XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 17:27

Norveç bloqqeri:“Tramp sağ qalsa, İŞİD və Səudiyyə Ərəbistanının sonu olacaq” – Təhlil

t

Lily Bandehy (Norveç), 06.02.2017

blogg.no


Tramp mötədil müsəlmanlar üçün dirilmə, Səudiyyə Ərəbistanı və İŞİD-in sonu deməkdir. Əlbəttə, Səudiyyə Ərəbistanından və yaxud Klintonlar ailəsindən olan snayper onu güllələməzsə… Çaşqınlıq içində olan, yaxud satılmış KİV-lərin yazdığını bir  kənara qoysaq, heç olmasa, son 20 ilin tarixini vərəqləsək, Trampa etiraz etməyi tərgidərik. Fakt və mülahizədən yararlanasaq, etibarsız faktlara söykənən şişirdilmiş hissələri tərk etsək, başa düşmək asandır ki, 2+2=4 edir.

Soyuq müharibə və Rusiyanın (Sovet İttifaqının) Əfqanıstana müdaxiləsini xatırlamaq lazımdır. Müdaxiləyə qədər bu ölkədə monarxiya quruluşu idi, kral Muhəmməd Zahir şah olduqca dünyəvi adam idi. Qadınlar məhz onun dönəmində səs vermək imkanı əldə ediblər. Əfqanıstan qadınların Asiyada seçkilərə qatıldığı və parlamentə seçilmək hüquq əldə etdiyi ilk ölkə olub. Orada nə hicab vardı, nə də pərəncə. Qadınlar həm təhsil, həm də nikah sahəsində xeyli hüquqlara malik idi. Muhəmməd Zahir şah ölkəni 30 il idarə edib. Ondan sonra oğlu kral olub və o da atası kimi dünyəvi idarəçilik formasını saxlamağı davam etdirib. Yaxşı təhsil, saysız-hesabsız kitab və qəzet sayəsində sosialsitlər populyarlıq qazanmağa başlayıb və 1972-ci ildə Əfqanıstan Xalq Demokratik Partiyası hakimiyyətə gəlib. Onlar isə stalinçi idilər. Minlərlə adamı məhv etmiş totalitar diktator rejimi. Xalq etirazlara başladı və Sovet İttifaqı hakimiyyətdəki partiyaya kömək etmək üçün Əfqanıstana müdaxilə etdi.

Totalitar kommunist partiyası və Rusiya tərəfdarları. Bu, soyuq müharibə dövründə idi. ABŞ sonradan iki yerə bölünən mücahidləri dəstəkləyirdi. Onlardan biri "Taliban" idi. ABŞ "Taliban"ı silahlandırdı, pul dəstəyini isə Səudiyyə Ərəbistanı verdi. Onlar hakimiyyəti ələ keçirtdilər, İslamı isə Səudiyyə Ərəbistanındakı kimi şəriət məhkəməsi və mütləq çarşab geyinməklə praktikadan keçirdilər. Səudiyyə Ərəbistanı o vaxtdan bəri ABŞ və Qərbin köməyi ilə inkişaf edir, çünki Səudiyyə Ərəbistanının nefti, hərbi bazaları, çoxlu pulu, İsraillə yaxşı münasibətləri var. 

Lakin Səudiyyə Ərəbistanının İraq kimi rəqibləri var idi. Səddam Hüseynin dönəmində İraq dünyəvi dövlət idi. İraqda Səddam dövründə çəkilmiş fotoşəkillərdə başıaçıq qadınlar görürük. Hətta 1960-ci illərin fotoşəkillərində hicablı bircə qadın da yoxdur. Mən Səddamı dəstəkləmirdim. Amma o, ölkəni dünyəvi yönə aparırdı. ABŞ Qərbin dəstəyi ilə saxta bəhanə altında İraqa hücum etdi və Səddam rejimi çökdü. İraq dövlətin olmadığı, lakin Səudiyyə Ərəbistanı ilə Xomeyni İranı arasında hakimiyyət uğrunda mübarizənin mövcud olduğu ölkəyə çevrildi. Qadınlar hicab və pərəncədə gəzməyə məcburdur, onların yaşayışını isə ya İrandan, ya da Səudiyyə Ərəbistanından şəriət idarə edir. İraq dünyəvi dövlət olmağı tərgidib, onu mühafizəkar İslam idarə edir.

Növbəti ölkə Muəmmər Qəddafinin dövründə marksizmi İslamla birləşdirməyə can atan rejimi olan, həm də marksizimin üstünlük təşkil etdiyi Liviya olmalı idi. Qadınlar istədiklərini edə bilirdilər. Buna görə də Liviya öz kurortları, nefti, banklardakı qızılları, Rusiya ilə Qərb arasında manevr edən lideri ilə təhlükə təşkil edirdi. ABŞ və Qərb Qəddafini aradan qaldırdı, onun dünyəvi dövlətinə son qoyuldu. Və qadınların nəsibi Səudiyyə Ərəbistanındakı qadınların nəsibi kimi oldu.

Növbəti hədəf Suriya idi. Əsəd və atası dünyəvi insan idilər. Prezident Əsədin arvadı hicabsızdır, qadın təşkilatları uğrunda mübarizə aparır. Özü də Əsəd İsrail üçün təhlükədir. Buna görə də İŞİD-in yardımı ilə onu aradan götürmək lazım idi. Səudiyyyə Ərəbistanı DAİŞ/İŞİD-i pul və silahla dəstəkləyir. Onlar Səudiyyə Ərəbistanı uğrunda vuruşurlar. İŞİD və İŞİD-dən daha pis olan “üsyançılar”ın əlindəki və Qərbin dəstəyini alan rayonlarda. Orada şəriət tətbiq olunur, qadınlar qara çarşaba qayıdıb.

Yəməndə də eyni haldır. Elə Afrikada da buna qayıdırlar.

Son iyirmi ildə "Taliban", "Boko Haram" və İŞİD meydana çıxıb. Həsən Nəsrullahı və digərlərini Səudiyyə Ərəbistanı müdafiə edir (mətndə bu cürdür-tərc.) – ABŞ və Qərbdən alınan pul və silahlarla. (Hillari hətta 300 məktəbli qız oğurlandıqdan sonra da FTB və MKİ-yə "Boko Haram"ı terrorçu qrup adlandırmağı qadağan etmişdi).

Norveç Səudiyyə Ərəbistanının Yəməndə apardığı müharibəni dəstəkləyir. Norveçin müdaxiləsi üzündən KİV Yəməndəki müharibə və zorakılıq haqda az yazır. Bu bildirir ki, vəhhabizm Buş və Obamanın iki prezidentlik müddətlərində yanlız möhkəmlənib, dünyəvi dövlətlər isə azalıb. Bu ölkənin təhsil almış və pullu vətəndaşları ABŞ və Qərbə köçərək orada məskunlaşıblar. Bu ölkələr iki şey itirib: dünyəvilik və beyin. Orada düşünmək və müqavimət göstrərməyi bacaranlar qalmayıb. Bu göstərir ki, mühafzəkar islam (vəhhabilər), Səudiyyə Ərəbistanı tərəfdfarları bütün Yaxın Şərq üzərində hakimiyyət əldə ediblər. Dünyəvi müsəlmanları KİV yalanları kor etməsəydi, başa düşə bilərdilər ki, Tramp dünyəvi islamın dirilməyini bildirir.

Tramp prezident postuna öz namizədliyini irəli sürdüyü ilk gündən sonra görürürk ki, KİV onun barəsəində yalnız mənfi yazır, Amerika tarixində ən uzun cinayətkar xidməti siyahısı olan Hilları haqda bircə ifşa da yoxdur. Çünki vəhhabi bayrağını bütün Yaxın Şərqin üzərində qaldırmaq və inkişafı sürdürmək üçün Səudiyyə Ərəbistanına Klintonlar ailəsi və bu kimiləri lazımdır. Yuxarıda sadalanan bütün müharibələr aparılarkən qadın hüquqları nə ABŞ-ı, nə də Qərbi narahat edib, çünki görürük ki, bu ərazilərin hamısında qadınların durumu daha pis olub.  Neft və silah ticarəti daha önəmlidir. Bu ölkələri bombardman edəndə qadın hüquqları və demokratiyadan danışırlar, amma əslində, bu haqda heç kim düşünmür.

Ümidvaram ki, Norveç feminçiləri və bütün dünyanın dünyəvi müsəlmanları, heç olmasa, son 20 ilin hadisələrini yada salacaq və başa düşəcəklər ki, Tramp sağ qalsa, onda İŞİD və Səudiyyə Ərəbistanının sonu olacaq. Və bu ölkələrdə qadınların həyatı daha yaxşı olacaq. Tramp xalqa yaxındır, düşündüyünü danışır və yeganə siyasətçidir ki, vəd etdiyini yerinə yetirir.

 

Tərcümə Strateq.az-ındır.