Anna Akopyan
armtimes.com (Ermənistan), 03.02.2017
Ermənistan müdafiə naziri Vigen Sərkisyanın İran İslam Respublikasına səfəri olub. İranşünaslıar bu səfəri tarixi sayırlar. Qeyd olunur ki, Ermənistan müdafiə naziri İrana son dəfə rəsmən yeddi il öncə səfər edib və gözlənilir ki, bu səfər müdafiə sahəsində məlum səbəblərə görə məxfi qalası mühüm sazişlərə səbəb olacaq.
Səfər böyük maraq və gözlənti doğurub. Diqqqəti xüsusən çəkir ki, müdafiə naziri müdafiə sahəsində texnoloji nəticələrin planlaşdırılması və işlənməsində ixtisaslaşan “İran elektron sənayesi” şirkətinə baş çəkib. KİV-də məlumat yayılıb ki, Ermənistan Respublikası SQ aprel müharibəsi zamanı vurulmuş İsrail pilotsuzları haqda hansısa informasiyanı İrana ötürüb.
İranşünaslar isə qeyd edirlər ki, ola bilsin, Ermənistan və İran İsrail pilotsuzları ilə mübarizə üçün birgə layihə hazırlayır. Yeddi il əvvəl baş tutmuş bu cür səfərdən fərqli olaraq bu dəfə hərbi-sənaye sahəsində əməkdaşlıq hər iki ölkə üçün ilk yerdə durur. Səfərin nə dərəcədə həqiqətən tarixi olduğunu demək çətindir, lakin səfərin bu vurğusu, doğrudan da, misilsizdir.
Vigen Srkisyan yanvarın 27-də baş tutan mətbuat konfransı zamanı olduqca maraqlı bəyanat verib. Sərkisyan Rusiyadan alınmış 200 milyon dollarlıq silahın tədarükü haqda sualı cavablandırarkən bu silahların böyük hissəsi artıq Ermənistandadır, silahlı qüvvələrə çatdırılıb: “Biz həmçinin bu layihənin davam etdirilməsi üçün Rusiya tərəfi ilə dialoqu davam etdirəcəyik, çünki gerçəklikdə KTMT çərçivəsində əməkdaşlığımız əsasında Rusiyadan aldıqlarımız silahlı qüvvələrimizin ultramüasir silahlara tələbatını təmin edə bilməz. Nəticə etibarilə silahlı qüvvələrimizi zəruri silahlarla tamamlamaq üçün həm Rusiya bazarında, həm də başqa müttəfiqlərimizdə mümkün bütün yolları arayırıq”.
Müdafiə naziri qeyd edib ki, bu cür silahlarla tanışlıq üçün səfər qrafiki tərtib olunub. O deyib: “Bu bizim planlarımıza daxildir və qrafik üzrə hökmən bu cür səfərlər edirik”.
İrana səfərin bu qrafikin tərkib hissəsi olub-olmadığını demək çətindir. Hərbi ekspertlər yalnız suala cavab verə bilərlər – Rusiya ilə əməkdaşlıq çərçivəsində əldə edilməsi mümkün olmayan silahları Ermənistana hansı ölkələr tədarük edə bilər? Lakin Ermənistan müdafiə nazirinin bu cür bəyanatları və İran səfəri zamanı etdiyi vurğular qəribə səslənir.
Ola bilsin, biz nəyisə əldən buraxmışıq və lakin Ermənistanın nə vaxtdan bəri Rusiya bazarından kənarda, başqa ölkələrdə ultramüasir silahlar axtarmağa başladığını xatırlaya bilmirik. Beynəlxalq ekspertlər indiyə kimi bu fikirdəydiər ki, bir tərəfdən, Qarabağ münaqişəsinin tərəflərinə silah tədarükü Rusiyanın monoliyasındadır, digər tərəfdən isə Ermənistanın imkanları başqa qaynaqlardan istifadə imkanı vermir.
İlham Əliyev Vigen Sərkisyanın yuxarıda sözügedən bəyanatından bir həftə öncə öz bazasının silahlarla tamamlandığı barədə danışıb. Lakin o, Ermənistan müdafiə nazirindən fərqli olaraq Rusiya bazarına yönəlib. Əliyev Davosda RİA Novosti-yə deyib: “Bəli, yeni alqılar haqda danışıqlar aparırıq. Rusiya hərb sənayesinin nə qədər inkiaşf etdiyi sizə daha yaxşı məlumdur. Biz əsasən ən müasir müdafiə silahları, yeni silah növlərinin yaradılması ilə maraqlanırıq. Bu, helikopter texnikası və müdafiə sistemlərinə də, bütün kompleksə aiddir”.
Keçən dekabrın ortalarında isə Rusiya baş naziri birinci müavini Dmitri Roqozin Azərbaycana səfər edib. “Коммерсантъ” onun səfər günlərində yazırdı ki, digər məsələlər sırasında silah satışı haqda yeni saziş də müzakirə olunacaq.
Ermənistan hökuməti strateji tərəfdaş tərədindən düşmənə silah satışı iə bağlı etirazını açıq şəkildə ifadə edib. Cavab bir olub – bu, münaqişə zonasında tarazlığı saxlamaq üçün edilir. Əlbəttə, bu cavab Ermənistanı qane etmir.
Vigen Sərkisyanın son hərəkətini bu kontekstdə iki cür şərh etmək olar: ya RF ilə Azərbaycan arasındakəı son sazişi pozmaq məqəsdi güdülür və bu hərəkət, bir növ, şantajdır, ya da Azərbaycan–İsrail əməkdaşlığına tarazlıq yaratmaq, məsələn, İranla əməkdaşlığın dərinləşıdirilməsi məqsədilə hər şey Moskva ilə razılaşdırılıb.
P. S. İran prezidenti Həsən Ruhaninin dekabr səfəri zamanı hərbi sənaye sahəsində əməkdaşlıqdan hətta söz də düşməyib. Prezidentlərin birgə bəyanatı müdafiədən başqa xeyli sahədə əməkdaşlığın genişləndirilməsinə toxunurdu. Hələ 2015-ci ildə Ermənistana səfər etməyi vəd etmiş İran müdafiə naziri Hüseyn Dehqan ümumiyyətlə Ruhaninin nümayəndə heyətinə daxil edilməmişdi. Və bununla belə, Vigen Sərkisyanın səfəri həqiqtən tarixi səfərdirsə və ciddi nəticələr malik olacaqsa, onda, ola bilsin, əməkdaşlığın bu istiqaməti hələ Sərkisyan-Ruhani görüşü vaxtı nəzərdə tutulub.