XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2017 - 13:48

Rus eskpert:“Belarus Moskva-Bakı münasibətlərini pozmağa çalışır” – Təhlil

l

Irina Alksnis

Vz.ru, 10.02.2017

 

Moskva Minskin xeyli uzaqdakı Dağlıq Qarabağa görə münaqişəyə tamamilə yersiz müdaxiləsindən doğan növbəti Rusiya-Belarus mübahisəsini uzun müddət unutmayacaq. Moskvanın “bloqer Lapşinin işi” ilə bağlı ritorikası son dərəcə səciyyəvidir və dərhal görünür kui, Moskva qalmaqalda məhz kimi ittiham edir.

Rusiya diplomatları Minskin Bakıya təhvil verdiyi bloger Aleksandr Lapşinlə görüşüblər.

Məlum olduğu kimi, fevralın 7-də Belarus məhkəməsinin qərarı ilə Rusiya-İsrail bloqeri özəl reyslə Belarusdan Azərbaycana ekstradisiya olunub. Lapşini "Dağlıq Qarabağ Respublikası"na qanunsuz səfərdə ittiham edirlər. Bundan başqa, o, Azərbaycan rəhbərliyinin ünvanına kəskin tənqidi dərcləri ilə tanınıb.

Prezident İlham Əliyev növbəti gün Belarus liderinə zəng edərək “ədalətli mövqe sərgilədiyinə görə” təşəkkür edib, Azərbaycan rəhbəri təhvilin özünü isə “qanunun aliliyinə və beynəlxalq konvensiyalara riayət” kimi qiymətləndirib.

Ekstradisiya birinci növbədə Rusiyada (amma təkcə burada deyil) son dərəcə geniş rezonans doğurub. Belə, ya elə, bu əhvalat postsovet məkanının əsas hissəsində, həmçinin İsraildə davamlı diqqət doğurub. Bu hətta “məsələnin hədsiz dərəcədə siyasiləşdirilməsi”lə bağlı Azərbaycan xarici işlər nazirindən bəyanata səbəb olub.

Bundan başqa, ekspertlər baş tutmuş təhvildə duruma cəlb edilmiş ölkələrlə, birinci növbədə Belarusla Rusiyanın cari münasibətlər mərhələsində ciddi, gizli siyasi məna görürlər – həm də əsassız olmayaraq.

Məlum olduğu kimi, Rusiya-Belarus münasibətləri indiki anda Belarus liderinin sərt ritorikasında və bir çox iastiqamətlər üzrə kəskinləşmələrdə bəlirlənən ciddi böhran keçirir. Son addımlardan biri mümkün fitnələr əndişəsindən “Россельхознадзор” tərəfindən Belarus müəssisələrinin təftişininn ləğvi olub.

Lapşininn əhvalatı bu şərait kontekstində yeni hüdudlara varmağa başlayır. Bununla yanaşı bu məsələ üzrə Moskvanın rəsmi mövqeyi son dərəcə nümunəvidir. Rusiyanın Minksdəki səfirliyi xəbər verib ki, bu məlumat artıq KİV-də yayıldıqdan sonra Lapşinin ekstradisiyası haqda İsrail diplomatlarından öyrənib. Rusiya XİN “Rusiya ilə Belarus arasındakı müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlməyən bu qərarla bağlı dərin məyusluq” ifadə edib.

Azərbaycan tərəfinin ünvanına bəyanatlara gəlincə, qeyd etməmək mümkün deyil ki, indiki halda Rusiya ritorikası daha təmkinli və amorfdur. Rusiya prezidentinin mətbuat katibi bildirib ki, blogerin müdafiəsi üçün mümkün bütün tədbirlər görülür. Rusiyanın Belarus səfiri isə əmin edib ki, Rusiya onun azad edilməsi üçün addımlar atacaq. Bu cür mövqe sərgilənməsi şübhə yeri qoymur ki, Moskva baş verənlərdə istisnazıs olaraq Belarusu ittiham edir. Özü də etiraf etmək lazımdır ki, bu cür yanaşma əsasdan məhrum deyil.

Demək olar, hər bir dövlətin onun ağrıl nöqtəsi olan, onun üçün özəl önəm kəsb edən mövzular var. Anlaşılan səbəblər üzündən Azərbaycan üçün bu cür mövzu Dağlıq Qarabağdır. Bununa belə, bu cür mövzular (mübahisəli ərazilər) üzrə siyasət tez-tez formal-rəmzi səciyyə daşıyır (Yaponiyanın Kuril adaları üzrə mövqeyini yada salmaq yetər), cəlb edilməmiş ölkələrə isə, adətən, nəzakətlə etinasızlıq edilir və yan keçilir. Belarus isə Lapşini Azərbaycana təhvil verərək, əslində heç bir dəxli olmadığı duruma müdaxilə edib. Minsk istənilən iştirakdan boyun qaçırmaq üçün asanlıqla yol tapa bilərdi – xüsusən də ona görə ki, söhbət bu qədər incə mövzu və məsələlər yığınından gedir. Lukaşenko bunun əvəzində, əslində, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son dərəcə kövrək duruma qranat olmasa da, yetərincə səs-küylü taraqqa atıb. Həm də cari tarazlığın zamini olan Rusiya tərəfə atıb. Moskvanın artıq Azərbaycanda olan Lapşinə görə olduqca səliqəli ritorikası məhz bununla izah olunur.

Kreml Bakı ilə münsibətlərin pisləməyində qətiyyən maraqlı deyil. Bu hətta qarşılıqlıdır. Bütün zahiri uğurlara rəğmən Bakıə olduqca qəliz durumdadır və hansısa blogerə görə Moskva və Təl-Əvivlə dalaşmağa heç bir marağı yoxdur. Eyni zamanda söhbət çağdaş Azərbaycan üçün müqəddəs Dağlıq Qarabağ mövzusundan getdiyindən Bakı da geri çəkilə bilməz. Məsələnin sonda Lapşinin mühakimə olunacağı, praktik olaraq dərhal əfv ediləcəyi və İsrailə təhvil veriləcəyi haqda KİV-də ifadə olunan versiya məhz bununla bağlıdır. Nəticədə olan bu durumda fəaliyyəti Rusiya-Azərbaycan münasibətlərini məqsədyönlü şəkildə pozmaq cəhdi kimin görünən Minsk “növbədə axırıncı” olur. Və görünür, bu, Moskvada məhz bu cür dəyərləndirilib.

 

Tərcümə: Strateq.az