqda razılaşıblar. ABŞ Suriyaya rəsmən müdaxilə etməyib, lakin orada İŞİD-lə mübarizə cürbəcür siyasi qüvvələrin və silahlı qruplaşmaların birləşmə dominantı olmayıb. İŞİD və radikal cihadçı qruplaşmalar obyektiv olaraq “ümumi düşmən”ə – Suriya prezidenti Bəşər Əsədə qarşı çıxış edirlər. Kürd “Xalq özünü müdafiə dəstələri”nin rəhbərlik etdiyi, lakin Türkiyənin terrorçu təşkilat elan etdiyi “Suriya Demokratik Qüvvələri” istisna təşkil edir. Suriya kürdləri iraqlı tayfadaşlarının nümunəsi üzrə Suriyanın federallaşmasını təkid edirlər. Ankara buna qarşıdır. Buna görə də prezident Tramp özəl qeyd edir ki, İraqdan fərqli olaraq “ABŞ müharibəyə milyardlarla dollar itirməmişdən Suriyada kiminlə vuruşduğunu dəqiq dərk etməlidir”.

Eyni zamanda Suriya kürdlərinə ABŞ dəstəyi Türkiyədə narazılıq doğurur.

ABŞ həm də İrana təzyiq təşkil edir. Prezident Trampın Yaxın Şərq strategiyasında kürdlər həm Türkiyədə, həm də İranda “Troya atı” rolunda çıxış edə bilərlər. Daha doğrusu, Türkiyə və İran ya İraqa, ya da Suriyaya dönə bilər. Rusiyanın kürdlər üçün muxtariyyət yaradılmasının gərəkdiyini göstərdiyi Suriya konstitusiyası layihəsi bunda olduqca çoxmənalı addımdır, lakin müəyyən geopolitik risklər ehtiva edir. Gələcəkdə çox şey kimin kimlə və hansı meydanda – İraqda, yaxud Suriyada – ya müttəfiq və tərəfdaş, yaxud barışmaz düşmən olacağından asılıdır. Hələlik isə altdan-altdan qənaət formalaşdırılır ki, Yaxın Şərqdə reinteqrasiya prosesləri hər halda qaçılmazdır və çox çətin olacaq. Bu da ola bilər ki, hərc-mərclik və sabitsizləşmə durumundan çıxış variantı kimi məhz indiki sərhədlərin dəyişdirilməyi nəzərdən keçiriləcək. Bu da yəqindir ki, “xilafətlə müharibə” çoxlu oyunçuların – ABŞ, Rusiya, İran və Türkiyənin, həm də ola bilsin, Səudiyyə Ərəbistanının iştirakı ilə çoxgedişli geopolitik “şahmat partiyası”na çevrilir.

Hazırda ABŞ prezidenti Tramp da daxil olmaqla hamı ilk gedişləri edir və bölgədə sərhədlərin dəyişdirlməyinin İŞİD-in darmadağın edilməyi, yaxud daha nə iləsə bağlı olub-olmayacağı aydın deyil. Təkcə bu aydındır ki, dünya ictimaiyyəti Yaxın Şərqdə II dünyav savaşından bəri görmədiyi problemlərlə üzləşəcək. Belə ki hamı üçün çətin bir dövr gəlir.

 

Tərcümə Strateq.az-ındır.