XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2015 - 08:56

Yəmən konflikti: ABŞ-ın yeni “neft oyunu”

“Ortaq Ərəb Ordusu”

Yəmənin devrilmiş prezidenti Mənsur Hadinin çağırışıyla toplanan Ərəb Birliyi tarixi bir qərara imza atıb. Strateq.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, toplantıda bütün ərəb dövlətlərinin ordularının birləşdirilməsi qərarlaşdırılıb. “Ortaq Ərəb Gücü” adlanması gözlənilən müştərək ordunun İran təhlükəsinə qarşı formalaşdırıldığı qeyd olunur. O da qeyd olunur ki, bu təklif ABŞ tərəfindən verilib.

ABD: Operasyonun ucu açık değil

Maraqlıdır ki, “dovşana qaç, tazıya tut” deyən həmin ABŞ öz müttfiqlərinə “Qərarlılıq fırtınası” əməliyyatında çox uzağa getməməyi də məsləhət görüb. Məsələylə əlaqədar açıqlama verən super gücün Xarici İşlər Nazirliyinin sözçüsü Jeff Rathke Səudiyyə Ərəbistanın rəhbərliyi altında keçirilən hərbi əməliyyatların məhdud çərçivədə aparılmasını istəyib. Sözçü bu əməliyyata dəstək verib – verməyəcəkləri ilə bağlı sualı da cavabsız buraxarıb, sadəcə, Fars körfəzi dövlətləriylə yaxın təmasda olacaqlarını vurğulayıb. Diplomat həmçinin husilərlə əlaqələrinin olduğunu da inkar etməyib. O, husilərlə hazırda heç bir yaxın münasibətləri olmasa da, keçmişdə müəyyən əməkdaşlıq çərçivəsində ünsiyyət qurduqlarını bildirib.

Məlumat üçün bildirək ki, Yəmənin cənubunda xeyli nüfuza malik olan “əl-Qaidə”nin zərərsizləşdirilməsi üçün ABŞ 2000-ci ildən başlayaraq husilərə hərbi yardımlar edirdi. Diplomatın sözünə inansaq, son zamanlara qədər davam edən bu yardımlar artıq dayandırılıb. Həmin yardımlar nəticəsində husi hücumlarından əvvəl “əl-Qaidə”nin bəzi obyektləri bombalanır, onlar zəif vəziyyətə gətirilir və beləcə, zeydi silahlılarına münbit hərbi əməliyyat şəraiti yaradılırdı. Pentaqon bu gün eyni siyasəti İraqda da yürüdür. Hazırda İŞİD-in güclü olduğu Tikrit, koalisiya qüvvələri tərəfindən bombalandıqdan sonra İranın dəstəklədiyi şiə hərbi birləşmələri əməliyyatlara başlayırlar.

Şiiler Tikrit'ten geri çekildi

ABŞ bu dəstəyini o qədər açıq şəkildə verir ki, hətta İraq şiələrinin ən güclü hərbi lideri Müqtəda əs-Sədrin belə, bunu həzm edə bilməyib əməliyyatlardan geri çəkildiyi bildirilir. Əfsanəvi “Mehdi ordusu”nun rəhbəri əs-Sədr Anadolu Agentliyinə verdiyi açıqlamasında bu xəbəri təsdiqləyən bəyanat verərək deyib: “ABŞ və koalisiya qüvvələri bu qələbəni öz adlarına çıxmaq üçün əməliyyatlara qoşuldu. Bundan sonra İraqın Baş naziri üstümə minnətə gəlsə belə, yenə əməliyyatlarda iştirak etməyəcəyəm. Koalisiya qüvvələrinin dəstəyi ilə bu müqəddəs dava kirlənmişdir”.

Petrol savaşlarının yeni sahası Yemen mi?

“Dovşana qaç, tazıya tut” siyasətinin səbəbləri

ABŞ-ın Yaxın Şərqdə yürütdüyü ikiüzlü siyasətin səbəblərinə aydınlıq gətirən mütəxəssilər bunu bir neçə amillə əsaslandırırlar. Səbəblərdən biri bölgədə məhzəb savaşlarının qızışdırılmasıdır. Sözsüz ki, bu savaşda hansı tərəfin qalib çıxmasından asılı olmayaraq, qazanılan zəfər nəticəsində vahid bir mövqe yaranar, bununla da ABŞ-ın regiondakı “ağsaqqalığının” sonu gələr. Regionun dəyişilməyən himayədarı ola bilmək üçünsə tərəflər arasındakı düşmənçilik hissi diri tutulmalı, hər kəs eyni qanadın altına sığınıb bir-birini qırmalıdır.

çarpışan Yaxın Şərq reallığı onu digər rəqiblərdən qorumağın ən gözəl metodudur və ABŞ-ın “dovşana qaç, tazıya tut” deyən siyasətinin ikinci önəmli səbəbi bununla bağlıdır. Xüsusilə Afrika və Asiya ölkələrində öz yerini çinə buraxmaq məcburiyyətində qalan ABŞ dünya sənayesinə həyat verən Yaxın Şərqi ondan uzaq tutmaq istəyir. Zira dünya neftinin böyük bir hissəsi (ABŞ-ın Enerji Nazirliyinin 2009-cu il hesabatına görə, dünya neft ehtiyatının 56.6%-i) bu ərazilərdə yerləşir və çinin həmin coğrafiyada oturması iqtisadi hegemonluğun tamamilə onun nəzarətinə keçməsinə səbəb ola bilər. Böyük müharibələrə səhnə olan və qanın durmadığı Yaxın Şərq nə qədər yağlı tikə olur, olsun, investisiya yatırmaq üçün münbit coğrafiya xüsusiyyətini itirir.

İran məsələsi ABŞ-ın imicinə zərbə vurur

Hasan Ruhani'den liderlere mektup

Başlıca səbəblərdən biri də atom enerjisinə sahib olmaq yolunda irəliləyən İran məsələsinin gündəmdən çıxarılmasıdır. ABŞ bütün səylərinə baxmayaraq, İranı bu hədəfdən yayındıra bilməməsi ortadadır. Rəsmi Tehranın hiyləgər manevrləri, zamana oynaması artıq ABŞ-ın ən yaxın müttəfiqlərini belə bezdirib. Onlar rəsmi Vaşinqtondan İrana qarşı sərt tədbirlər görülməsini istəyirlər. Xüsusilə İsrailin bu məsələdə rəsmi Vaşinqtona təzyiqlərinin ardı-arası kəsilmir. Iranın nüvə silahına sahib olmaq ehtimalı ərəb dövlətlərini də xeyli narahat edir və onları ən azı mövqe baxımından İsrailə yaxınlaşdırır. Bir tərəfdən Yaxın Şərqdəki müttəfiqlərinin tələbləri, digər tərəfdən isə daha böyük müharibənin gətirəcəyi ağır iqtisadi yük ehtimalı qarşısında aciz qalan ABŞ müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışır və öz marağından daha çox “müttəfiqlərinin” maraqlarına işləyəcək addımı atmaqdan çəkinir. Bu isə onun beynəlxalq imicinə zərbə vurur. Belə olan təqdirdə, ən ağıllı yol “müttəfiqlərin” başını tamamilə başqa məsələlərlə qatmaq, onları bir-biriylə döyüşdürməkdir.

Ukrayna probleminin bumeranq effekti

Peugeot, Citroen ve Mitsubishi, Rusya Üretimini Durdurdu

üstəlik, ABŞ-ın Ukraynada da başı dərddədir. Rusiyanın bu ölkəni işğal etməsinə layıqli cavab verə bilməyən rəsmi Vaşinqtona çarəni iqtisadi embarqolarda gördü. Gah neftin dünya bazarındakı qiymətini aşağı salan tədbirlər həyata keçirdi, gah da rus işadamlarının banklardakı hesabını dondurdu. Hər kəs Rusiyanın bu təzyiqlərə duruş gətirməyib diz çökəcəyini düşünürdü. Rusiya isə canını dişinə sıxıb dözdü. Son zamanlar Putinin bu müqaviməti davam etdirəcəyinə dair söylədiyi sözlər, bütün xarici və daxili təzyiqlərə qarşı sərt cavab verəcəyini bildirməsi Kremlin bu mövqedən geri çəkilməyəcəyinin siqnalı idi. Zaman keçdikcə, Qərbdən üzünü döndərən Moskva Şərqdə özünə yeni tərəfdaşlar tapır. Bu da öz növbəsində atılmış bumeranqın geriyə qayıtmasına səbəb olur.

Məsələ burasındadır ki, şimal qonşumuza tətbiq olunan embarqo yalnız onun zəifləməsiylə nəticələnmir. Qərb ölkələri də 144 milyonluq əhalisi, dünyanın 61 hi
ssəsi qədər ərazisi olan nəhəng bir bazarı itirir. Daha doğrusu, öz xoşu ilə onu çinə hədiyyə edir. Bu da azmış kimi, Avporanın özü də Rusiyadan idxal olunan enerji qaynağına möhtacdır. Bu enerji qaynağı Qərbi Avropa üçün istilik, sənayesini hərəkətə gətirən qüvvədirsə, Şərqi Avropa üçünsə həyat əhəmiyyətli yemək pulu deməkdir. Rusiya qazının Avropaya nəqlinin dayandırmasından itirən Bolqarıstan, Macarıstan, Ruminiya və sairə kimi dövlət açıq-açığına bunun kompensasiyasını tələb edirlər. Görünən budur ki, Rusiyanı diz çökdürmək istəyən qüvvələr qaş düzəltmək yerinə, göz çıxarıblar.

ABŞ-ın “üzrxahlıq” ərizəsi

ABD askerleri yıl sonuna kadar Afganistan'da kalacak

Prinsipcə, neftin qiymətlərinin bu həddə qalması ABŞ-a da, Səudiyyə Ərəbistanına da sərf eləmir. Qiymətlərin aşağı düşməsi nəticəsində 10 milyarlardla dollarını itirən super güc öz əlaltısına da ciddi zərərlər vurur. üDM-i 700 milyard dollar həcmində olan Səudiyyə Ərəbistanı da bu siyasət nəticəsində xeyli zəifləyirlər. Mütəxəssislərin bildirdiyinə görə, neftin qiymətləri indiki aşağı səviyyədə tutularsa, get-gedə öz “dar macalını” yeyərək zəifləyən Səudiyyə rejimi, uzağı, iki il dözə bilər. İki ildən sonra isə dilənci vəziyyətinə düşüb qapı-qapı pul gəzər. üstəlik, onun 300 milyardlıq investisiyaya ehtiyacı olan Misiri və onun kimi digər ac ərəb ölkələrini də qidalandırmaq problemi var. Bu isə rəsmi Riyadın müqavimət gücünü azaldır.

Qısası, geri qayıdan bumeranq effektinə bənzəyən bu siyasətdən üzü sulu uzaqlaşmaq lazımdır. ABŞ-ın birdən-birə geri çəkilməsi isə “qələt elədim” ərizəsindən betər olar. O halda, nə etməli? Əlbəttə ki, daha “təbii” və “iradədənkənar” yollarla neftin qiymətini yüksəltmək tələb olunur. Yəməndə başlayan bu savaş da məhz arzu edilən bu vəziyyəti yarada bilər.