Astana danışıqlarının iştirakçıları
© AP Foto, Sergey Grits
Əbdülmənəm əl-Heydəri
Middle East panorama (Livan), 21.02.2017
Hər bir dövlətin uzunmüddətli hədəflərə yetişmək üsulunu ifadə edən siyasi strategiyası var. Hər bir strategiya bu hədəflərə daha tez yetmək üçün manevrlər hazırlayan taktika ilə müşayiət olunur. Əslində, taktika “strategiya” adlı çaylın qoludur: məqsədlərə mükün qədər tez çatmaq üçün düşmən və rəqibləri yanıldıb əməkdaşlığa meylləndirməkdə tez-tez aldanış və hiyləgərliyə əsaslanır.
Yeddi il əvvəl hələ Suriya müharibəsi başlananadək bu haqda İraq mədəni-maarif mərkəzinin İraqda dərc edilən “Gəlin, başdan başlayaq” dərgisində “Türkiyə: strategiya və taktika arasında” başlıqlı məqalədə artıq yazmışam. Onda Ərdoğanın dövründə Türkiyənin siyasi oyunları və Türkiyənin siyasi, iqtisadi və psixoloji səbəblər üzündən Amerika-İsrail alyansından kənarlaşa bilməməyi təsvir edilib. Onun Fələstin məsələsindəki bütün fəaliyyəti isə qoyulmuş məqsədə tez yetmək üçün taktikadan artıq bir şey deyildi. Lakin Türkiyə yekunda istədiyinə nail oludu – HƏMAS-ı müqavimət oxu müttəfiqlərindən qopardı, İrandan uzaqlaşdı və bundan sonra Suriyada mübarizəyə başladı.
Ərdoğan Türkiyənin Suriyadakı vəzifələrini açıq şəkildə bildirib: “Biz Suriyaya daxil olarkən məqsədimiz Suriya prezidenti Bəşər Əsədi devirmək idi”.
Hətta Hələb uğrunda döyüş terrorizm və onun tərəfdarları üzərində qələbə ilə başa çatarkən Ankara yenə də müxalifət sıralarından silahlı qruplaşmalara xilas kəməri atdı. Onda Rusiyaya sarı dönüş etdi və iddia ortalığa qoydu ki, Suriya böhranını həll etmək və bölgədə müharibəni dayandırmaq istəyir – bunun sayəsində terrorizmin sponsorundan onunla mübarzə aparan dövlətə çevrildi. Ancaq bu addım Suriya şirini (burada söz oyunu var – Əsəd ərəbcə “şir” deməkdir-tərc.) və müttəfiqlərini Türkiyəyə inanmağa vadar etmədi, ondan əndişələnməyi, bəzi hallarda isə ondan şübhələnməyi davam etdirirlər.
Nə üçün?
Türkiyə tülküsü təcrübəli heyvandır və hər addımını ölçüb-biçir. Buna görə də çağdaş Türkiyənin siyasi tarixini və müsəlman qardaşların tarixini bu qədər diqqətlə oxuyub: düşmənin səni məhv edə bilər, sən isə hətta onu sezməyə də bilərsən.
Siyasi oyunlarda hər kəs ehtiyatlı olmalıdır.
Rus ayısı qış yuxusundan oyanıb və Şərqə doğru hərəkətlənməyə başlayıb ki, on il əvvəl onun məhz bu əraziyə soxulmasına yol verməmək üçün qurulmuş dəmir pərdədən keçmək arzusunu həyata keçirsin. Hətta Rusiya Türkiyə ilə bu qədər sıx əməkdaşlığa gedərək strateji müttəfiqlərində həyəcan doğurarkən türk tülküsü yenə də rus ayısının üzərinə atıldı. Bu, ehtimala görə, Cenevrə konfransı üçün təməl olacaq “Astana-2” görüşündə açıq şəkildə üzə çıxdı. Tülkü öz məkrli mahiyyətinü yenidən büruzə verdi.
Türkiyə Suriya müharibəsi üzrə mövqeyində özünün əsil simasını göstərdi. Türk tülküsü rus ayısını axmaq yerinə qoymağa nail oldu, lakin Suriya şiri ilə bu cür alınmadı. Türkiyənin bütün axtarışları ona taktiki oyunda qələbə gətirdi, lakin strateji planda uduzdu. Hələb Türkiyənin məğlubiyyəti oldu və o yenidən köhnə bayatıya qayıtdı – Əsədi devirmək arzusuna.
Rus ayısı fəaliyyət üçün Türkiyəyə meydan verərək tülkünün davranışına əmin olmaqla güman etdi ki, məqsədinə yetməkdə bu ona kömək olacaq…
Rus ayısı durumu incələyərək başa düşdü ki, Türkiyə onun, ola bilsin, Suriyada itirdiyini tarazlaşdıra bilər və çoxdankı arzusunu həyata keçirə bilər! Lakin Rusiyanın məğlubiyyətə düçar olduğu, Əsədin isə daha ayıq-sayıq çıxdığı uğurlu manevrdən sonra Türkiyə təzədən özünün strateji oyunlarına qayıtdı. Rus ayısı hiyləgər tülküyə hesablar üzrə ödəniş etməli olacaq, lakin türk tülküsü onu təzədən aldatdıqdan sonra nə edəcək?
Tərcümə:Strateq.az