XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2015 - 16:21

Yəmən iki dövlətə bölünə bilər

Səuidiyyəlilər, onların Yəmənə müdaxiləsi: minus və plüsları

Səudiyyə Ərəbistanı bir sıra müsəlman dövlətlərinin və həmçinin ABŞ-ın dəstəyi ilə martın 26-da Yəməndəki qiyamçı şiələrin hərbi birləşmələrinə qarşı hərbi əməliyyata başladı. Səudiyyə ordusu hələlik husi hərəkatı və yaxud həm də “Ənsar Allah” kimi tanınmış döyüşçülərin mövqelərinə havadan zərbələr endirir. ər-Riad təmsilçilərinin məlumatına görə, əməliyyatda 100 hərbi təyyarə iştirak edir. Quru əməliyyatı da istisna olunmur. Bunun üçün 150 min əsgər səfərbər edilib.

İlk aviazərbələr

Səudiyyəlilərin başçılığı altndakı beynəlxalq qüvvələr formal olaraq yanvarın 22-də istefa verib, iki gündən sonra geri götürmüş və bir ay ev dustağı olandan sonra ölkənin güneyində gizlənmiş Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadinin xahişinə cavab verib. Lakin müşahidəçilər xəbərdarlıq edirlər ki, müdaxilə bütün bölgədə sabitsizlik, birinci növbədə isə Səudiyyə Ərəbistanı ilə İran arasında açıq münaqişə təhlükəsi yaradır.

Husilərin Ədənə başlanan hücumundan sonra martın 25-də ölkəni tərk etmiş Hadi BMT Təhlükəsizlik Şurasından tələb etdi ki, qiyamçılara ayıldıcı təsir göstərə biləsi qətnamə qəbul etsin. Lakin Yəmən preziDentinin ismarıcı hələlik cavabsız qalıb.

Səudiyyə Ərəbistanı işarə etdi ki, qonşu dövlətdəki hadisələri laqeyd şəkildə müşahidə etməyəcək. ər-Riad BMT və Ərəb Dövlətləri Liqasının reaksiyasını gözləmədən Yəmən sərhədinə xeyli qoşun yığıdı və şiə qiyamçıların mövqelərinə aviazərbələr endirməyə başladı.

Müdaxilənin xeyri

Müdaxilə səudiyyəlilərə və onun müttəfiqlərinə nə verəcək? Politoloq Qamal Qasim hesab edir ki, qısamüddətli perspektivdə xeyir tamamilə aydındır.

O, “əl-Cəzirə” telekanalına verdiyi analizdə qeyd edib ki, şiələr ölkənin paytaxtı və digər şəhərləri götürdükdən sonra onların Ədənə hücumunu səudiyyəlilərin rəhbərlyi altnda koalisiyanın müdaxiləsi dayandıra bilər. Nə qədər ziddiyyətli olsa da, şiələrin yaxın keçmişdəki qatı əleyhdarı, Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh onlara fəal dəstək verir.

Analitiklərin fikrincə, 2011-ci ilin payızında etirazçıların təzyiqi altında istefa verməyə məcbur olmuş Saleh qiyamçıların köməyi ilə indiki prezidenti devirib özünün bu posta qayıtması üçün onlara istinad edir.

Ekspert Mustafa Alani deyir ki, “Ordunun bir hissəsi və məmur aparatı əvvəlki kimi Salehə sadiqdir. Qüvvələr balansı getdikcə daha çox husilərin xeyrinə dəyişir, lakin faydanı hamıdan əvvəl məhz Saleh götürür”.

Ekspertlər istisna etmirlər ki, silahlı münaqişənin nəticəsi 1990-cı ilədək olduğu kimi Yəmənin iki dövlətə bölünməsi ola bilər.

Eyni zamanda, bu müdaxilə İrana birbaşa xəbərdarlıq ola bilər. Husi hərəkatı ər-Riyadda Tehranın dəstəklədiyi oyuncaq hərəkat kimi qəbul edilir. Səudiyyə hökuməti İranı “Ənsar Allah”ın bölmələri vasitəsilə Yəməndə öz təsirini geniişləndirmək, Ərəbistan yarımadasının güneyindəki mühüm strateji məntəqədə möhkəmlənmək cəhdində ittiham edir.

İran yüksəlişdədir

Amerikanın sonuncu əsgərlərinin bu günlərdə yarımadanın güneyini tərk etməsi faktı duruma əlavə qəlizlik gətirir. ABŞ-ın Yəməndən gedişini Vaşinqtonun səudiyyəlilərlə uzunmüdətli alyansdan sonra İranın simasında yeni tərəfdaş axtarmaq cəhdi kimi şərh edirlər.

“Ərəb baharı” başlanandan sonra İranın bölgədə öz strateji mövqelərini uğurla möhkəmlətməsini yada salsaq, bu versiya daha inandırıcı görünür. Belə ki Suriyada Bəşər Əsədin hakimiyyəti qoruyub saxlamasına kömək etməyə xeyli dərəcədə məhz Tehran müvəffəq oldu. İranlılar İŞİD-in terrorçuları ilə mübarizə aparmağa kömək etdikləri İraqla yaxşı münasibət qurublar. Nəhayət, Tehranın Livanda ənənəvi güclü müttəfiqləri var. Bəhreyni sünni kral xanədanı idarə etsə də, əhalinin böyük əksəriyətini (ekspertlərin dəyərləndirməsinə görə, dörddə üçünü) şiələr təşkil edir ki, İranın bu ölkəyə təsirinin güclənmə şansı da pis deyil. Səudiyyə Ərəbistanı məhz İran nüfuzunun güclənməsi vahiməsi altında 2011-ci ildə şiələrin üsyanının boğulması üçün Bəhreynə qoşun göndərdi.

Müdaxilənin riskləri

Lakin Yəmənə mümkün müdaxilə həm də uzunmüddətli risklər ehtiva edir. Belə ki əhalinin və Yəmənun müxtəlif tayfalarının səudiyyəlilərin müdaxiləsinə necə reaksiya verəcəyi aydın deyil. Artıq Səudiyyənin Yəməndəki münaqaişəyə müdaxiləsinə sərt şəkidə reaksiya verəcəyini vəd etmiş İranla münasibətlərin kəskinləşməsi ekspertlərə ən böyük təhlükə kimi görünür. Həm də ər-Riad indiyədək Tehranla toqquşmalarda həmişə uduzub. Son dəfə isə Suriyada. Bununla belə, səudiyyəlilər İraqdan başqa onların lap sərhədinin yanında daha bir gərginlik ocağının yaranmasında açıq şəkildə maraqlı deyillər. Axı Yəməndə və bütün bölgədə hakimiyyətə iddialı olan təkcə şiə qiyamçıları deyil. Hələ əl-Qaidə və İŞİD də var. Sonucunun təmsilçiləri Yəməndə martın 20-də 140 şiənin həyatına bais olmuş terakta görə məsuliyyəti öz üzərlərinə götürüblər.

Kersten Knipp, Mixail Buşuyev

Qaynaq: inosmi