XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 12:36

Əl-Babda nə baş verir? –Təhlil

e

Türk əsgərləri Suriyada hərbi əməliyyatın gedişində M60 tankında

© AFP 2016, Nəzir əl-Xətib

 

Nilgün Təkfidan Gümüş

Hürriyet (Türkiyə), 11.02.2017


 

Türkiyə silahlı qüvvələrinin Azad Suriya Ordusu (ASO) ilə Əl-Bab şəhərinin götürülməsi qəsdilə başladığı yeni hücumun, prezident Ərdoğanla telefon danışığının ardınca Trampın MKİ başçısını Ankaraya göndərməsi və türk hərbçilərinin həlak olması haqda məlumat fonunda Əl-Bab gündəliyin önəmli maddəsinə çevrilib.

Xatay və Kilislə Qaraqamış arasındakı ərazini nəzərə almasaq, Türkiyə-Suriya sərhədinin o tərəfindəki rayonların əksəriyyəti Suriya kürdlərinin nəzaətinə keçib. Kilisin qarşı tərəfində yerləşən Əzazla Cərablus arasında İŞİD ağalııq edib. Qərb iddia edir ki, İŞİD məhz bu rayonda üstünlüyü sayəsində dünyanın istənilən ölkəsində terakt həyata keçirə bilir. Bundan başqa, söhbət gedirdi ki, buradan Kilis yönündə hücumlar həyata keçirilib. Türkiyə məhz təhlükəsizlik təsəvvürü üzündən, həm də terrorçu təşkilat PKK-ya bağlı “Demokratik Birlik” Partiyasının Afrin və Kobani rayonlarını birləşdirməyinə mane olmaqdan yana “Fərat qalxanı” əməliyyatına başlayıb.

 

Əməliyyat necə irəliləyir?

 

Türkiyə SQ və ASO İŞİD-i sərhəddən sürətlə kənarlaşdırmağa nail oub. Lakin əməliyyat Türkiyə sərhədindən uzaqlaşdıqca irəliləyiş bir qədər ləngiyir. Bunda Barak Obama administrasiyasının “sərhəddən 20 km uzağa getməyi yasaqlayaraq” son günlərdə Türkiyəyə göstərdiyi basqı, həmçinin koalisiya aviasiyası tərəfdən dəstəksizlik də az rol oynamayıb. Əməliyyatın 170 günü arxada qalarkən Türkiyə SQ/ASO Əl-Baba yaxınlaşıb. Təəssüf ki, bu ana qədər 64 hərbçi itirmişik.

 

Əl-Bab niyə önəmlidir?

 

Türkiyənin 30 km-liyində yerləşən Əl-Bab İŞİD-in şimali Suriyada son böyük yığıntısıdır. ABŞ-ın başçılıq etdiyi koalisiya hesab edir ki, Suriyada Rakka və İraqda Mosul İŞİD-in əlindən alınsa, bu təşkilatın yalançı dövlət stukturu çökəcək. Hələbdən Mənbic və Raqqaya gedən yollar Əl-Babdan keçir. Türkiyə “təhlükəsiz zona”ya çevirmək istədiyi bölgənin təhlükəsizlik təminatı üçün Əl-Babı İŞİD-dən təmizləməyi təkid edir.

Çərşənbə günü axşam məlumat gəlib ki, Türkiyə SQ/ASO 500 m hündürlükdən Əl-Baba görüntü açılan Şeyx Aqil yüksəkliyinə və xəstəxana binasına yenidən nəzarət edir. Xəritəyə baxılsa, bu ərazi Əl-Baba qərbdən bir növ girişdir. Bu yüksəkliyin ətəyində yerləşən rayon isə labirinti xatırladan küçələrlə doludur. Bu rayondakı amansız toqquşmalar haqda xəbərlər gəlir.

Xəbər verildiyi kimi, Rusiyanın təsadüfən həyata keçirdiyi hücum nəticəsində üç hərbçimiz həlak olub.

Budur, Suriya rejimi ordusu və ona yardım edən yaraqlılar artıq üçüncü həftə cənubdan Əl-Baba münasibətdə əməliyyat keçirir. Türkiyə SQ və rejim qüvvələri arasındakı məsafə üç kilometrədək azalıb. Baş nazir Yıldırım bu günlərdə qeyd edib ki, Türkiyə tərəfi xoşagəlməz mümkün insidentlərdən yayınmaq xatirinə Rusiya ilə daim təmasdadır. Və bu bəyanatdan cəmi bir gün sonra Əl-Babda Rusiya aviasiyasının hücumu nəticəsində üç hərbçimiz həlak olub. MKİ başçısı Mayk Pompeo Ankara gələrkən Türkiyə hökuməti bu hücuma aydınlıq gətirməyə çalışırdı.

 

Bəs Əsəd rejimi Əl-Babı götürsə?

 

The New York Times” qəzetinin dünənki sayında qeyd olunub ki, Əl-Bab özünəməxsus geostrateji sınağa dönüb. Rejim tərəfdarı və son zamanlar Türkiyə ilə əməkdaşlıq edən Rusiya burada qərar qəbul edən oyunçu kimi ön plana çıxır. “NYT” ilə söhbətləşmiş qaynaq güman edir ki, Rusiya Astana danışıqlarında tələb edib ki, Əl-Babı su ilə təchiz edən obyektlərin yerləşdiyi rayonu rejimə loyal qüvvələr nəzarətə götürsün. Suriya müxalifəti bu cür bölgüyə razılaşacaqmı?

 

Əl-Babdan sonra hədəf Rakkadır

 

Bu, Türkiyənin təkid etdiyi ssenaridir. Gözlənilir ki, Suriya müxalifəti Əl-Babdan sonraTürkiyə SQ-nin dəstəyi ilə Mənbic rayonu və Rakkada əməliyyat keçirəcək. “The Washington Post” qəzetinə əsasən, Türkiyə Obama administrasiyası dönəmində müzakirə edilmiş "A planı"nda iştirak edib. Amma onu inandırıcı saymadıqlarından B planı qismində gündəlikdə Suriya kürdlərini silahlandırmaq ideyası meydana çıxıb. Burada Türkiyənin etirazı üzündən Raqqaya münasibətdə Obama administrasiyası planı Tramp administrasiyasına ötürülüb.

 

Obamanın qəbul etmədiyi planı Tramp qəbul edərmi?

 

Obamanın planını xoşlamayan Tramp administrasiyası yeni alternativlərin hazırlanması üçün Pentaqona 30 gün vaxt verib. Keçən günlərdə Ankara gəlmiş MKİ başçısı Pompeo ilə müzakirə olunmalı məsələlər içində Əl-Bab və Rakka da olub. Raqqanın Xalq özünü müdafiə dəstələri (YPG) tərəfindən götürülməsinə qarşı qəti şəkildə çıxış edən və həm də əvəzində inandırıcı plan təklif edən Türkiyənin silahlı Suriya kürdlərinə nisbətdə qəti əndişəsini ifadə etməsi faktı A ssenarisinə qayıdış imkanını təmin edə bilər. Lakin əsas elementi YPG olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) 30 mindən çox döyüşçüsü var. Eyni zamanda SDQ-yə zirehli maşınlar verən ABŞ bu əməkdaşlığı davam etdirir.

Pentaqon Mosul və Raqqada əməliyyata ayrılmış müddəti altı ayadək azaldıb. Sual sıradakından ibarətdir: Pentaqon SDQ-i döyüş meydanında mütəşəkkil tərəfdaş qismində nəzərdən keçirməklə yeni hərbi qüvvə yaradılmasına vaxt ayıracaqmı? Rusiyanın iştirakı olmadan Suriya üzrə plan hazırlana bilərmi? İstənilən halda İŞİD-lə mübarizədə ideal variant Suriyadakı tərəflərin öz qüvvələrini birləşdirib yekun qərarı gözləmədən koalisiyanın dəstəyi ilə öz ölkələrini xials etməyi olardı.

 

Tərcümə: Strateq.az