“Artıq ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşması prosesinə başlandığını deyə bilərik”
Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, bunu Ermənistan prezidenti Serj Sərksiyan bir il əvvəl konstitusiya düzəlişlərindən danışarkən demişdi. Amma müxalifət deyir ki, Sərkisyanın rəhbərlik etdiyi hakim “Respublika partiyası” nın siyahısı onu göstərir ki, əslində bu rejim yenə elə əvvəlki şəxslərdən ibarətdir.
Azadlıq Radiosu Ermənistan xidməti yazır ki, Sərkisyanın rəhbərlik etdiyi seçki siyahısına deputat-biznesmen Samvel Aleksanyan da düşüb. O, 3 saylı seçki dairəsindən mübarizə aparacaq.
Mənbə yazır ki, 2003-cü ildən deputat olan Aleksanyan həmişə hakimiyyətin tərəfində olub. Müxalifət onu daima seçicilərə rüşvət paylamaqda və siyasi rəqiblərə qarşı zorakılqda ittiham edir. Müxalifətçi Nikol Paşinyan 2012-ci il seçkilərində onun mübarizə apardığı seçki dairəsinə daxil olan Malatiya-Sebastiya rayonunu “Osvensim” nasist düşərgəsinə bənzətmişdi.
Hakim partiyanın siyahısına deputat Arakel Movsisyan da düşüb. Bu dəfə o, Armavir vilayətinin daxil olduğu 6 saylı seçki dairəsindən mübarizə aparacaq. Movsisyan müxalifəti “baş kəsmək və zorlamaqla” hədələyən, həmçinin parlamentdə müxalif deputatları təhqir edən bir deputat kimi tanınır. Məsələn, o deyib: ”Onları öz yerlərində oturmağa çağırıram. Allah eləməsin, əgər tutsaq, mütləq zorlanacaqlar”. Mənbə yazır ki, Movsisyan ötən 5 il ərzində parlamentdə bir dəfə də olsun sual verməyib, çıxış etməyib.
Hakim partiyanın seçki siyahısına ofşor qalmaqalında adı hallanan və buna görə cinayət məsuliyyətinə cəlb olunan Miqran Poqosyanın da adı salınıb. O, Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrasına nəzarət orqanının keçmiş rəisidir və bu yaxınlarda ona qarşı açılan cinayət işi bağlanıb. Miqran Poqosyan 3 rayonu birləşdirən 1 saylı seçki dairəsindən mübarizə aparacaq.
Hakim “Respublika partiyası”nın siyahısına SAS supermarketlər şəbəkəsinin “Sasi” kimi tanınan sahibi Artak Sarqsyan da düşüb. Yerli gəlmişkən, o, ötən həftə ilk dəfə parlamentdə çıxış etməyə cəhd göstərdiyinə görə, mətbuatın diqqət mərkəzinə düşüb. Amma mikrofon işləməyib.
Deyilənlərə görə, Artak Sarqsyan da deputat olduğu 5 il ərzində bir dəfə də olsun parlamentdə çıxış etməyib.
Mənbə yazır ki, deputatlıq uğrunda yenidən Ermənistanın polis rəisi Vladimir Qasbaryanın kürəkəni Artur Gevorkyan və Yerevan meri Taron Markaryanın qaynı Robert Sarqsyan da mübarizə aparacaqlar. Onlar da bir dəfə olsun parlamentin iclaslarında ağızlarını açmayıblar. Müxalifətdə olan “Erməni milli konqresi” partiyasının sədr müavini Levon Zurabyan yada salır ki, onların partiyası daima deyirdi ki, Serj Sərksiyanın elədiyi konstitusiya düzəlişləri hakimiyyətin saxlanmasına yönəlib.
Yəni əslində proporsional sistem adı altında, daima hakimiyyətlə əməkdaşlıq edən yerli avtoritetlərin üstünlük qazandığı həmən majoritar sistem işləyəcək. “Bu elə eyni hakimiyyət, həmən rejim, eyni şəxslərdir. Yalnız eyni şeyin həyata keçirilməsi üsulları dəyişir, yenə də köhnə çirkli şeylər edilir” – deyə Zurabyan Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində deyib.
O deyib ki, məlumata görə, hakimiyyət artıq indidən seçiciləri ələ almağa, onlara pul paylamağa başlayıb.
Amma Zurabyan məbləğin artdığını deyir – bir səsə görə. təxminən 200 dollar.
“İrs” partiyasının sədr müavini Armen Martirosyansa deyir ki, Sərkisyan yenidən seçkiyə eyni adamlarla getməklə, hakimiyyətini möhkəmləndirmək istəyir. O deyir ki, bundan əvvəl majoritar sistemlə seçilən namizədlər özləri uğrunda mübarizə aparırdılarsa, indi yerli avtoritetlər və oliqarxların gətirəcəyi səslər birbaşa hakim partiyanın xeyrinə işləyəcək.
Hakim partiyanın parlamentdəki fraksiyasının rəhbəri Bagram Baqdasaryan idə deyir ki, onların namizədlərinə real qiyməti, aprelin 2-də keçiriləcək parlament seçkisində xalq verəcək.