XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 14:28

Portuqaliya nəşri:“Avropanın əsas düşməni Putindir” – Təhlil

po

RF prezidenti Vladimir Putin və Macarıstan baş naziri Viktor Orban

© RİA Novosti, Aleksey Drujinin

 

Aleşandre Omen Kriştu

Observador (Portuqaliya), 06.02.2017

 

Donald Tramp (ABŞ), Marin Le Pen (Fransa), Aleksis Sipras (Yunanıstan), Gerta Vilders (Niderlandiya), Haynts-Kristian Ştraxe (Avstriya) və Viktor Orbanı (Macarıstan) birləşdirən nədir? Onların hamısı Vladimir Putinlə qoltuq-qoltuğa gəzir. Xeyr, bu, sui-qəsd nəzəriyyəsi deyil. Amerikanın yeni prezidentinin Rusiya hökmdarı ilə qurduğu özəl münasibətlər hamıya məlumdur və ciddi təşviş doğurur. Tramp çox yox, keçən bazar günü növbəti dəfə rusiyalı həmkarına məftunluğunu ifadə edib. Amma Putin Trampla kifayətlənmir. Unutmaq lazım deyil ki, Marin Le Pen öz prezident kampaniyası üçün milyonlarla maliyyəni Kremldən alır. Sipras ölkəsinin Avropa pullarından asılılığını aradan götürmək üçün Putinin simasında yeni sponsor qazanmağa cəhd edib. Orban keçən həftə Budapeştdə Putini qəbul edib və ona kompliment yağdırıb. Və yaxud seçkiöncəsi ilə baxmayaraq Niderlandiyada Putin və Vildersi əvvəlki tək möhkəm münasibət bağlayır.

Avropalıların başı bu gün Donald Trampa o qədər qarışıb ki, Vladimir Putini yaddan çıxarıblar. Bu, fəlakətli səhv ola bilər. 2017-ci ilə Fransa, Almaniya və Niderlandiyada seçkilər planlaşdırılıb. Özü də Kreml bu şahmat lövhələrinin hamısında öz fiqurlarını yerbəyer edib. Bir tərəfdən sorğuların nəticələrinə görə öz ölkələrində liderlik edən populist namizdələr Marin Le Pen və Vildersi dəstəkləyir. Digər tərəfdən isə Almaniyada baş verənlər haqda sosial şəbəkələrdə yalan məlumatlar, məsələn, bir dəstə yerli müsəlman sakinin ölkənin ən qədim kilsəsinə od vurduğu haqda yalan məlumat yaymaqla Angela Merkelin mövqelərini zəiflətməkdən ötrü əlindən gələni edir. İllüziya bəsləməyinə dəyməz: Le Penin seçkilərdə qələbəsi və yaxud Angela Merkelin məğlubiyyəti Avropa Birliyi üçün məşum olacaq. Kremlin Trampın xeyrinə Amerikada prezident kampaniyasının nəticəsinə təsiri təsdiqlənən kimi Putinin bu il Avropa seçkilərinə müdaxilə təhlükəsini lazımınca dəyərləndirməmək hədsiz dərəcədə başısoyuqluq olardı.

Bundan savayı, “havayı qəlyanaltı olmadığı” haqda qayda beynəlxalq siyasətdə də kara gəlir. Putinin “Milli Cəbhə”nin bank hesabına köçürdüyü milyonlarla avro təkcə ideoloji istiqamətlərlə bəraət qazanmır. Bütün dünya üzrə kommunizm ocaqlarını yemləyən keçmiş SSRİ-nin izlədiyi ideoloji maliyyələşmə məntiqi daha qüvvədə deyil. Putin Qərb qüvvələrinə inamı sarsıtmaq, onların güc və mənəvi nüfuzunu zəiflətməyə nail olmağa çalışır. Hansı məqsədlə? Öz coğrafi təsir zonasında yenidən möhkəmlənmək üçün. Qonşularını NATO zonasından uzaqlaşdırmaq üçün. Həmçinin öz qonşularının ondan asılılığını artırmaqdan yana Avropada siyasi və iqtisadi əməkdaşlığı zəiflətmək. Marin Le Penin Fransa prezidenti olarsa, Krımı Rusiya ərazisi kimi tanıyacağı haqda bəyanatı da təsadüfi deyil. Qarşımızda Avropa hakimiyyətinin fraqmentləşməsi və Rusiya hakimiyyətinin ardıcıl şəkildə etirafıdır. Bax, Putin öz vəsaitlərini buna yönəldir.

Və buna görə də Putin, Le Pen və Siprası nəyin ayırdığı o qədər də önəmli deyil. Onları birləşdirən mətləb daha güclüdür. Onlar iqtisadi proteksionizmi kürəsəlləşmədən üstün tutur, liberalizmin Qərbdəki məğlubiyyətinə işarə edir, suverenliyin möhkəmləndirilməsinə çağırır və Avropa Birliyində siyasi inteqrasiyanın faydasını inkar edir, II dünya savaşından bəri dünya düzənini müəyyən edən NATO və digər beynəlxalq təşkilatları şübhə altına alırlar. Onların siyasi layihələri nə qədər müxtəlif olur-olsun (mahiyyətcə fərq o qədər də böyük deyil), onun gerçəkləşməyi üçün Avropa institutlarının zəifləməsi birinci şərtdir. Putin böyük maliyyə, texnoloji və siyasi resurslara malik olmaqla Avropa Birliyinə və onun dəyərlərinə müharibə elan etmiş bu azadlıq düşmənləri dəstəsinin başında durur. Üstəlik, onlar indi Donalda Trampın, dünyada ən nüfuzlu adamın sayğısına bel bağlaya bilərlər. Mənzərə kifayət qədər qorxunc görünür, yoxsa daha nəsə əlavə edək?

Tramp avropalıların bu günki təşvişinin əsas səbəbi olub. Bu arada Putin Avropann gələcəyinin asılı olduğu bu taktiki oyunda üstünlük qazanır. O, sonda qələbəni car çəksə, övladlarımıza təhvil verəcəyimiz Avropa indikindən kəskin şəkildə fərqlənəcək: daha qapalı və yekcins, inkişaf və azadlıqda zəif olacaq. Vaxt var idi ki, bütün bunlar Kreml strateqlərinin cəfəng xülyasını xatırladırdı. Lakin 2017-ci ildə bütün bunların şahidi olmağa həmişəkindən daha yaxın olduğumuzu etiraf etməmək sərsəmlik olardı.

 

Tərcümə Strateq.az-ındır.