XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 11:30

Rusiya eksperti:"İrana qarşı ABŞ-Rusiya işbirliyi baş tuta bilər” – Təhlil

i

İvan Preobrajenski

Rosbalt.ru, 14.02.2017

 

Rusiyaya müsbət münasibətindən savayı Barak Obama dönəmində İrana qarşı sanksiyaların götürülməyinin kəskin əleyhdarı kimi tanınmış Maykl Flinn Ağ Ev administrasiyasından gedib. Eyni zamanda Rusiya KİV-ləri baş nazirin “müdafiə” müavini Dmitri Roqozinin Tehrana səfərdən imtinası haqda məlumat verib. Ehtimal ki, bu hadisələr sadəcə təsadüfən üst-üstə düşüb, lakin bunlar bu gün beynəlxalq sanksiyaların qismən ləğvindən sonra beynəlxalq siyasət və iqtisadiyyata mümkün qədər tez və fəal qayıtmağa çalışan İran ətrafında biçimlənmiş mürəkkəb durumu vurğulayır.

Dmitri Roqozindən danışlısa, ona yaxın qaynaqların irəli sürdüyü versiyaya əsasən, İran tərəfi onun təkcə səfərini deyil, həm də müzakirə üçün nəzərdə tutulan mövzuları car çəkdiyi üçün Tehrana səfər etməməyi qət edib. Qeyd etmək lazımdır ki, bu, ikitərəfli münasibətlərdə birinci dəfə baş vermir. Xüsusən də uzaq vaxtda deyil, 2016-cı ildə eynilə Rusiya tərəfi də Tehranın narazılığına rəğmən məlumat yayıb ki, öz bombardmançılarının ehtiyacı üçün İranda hərbi aerodromdan istifadə etməyə başlayıb. O zaman bu baza üzrə əməkdaşlıq, ən azı, sözdə müəyyən müddətə dayandırılmışdı.

İndi isə durum güzgüvaridir. Moskva narazıdır ki, beynəlxalq sanksiyaların İran üzərindən götürülməsi üçün fəal şəkildə mübarizə aparıb, bu gün də bu ölkəni beynəlxalq strukturlarda müdafiə etməkdədir, lakin cürbəcür texnikanın tədarükü və yaxud yığılması üzrə böyük müqavilələri Rusiya deyil, Qərb şirkətləri bağlayır. Təkcə son zamanlar bağlanmış aviasiya müqavilələrinin ümumi dəyəri 30 milyard dollara yaxındır. Söhbət Avropanın “Airbus” şirkətinin yüz və Amerikanın 80-ə yaxın Boeing təyyarəsindən gedir. Rusiya isə iranlıllara özünün “Sukhoi Superjet 100”-lərini və perspektiv işləmələri təqdim etməyə cəhd edir və bu prosesdən kənarda qalır.  

Asanlıqla göründüyü kimi, Dmitri Roqozin prinsipcə Rusiya aviasənayesinin lobbiçisi kimi çıxış edir. O, 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlində dəfələrlə bildirib ki, Rusiyada ancaq vətənin təyyarələri uçmalıdır. Düzdür, bu zaman buna necə nail olmağı izah etməyib və iddia edib ki, Avropada böyük milli aviadaşıyıcılar guya ancaq “Airbus”da uçur (söz düşmüşkən, bu, gerçəkliyə uyğun deyil). Amma hər şeyə əsasən, burada söhbət hansısa bir konkret layihənin lobbiləşdirilməyindən deyil, Moskvanın Tehranla münasibətləri bütövlükdə yenidən dəyərləndirəcyini İrana sərgiləməyindən gedir. İndiki anda Suriyada faktiki birgə hərbi əməliyyata baxmayaraq müttəfiq iranlılar çox da etibarlı deyillər, iqtisadiyyatda isə – Roqozinin səfərinin təxirə salındığının da vurğuladığı kimi – onlardan Rusiyaya ümumiyyətlə praktik olaraq heç bir səmərə yoxdur.

Bütövlükdə Moskva İranın iqtisadi siyasətindən narazılığını birinci dəfə ifadə etmir və əvvəllər hər şey münasibətlərin əvvəlki səviyyədə saxlanması ilə başa çatırdı. Lakin beynəlxalq siyasət baxımından indi hipotetik olaraq İranla münasibətləri seyrəldib Donald Trampın prezidentliyi dövründə ABŞ-la əlavə mülayimləşdirmək mübadiləsinə yaxşı şans var. Ən azı, hələ bu yaxınlaradək belə görünüb.

Məlum olduğu kimi, Tramp Tehrana qarşı artıq əlavə yeni sanksiyalar tətbiq edib, İran vətəndaşalrı isə ABŞ prezidentinin qalmaqallı (sonradan məhkəmənin ləğv etdiyi) sərəncamına uyğun olaraq Birləşmiş Ştatlar ərazisinə səfər hüququnu itiriblər. Donaldın özü və məsələn, ABŞ Dövlət Departamentinin yeni rəhbəri Reks Tillerson Barak Obama administrasiyasının İran siyasətinin yanlışlığından dəfələrlə danışıblar. Onlar birinci növbədə iddia ediblər ki, İrana etibar etmək olmaz və deməli, Tehranın nüvə proqramını dayandırmaq vədinin əvəzinə sanksiyaların ləğvinə dəyməzdi.

Düzdür, istefa vermiş milli təhlükəsizlik üzrə prezident müşaviri Maykl Flinn də İran siyasətinin sərtləşdirilməyinin fəal tərəfdarı idi. Onun istefası ilə bağlı şayiələr meydana çıxıb ki, nəticə Tehrana münasibətdə kursun yumşaldılması da ola bilər. Xüsusən də ona görə ki, atom energetikası üzrə Beynəlxalq Agentlik (MAQATE) iddia edir ki, ABŞ indiyədək Vaşinqtonun İranın nüvə proqramı üzrə sazişi xüsusunda narahatlığını onunla müzakirə etməyib. MAQATE başçısı Yukio Amano qeyd edib ki, o və tabeliyindəkilər Ağ Evlə daim təmasdadırlar, lakin Amerika administrasiyasının mövqeyinin dəyişildiyi haqda siqnallar hələlik daxil olmayıb. Bu, güman etməyə imkan verir ki, gerçəklikdə Ağ Evin İrana münasibətdə kursu axıradaək hazırlanmayıb və ilk dəyərləndirmələr tamamilə yumşaldıla bilər.

Burası da var ki, Flinnnin İrana görə deyil, məhz Rusiyaya görə  getdiyi məlumdur. Daha dəqiqi, Rusiyanın ABŞ səfiri ilə qeyri-rəsmi söhbəti üzündən. Milli təhlükəsizlik üzrə müşavir guya öz rəhbərliyini qismən məlumatlandırıb ki, bu da onu amerikalıların əksəriyyətinin nəzərində Moskvanın Vaşinqtondakı maraqlarının lobbiçisinə çevirir. Bu qayda ilə belə çıxır ki, Flinnin istefası indiki Amerika administrasiyasının Kremllə münasibətləri üçün nəhs əlamətdir. Amma bu hər iki tərəfin bir-birindən asılı olmayaraq İrana münasibətdə öz siyasətlərinə düzəliş etməyə mane olmur, belə ki, o, görünən gələcəkdə olduqca oxşar ola bilər. Ola bilsin, hətta o qədər yaxın olar ki, Moskva və Vaşinqtonun birgə hərəkəti müzakirə etməkdə yeni mövzusu meydana çıxar. Həm də təkcə Tehrana münasibətdə deyil, əlbəttə, bütünlüklə Yaxın Şərqdə. Çünki Rusiya və ABŞ-ın İrana münasibəti İsrail kimi önəmli xarici siyasət oyunçusuna da toxunur.  

Düzdür, bunun üçün Kremlin Dmitri Roqozinin səfərinin təxirə salınması kimi narazılıq jesti ilə kifayətlənmək deyil, özünün bütün Yaxın Şərq siyasəti kompleksini yenidən nəzərdən keçirməyi aşkar şəkildə tələb olunur. Əlbəttə, bu, Vladimir Putinlə Donald Trampın birbaşa razılığa gələcəyi halda mümkündür. Və deməli, hansısa ciddi tərpənişlər, mətbuat katibi Dmiotri Peskovun sözlərinə görə, onların Almaniyada G20 sammitində görüşməli olacağı 2017-ci ilin iyulundan əvvəl mümkün deyil.

Bununla yanaşı anlamaq lazımdır ki, tamamilə əks variant da mümkündür – Tehranın Moskva ilə münasibətləri məcburi möhkəmlətməyi…

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə