XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2017 - 15:10

Almaniya AB-i xilas etmək üçün əvəz ödəməlidir –Təhlil

a

Gerd Appentseller

Der Tagesspiegel (Almaniya), 04.01.2017

 

Avropa Birliyinin (AB) tarixi əsrlərlə müharibələrin diddiyi qitədə azadlıq haqda böyük ideyanın yayılma tarixidir. Bu, Amerika Birləşmiş Ştatlarının daimi təqdiri və dəstəyi olmadan mümkün görünməyəcək tarix idi. Bu, həmçinin son hesabda Sovet İttifaqının dağılması ilə bağlı olan tarix idi.

Bu tarix indi başa çata bilər.  

Məlumdur ki, Vladimir Putinin Rusiyası AB-nin varlığının davamında maraqlı deyil. O, Şərqi Avropada yenidən hakimiyyət və nüfuz əldə etmək istəyir. Bu bölgəni sabitsizləşdirməkdə onun üçün, demək olar, bütün üsullar yaxşıdır. Lakin Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra bilirik ki, onun Amerikası birləşmiş Avropanı bir-biriylə dalaşdırmaq, sonra isə dağıtmaq istəyir. Onun Brexit xüsusunda şadyanalığı və Almaniyaya qarşı ittihamları buna sübutdur. Avropa Birliyinin bir əleyhdar əvəzinə, indi iki güclü rəqibi meydana çıxıb. Avropa Birliyi isə gələcəyinə dair təsəvvürə malik deyil və bu, qitənin vahidliyinin üçüncü düşməni onun pərakəndəliyi ola bilər.   

Göründüyü kimi, AB-i xilas edə biləcək bir ölkə var və bu, Almaniyadır. Həm Putin, həm də Tramp bunu bildiyindən federativ respublikanın Avropadakı nüfuzunu gözdən salmağa və ölkəmizi təcrid etməyə cəhd edir. Məgər hər ikisi anlamır ki, Almaniyanın Avropada yerləşməsi hamı üçün sabitlik lövbəridir? Alman siyasəti buna inadcıl dirəniş yolu ilə deyil, ağıllı diplomatiya və vektorun dəyişilməsi ilə təpki verməlidir.

 

Almaniya zəif avroya görə hamıdan çox udur

 

Tramp və müşavirləri Almaniyanı bunda qınayırlar ki, təkəbbürü üzündən avronu zəiflədir ki, ticari tərəfdaşlarını aldatsın. Almaniya avronun zəifləməyində günahkar olmasa da, daim artan ixracata görə AB-nin istənilən başqa ölkəsindən daha çox udur.

Eyni zamanda, bu üstünlüyün yerdə qalan Avropaya az xeyri var. Əksinə, söhbət sabitləşmə üzrə hədəfə çatmaqdan gedərkən, avropalılar üzərində nəzarətçi rolu Almaniyaya uzun müddət xoş gəlib. Ancaq gənclik arasında işsizliyin təhlükəli səviyyəsi və Cənubi Avropadakı cəmiyyətlərin böhranlarını gördük. Düşündük ki, bu problemlərin həlli üçün az şey edə bilərik. Bu, yanlışlıqdır. Alman mentallığını digər ölkələrə köçürmək və sənaye ənənəmiz olmayan dövlətlərin ixracatda uğur qazanmaqla rifaha yetişə biləcəyi təsəvvürü səhv idi.

AB-nin struktur fondları artıq bu gün varlı dövlətlərin resurslarının yoxsul dövlətlərə bölünməsi ilə məşğul olur.  

Bundan başqa, Almaniya bu fikrə alışmalıdır ki, maliyyənin özünəməxsus üfüqi tənləşdirilməsi olmasa, AB uzun perspektivdə var ola bilməz. Həmçinin bu fakta alışmışıq ki, Avropada heç kim Almaniya qədər qazanmır. Əslini desək, həm bu, həm də o biri bir medalın iki üzüdür.

Bəli, əvəz ödəməli olacağıq. Çünki bu hamıya xeyir gətircək. Qalan hər şey baha oturar və Avropaya ziyan vurardı.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə