XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 10:57

Rusiyalı ekspert:“Tramp administrasiyası “Qazprom”a zərbə hazırlayır” – Təhlil

q

Anastasiya Başkatova

NG.ru, 06.02.2017

 

Donald Trampın hakimiyyətə gəlişi Rusiyanın Avropa qaz bazarından sıxşdırılması üzrə ənənəvi Amerika siyasətini dəyişməyib. Amerikanın Yunanıstan səfiri Ceffri Payett bildirib ki, ABŞ “Avropanın Rusiyadan asılılığını gücləndirən “Şimal axını-2” kimi layihələrə qarşı çıxış edir”.

Yeni dövlət katibi Reks Tillerson da Avropanı Amerika enerjidaşıyıcıları ilə təmin etməyə söz verir. ABŞ keçən il Avropaya üç və Türkiyəyə iki sıxılmış təbii qaz (STQ) tankeri göndərib. Ekspertlər xəbərdarlıq edirlər: “Qazprom”un nisbətən sakit güzəranı 3-5 il çəkər, sonra isə rəqabət hissolunacaq dərəcədə amansızlaşacaq.

ABŞ-ın Yunanıstan səfiri Ceffri Payett (əvvələr Ukraynada səfir olub) Afina energetika forumunun dəhlizlərində bildirib ki, ABŞ-ın məqsədi bütün Avropa üzrə etibarlı və elastik energetika şəbəkəsinin təşviqidir. “Praym” xəbər verir ki, onun sözlərinə görə, məsələn, Vaşinqton Xəzər qazını Yunanıstan və Albaniya ərazisindən İtaliyaya keçirən Transadriatik qaz kəməri kimi layihələri dəstəkləyir. Lakin Ştatlar bununla yanaşı “Avropanın Rusiya tədarüklərindən asılılığını gücləndirən” layihələrə qarşı çıxış edir. Söhbət birinci növbədə “Şimal axını-2”dən gedir. Səfir Ukrayna haqda da bir neçə kəlmə söyləyib: “Ukraynanın qaz kəmərləri şəbəkəsi etibarlıdır, burada məsələ yoxdur”.

Payett əlavə edib ki, Vaşinqton Avropa Birliyinin energetika təhlükəsizliyini artırmaq üçün Brüssellə sıx əməkdaşlıq edir.

Energetika siyasətinə bu cür yanaşma qətiyyən ABŞ-ın keçmiş administrasiyasının qalığı deyil, Vaşinqtonun prezidentlərin dəyişilməyinin təsir etmədiyi uzunmüddətli strategiyasıdır. Donald Trampın seçilməyindən sonra kimdəsə iki ölkə münasibətlərinin tezliklə mülayimləşəcəyinə ümid yaranıbsa, bu, yenə də yanlışlığa aparmamalıdır: “Qazprom”un Avropa bazarından sıxışdırılması kursu saxlanacaq və hətta güclənəcək. Buna sübut Reks Tillersonun mövqeyidir. Xatırladaq ki, o, əvvəllər "Exxon Mobil"ə başçılıq edib, indi isə ABŞ dövlət katibi vəzifəsini tutub. Tillerson da keçən ilin axırında əndişəsini bildirib ki, Ukraynadan yan keçməklə Almaniyaya qaz tədarükünü nəzərdə tutan “Şimal axını-2” layihəsi Avropanın Rusiyadan energetika asılılığını doğura bilər.

Hadisələrin inkişafını müşahidə etmək və tarazlığın pozulmağına diqqət yetirmək önəmlidir. Lakin ABŞ-ın bu cür təhlükəyə verə biləcəyi ən yaxşı cavab özümüzün təbii ehtiyatlarımızın mənimsənilməsidir, – o deyib. – Avropalıların bir və yaxud üstünlük təşkil edən qaynaqdan asılı olmamağı üçün müxtəlif variantlar təklif edə bilərik”.

Buradan nəticə çıxarmaq olar ki, ABŞ Amerika yanacağının tədarükü hesabına Avropaya Rusiyadan “qurtulmağı” təklif edir. ABŞ-da energetika inqilabı Donald Trampın vəd etdiyi tədbirlər içində idi: istehsal üçün maneələrin zəiflədilməsi, həmçinin karbohidrogenlərin ixracatı. Ştatlar təkcə yanacaq idxalını azaltmağı deyil, həmçinin tədarükçü qismində xarici bazarlara çıxmağı planlaşdırır.

ABŞ 2016-cı ildə ilk dəfə öz STQ-i Avropaya ixrac etməyə başlayıb. ABŞ energetika nazirliyinin ilkin məlumatlarından çıxdığı kimi, il ərzində Avropaya üç tankerlə STQ göndərilib: apreldə Portuqaliyaya, iyulda İspaniyaya, noyabrda İtaliyaya. Və sentyabrda, noyabrda Türkiyəyə iki tanker göndərilib.  

Bununla belə, amerikalılar israr edirlər ki, onların Avropa üçün tədarükünün dəyəri hətta Rusiya qaz kəmərininkindən aşağıdır. Deməli, "Wall Street Journal" qiymətdə, demək olar, 30% fərqdən xəbər verib. Rusiyalı ekspertlər bununla razılaşmayıb: onların dəyərləndirməyinə görə, tədarük və təkrar qazlaşdırılma nəzərə alınmaqla Amerika STQ Rusiyanın boru kəməri qazından 30% baha olmalıdır.

Durum, həqiqətən də, birmənalı deyil. Xüsusən də ABŞ energetika nazirliyinin məlumatından belə çıxır ki, STQ Portuqaliyaya bir milyon Britaniya termal vahidinə (MMBtu) 3,42 dollara çatdırılıb. Bununla yanaşı, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2016-cı ilin aprelində Almaniya sərhədində Rusiya qazının qiyməti MMBtu-ya görə 4 dollara yaxın təşkil edib. İspaniyaya tədarük MMBtu-ya görə 4,51 dollar dəyərindəm olub, iyulda Rusiya qazı 4,3 dollara olub.

"Wall Street Journal" xəbər verir ki, keçən ilin noyabrında Amerikanın qaz ixracatı həcmi 60 ildə ilk dəfə idxalat göstəricisini üstələyib. Amma Amerika STQ-nin tədarükü Avropa bazarı üçün hələlik dənizdə bir damladır.

“Qazprom” keçən il uzaq xaricə rekord ixracat həcmi haqda elan edib: ixracat bir ildə 12,5% – demək olar, 180 milyard kub.m-ədək artıb. Konsernin başçısı Aleksey Miller deyir: “Bu, tarixi göstəricidir, SSRİ vaxtında və yeni Rusiya dönəmində bu cür həcm olmayıb”.

“Qazprom”un Avropa bazarındakı payı 34%-dək artıb.

Amerika tədarükünün həcmi xeyli azdır. ABŞ energetika nazirliyinin ilkin məlumatına əsasən, tankerlər 2016-cı ildə Portuqaliya, İspaniya, İtaliya və Türkiyəyə 500 milyon kubmetrdən az həcmə ekvivalent olan təbii qaz daşıyıb.

Bundan başqa, “Qazprom”da israr edirlər ki, Amerika qazının hamısı Avropa istehlakçılarına çatmır. Konsernin təmsilçisi Aleksandr Medvedyev iddia edir: “Amerika STQ ilə ilk tankerin gəlişini böyük təntənə ilə elan edirlər, amma hava yaxşıdır, Portuqaliyada qızlar boyunbağılarını havaya tullamağa hazır idilər, tanker isə Yaxın Şərqə gedir, yükünü boşaldır və geri qayıdır”.

Düzdür, sonradan Rusiya KİV-lərində məlumat yayılıb ki, qaz hər halda təyinat məntəqəsinə çatır. Bu, təkcə Rusiya konsernində deyil, həm də ekoloqlarda dilxorluq doğurur. Keçən ilin iyulunda ətraf mühitin  qorunması üzrə 40-a yaxın təşkilat Amerika STQ-i ilə tankerin İspaniyaya gəlişinə qarşı çıxış edib. Dəqiqləşdirildiyi kimi, İspaniyada yeddi təkrar qazlaşdırılma terminalı yerləşir və ehtimallar var idi ki, bu ölkə qaz tədarükünün şaxələndirilməsində aparıcı rol oynayacaq.

"Sberbank"ın analitiki Valeri NesterovNG”-yə izah edir ki, “Avropada “Qazprom”un nüfuzunun tədrici aşınması baş verir. Konsern təkcə Şimali Afrikadan, Norveçdən ənənəvi tədarükçülər tərəfindən deyil, həm də STQ tərəfdən artan rəqabət hiss edir: bu, əvvəlcə Qətər qazı idi, hazırda perspektiv 2018-2019-cu illərdə Avropada əhəmiyyətli həcmdə gözlənilən Amerika qazıdır”.

Ekspert dəqiqləşdirir ki, ən yaxın 3-5 il perspektivində Amerika qazı “Qazprom” üçün böyuk təhlükə təşkil etmir, daha uzunmüddətli perspektivdə isə fikir yürütmək çətindir.

Onun qeyd etdiyi kimi, “Qazprom”un boru kəməri qazının istehsalında aşağı məsrəflər sayəsində qiymətin endirilməsi üzrə resursu var. Müəyyən məsafəyə (2-3 min km-dən çox olmamaqla) tədarükdə STQ-dənsə boru kəməri qazı daha rəqabətlidir. Amma problem bundadır ki, avropalılar energetika siyasətləri üzündən hətta rəqabət aparan tədarüklər baha olsa da, tədarükçülərin rəngarəngliyini istəyirlər”.

Sorğulanan ekspertlər də qeyd edirlər ki, ABŞ siyasəti Trampın gəlişindən dərhal sonra dəyişilə bilməzdi. “Amarkets”-in aparıcı analitiki Artyom Deyev hesab edir ki, “Amerika isteblimentində Moskva ilə sərt xəttin davam etdirilməsinin tərəfdarları çoxdur və yeni prezident onlarla hesablaşacaq”.

İctimai Duma” mərkəzinin eksperti Pavel İvçenkov əlavə edir: “ABŞ-ın istənilən administrasiyası Avropaya qaz tədarükünün şaxələndirilməsi kursunu yürüdəcək. Avropa Birliyi böyük və əlverişli bazardır, buna görə də onun uğrunda həmişə mübarizə gedəcək. Bu, biznesin istənilən növünə aiddir, qaz bazarı isə bu planda ən gəlirlilərindən biridir”. Ekspertlər ABŞ-ın xarici qaz bazarında öz taxçasını tutmaq cəhdini məntiqli sayırlar.

Alor Broker”-in analitiki Aleksey Antonov hesab edir ki, “Amerika hasilat sektorunun yaşaması üçün nəyin bahasına olur-olsun Avropa Birliyində satışı qaydaya salmaq lazımdır. Amerika ixracatçıları daxili bazarın tutumunu azaltmaq və bununla da orada enerji resurslarının qiymətini yüksəltməkdən ötrü STQ-i Avropa Birliyi və Asiyaya hətta maya dəyərindəın aşağ satmağa hazır olacaqlar. Axı Amerika istehsalçıları üçün heç də Asiya və Avropa bazarları deyil, Şimali Amerika bazarları əsas hədəfdir”.

Ekspert proqnozlaşdırır ki, Amerika şirkətləri ən yaxın beş ildə Avropa Birliyində öz iştirakını artıracaq və Trampın siyasəti buna şərait yaradacq.

 

Tərcümə Strateq.az-ındır.