XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2017 - 16:32

Tanınmış erməni politoloqu:“İran Qafqaz üçün yeni siyasi plan hazırlayır” – Təhlil     

px

İqor Muradyan

Lragir.am (Ermənistan), 16.02.2017

 

İran üç onillik boyu Qafazdakı siyasətini müəyyən qədər Rusiya ilə uzlaşdırmaqla həyata keçirib. İran bir xeyli digər vəzifələrdən başqa Qafqaza Rusiya ilə razılaşma arenası kimi yanaşıb və bir çox məsələlər üzrə yetərincə tez-tez güzəştə gedib. Çünki Rusiya guya İranla xarici siyasət və xarici iqtisadi əlaqələrin inkişafına şərait yaradan silah və texnologiya tədarükçüsü olub. İran Ermənistanın problemləri və Qarabağ mövzusu üzrə də özünün və Rusiyanın maraqlarını uzlaşdırmağa çalışıb, daha dəqiqi, iranlılar görüntü yaradıb ki, Rusiya maraqlarını nəzərə alırlar. Əslində, iranlılar Ermənistanı həmişə Rusiyadan daha müstəqil duruma aparmağa cəhd ediblər.

Bununla yanaşı, Ermənistanın İranla və ümumiyyətlə beynəlxalq cəmiyyətlə münasibətləri inkişaf etdikcə ruslar Ermənistanla İranın tamamilə müstəqil bölgəsəl oyun oynamaq cəhdlərinə daha düşməncəsinə yanaşıblar.   

Gürcüstan və Azərbaycana münasibətdə də bir çox baxımdan oxşar durum formalaşıb. Rusiya qəti şəkildə şimal-cənub, yəni Avropa istiqamətində kommunikasiya, xüsusən də təbii qazın nəqli imkanlarının meydana çıxmasına qarşıdır – bu, Rusiyanın mühüm geoiqtisadi mövqelərinin itirilməyinə səbəb olardı.

Bununla bərabər, İran Şimali Qafqazın islam bölgəsinə münasibətdə də olduqca çəkingən siyasət yürüdüb. İranlılar Çeçenistan və Dağıstanla təmasların qurulmasında belə də heç bir ciddi addım atmayıblar. Nə zamansa Cohar Dudayev iranlıları açıq şəkildə qorxaqlıq və Rusiya ilə münasibətləri korlamaq istəksizliyində ittiham edib. İranın Şimali Qafqazdan özünü kənarlaşdırması nəticəsində bu bölgədə Türkiyə və Səudiyyə Ərəbistanının mövqeləri genişlənib. Və sual doğur: bundan kim udub?

Hazırda durum köklü şəkildə dəyişilib. ABŞ və Böyük Britaniyanın strateji tərəfdaşına çevrilən İranın total mühasirəsi yarılıb və iranlıların ruslarla münasibətlərinin əvvəlki tək qalacağı haqda bəyanatını İranın çoxəsrlik diplomatik təcrübəsinə bac saymamağa heç bir şübhə yoxdur.

İran hər şeydən öncə Qarabağ mövzusuna münasibətini dəyişə və ola bilsin, “DQR"in erməni icmasının "öz müqəddəratını təyin etmək hüququnu” tanıya bilərdi ki, bunu da ruslar gecənin dəhşətində yuxularında görə bilərlər.

İran Şimali Qafqazda, hər şeydən əvvəl Dağıstan və Çeçenistanda, həmçinin Şimali və Cənubi Osetiyada (çünki osetinləri yaxın qohum xalq sayır) öz nüfuzunu gücləndirmək üçün plan hazırlamağa girişib.

İranlılar o cümlədən Azərbaycanın maraqlarına bağlı olan avar və ləzgilərin problemləri ilə olduqca təfərrüatı ilə məşğul olmağa başlayıb. Eyni zamanda İran beynəlxalq hüququn, mülki cəmiyyət hüquqlarının və dini kontekstin verdiyi imkanlara əl atmaqla bu əlaqə və təmasları Rusiyanın maraqlarına tam etinasızlıqla həyata keçirmək niyyətindədir.

İranın Şimali Qafqazdakı fəallığı təkcə bölgədə siyasi durumun dəyişilməyinə deyil, həm də Rusiyaya təzyiqdə effektli rıçaqların yaradılmasına səbəb ola bilər. Bundan savayı, İran-Amerika münasibətləri inkişaf etdikcə  Şimali Qafqaz problemləri İranın iştirakı ilə müzakirə üçün yeni arena tapa bilər. Başqa cür, İran-Gürcüstan münasibətləri ilə bağlı bir qədər gözlənilməz süjetlər də mümkündür, çünki Gürcüstan Şimali Qafqaz xalqları ilə münasibətlərdə xeyli material toplayıb. İranı Gürcüstanla hər şeydən qabaq Avropa istiqamətində kommunikasiyalar yaratmaq, yəni iranlıların əbədi arzusu  bağlayır.

Rusiya İranın Qafqazdakı plan və cəhdlərini önləmək, Ermənistanın yardımı ilə onun siyasətinin qabağını almaq üçün hər şeyi edir ki, bu da gözlənilməz nəticələrə, yəni Ermənistan-İran münasibətlərinin pisləşməsinə səbəb olacaq. Lakin İran-Ermənistan münasibətləri Türkiyə ekspansiyasının cilovlanması baxımından Amerika siyasətində önəmli amil ola bilər. Yalnız ABŞ və İran Ermənistanın suverenliyini bərpa edəcəyi halda.

İran hazırda Rusiyaya boylanmadan tamamilə müstəqil siyasət yeritməyə səy göstərir ki, bu da Qafqaz siyasətində ciddi düzəlişlərə şərait yaradacaq. İran bildirir ki, Rusiyanın Ermənistana münasibətdə iddia etdiyinin əksəriyyətini öz üzəinə götürə bilər. Ola bilsin, bu, olduqca təhlükəsiz və ümidsiz çıxmış Rusiya öhdəliklərinin təkrarıdır. Lakin istənilən halda İranın bu cəhdləri birdəqiqəlik əhvali-ruhiyyədən deyil, tamamilə dərk edilmiş yeni şəraitdən doğur.

Rusiya strateji münasibət deyilməsi qəbul edilən hər hansı öhdəlikləri dayandırıb və İran təkcə rusları əvəz etməyə deyil, həm də Ermənistan maraqlarının Amerika maraqları ilə hədsiz dərəcədə çulğaşmasına yol verməməyə səy edir. İran artıq Rusiya nüfuzunun olmadığı və ABŞ nüfuzunun çox güclü olduğu şəraitdə Gürcüstanla münasibətləri inkişaf etdirmək təcrübəsinə malikdir. İndiki mərhələdə Azərbaycanla bağlı çox şey başa çatıb, lakin münasibətlərin inkişafı daha mürəkkəb görünən Ermənistan problemi var.

İranlılar yaxşı başa düşürlər ki, hələlik Ermənistan Rusiyadan hələ uzaqlaşmayınca ondan tam etibarlı öhdəliklər gözləmək olmaz. Çoxlu əlamətlər var ki, iranlılar hansısa mərhələdə Ermənistanla yeni münasibətlər hazırlayıb, lakin istiqamətin dəyişilməyinin əvəzində ona hələ də qiymət təklif etməyiblər. İstiqamətin dəyişilməsi haqda danışmaq hələ tezdir, lakin məsələ bundadır ki, İran artıq qonşu ölkə ilə münasibətdə bunu qoyub. Təəssüf ki, Ermənistan tərəfdən iranlılarla bu şəraiti müzakirə etməyə qabil siyasətçi yoxdur.

İranın Rusiya ilə münasibətləri hazırda nə zamansa olduğundan daha mürəkkəbdir. İran birbaşa yalana məruz qalıb və Rusiyadan gözlədiyinin hamısını əldə etməyib. Hətta hərbi texnikanın bir qismini almayıb. Rusiya İranı həmişə ikinci dərəcəli və Rusiyanın bütün istəklərinə itaətkarcasına tabe olan dövlət kimi təqdim etməyə çalışıb.

Lakin zəmanə dəyişilib və İranın buna daha ehtiyacı yoxdur, Çinlə münasibət qurmağa hazırdır. Rusiya itaətkar çıxıb və başa düşüb ki, İran ABŞ və Avropa texnikasına üstünlük verir.  

Ruslar İranın simasında etibarlı tərəfdaş qazanmaq şansını itiriblər. Lakin indi İranın təkcə hərbi texnika almaq vaxtı deyil, bölgələr məsələsi yetişib. Bu, İranın əvvəllər Rusiyaya həmişə güzəştə getdiyi bir sıra bölgələrdə nüfuzunun gücləncəyini bildirir. 

 

Tərcümə:Strateq.az