XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Fevral 2017 - 17:56

Rusiya eksperti:“İranı Rusiya təyyarələrini almağa məcbur etdilər” – Təhlil

s

Mixail Koşkin

vz.ru, 22.02.2017

 

Energetika Nazirliyinin başçısı Aleksandr Novak İran səfərinin gedişində əldə edilmiş bir sıra iqtisadi sazişlər barədə məlumat verib. Xüsusən də Tehranda, nəhayət, Rusiyanın “Suxoy Superjet 100” sərnişin təyyarələrini almağaı qət ediblər. Doğrudanmı, İran Donald Trampın simasında “şəraitin təzyiqi altında” Rusiya ilə daha sıx əməkdaşlığa hazırdır?

İran təsdiqləyib ki, Rusiya istehsalı 12 “Suxoy Superjet 100” təyyarəsi almaq niyyətindədir. Bu haqda hazırda İranda səfərdə olan energetika naziri Aleksandr Novak çərşənbə günü məlumat verib (o, Bəndər-Abbas şəhərində istilik elektrik stansiyasının tikiliş meydançasının açılış mərasimində iştirak edib).

Novak məlumat verib ki, Rusiya iranlı tərəfdaşlara həmçinin modernləşdirilmiş İl-114 təyyarəsinin birgə istehsalını qaydaya salmağı təklif edib. Rusiya nazirinin sözlərinə görə, Moskva İranda bizim təyyarələr üçün komplektləyicilərin istehsalını yoluna qoymaqda maraqlıdır. Novak deyib ki, hazırda Rusiya şirkətləri “konkret qərar və təkliflər hazırlamaq üçün iranlı tərəfdaşlarla işləyir”.

 

“Rusiya və İran strateji ittifaqa doğru gedir”

 

Tehran davranış xəttini aşkarcasına dəyişir. Xatırladaq ki, Rusiya təmsilçiləri keçən həftə Tehranın Qərbdən təyyarə almağa meyllənməyinin səbəblərini iranlılarla müzakirə etməyi planlaşdırmışdılar. O zaman Moskvadakı yüksəkçinli qaynaq bildirmişdi: “Biz Tehrana əzəmətli dəstək veririk, onlar isə onları sanksiyalarla alçaldanlardan texnika alırlar”.

Lakin diskyussiya alınmayıb. Xatırladaq ki, baş nazir müavini Dmitri Roqozin o vaxt İrana səfəri son anda təxirə salıb. “Vzqlyad” qəzetinin xəbər verdiyi kimi, təxirə salmanın qeyri-rəsmi səbəbi kimi göstərilmişdi ki, İran tərəfi baş nazirin birinci müavininin qarşıdakı səfəri haqda məlumatı car çəkib, lakin Rusiya tərəfi məxfilik istəmişdi.

İstisna deyil ki, İran mövqeyinin “istiləşməsi”nə Tehran-Vaşinqton  münasibətlərinin davam edən “soyuqlaşması” təsir edib. Dəfələrlə qeyd olunub ki, ABŞ-ın yeni prezidenti Donald Tramp İrana münasibətdə olduqca sərt köklənib və bu, təkcə islam respublikası ilə “nüvə sövdələşməsi”nə deyil, həm də İranın ABŞ-ın terrorçu saydığı müxtəlif qruplaşmalara dəstəyinə də aiddir. Bu yaxınlarda “The Wall Street Journal”-də dərc edilmiş məqalədə iddia olunduğu kimi, Tramp administrasiyası “İranla Rusiyanlın diplomatik və hərbi ittifaqını” dağıtmağı planlaşdırır və bunu Suriyada sülh əldə etməyin zərurəti ilə izah edir.

Tehran anlaşılan səbəblərə görə əksinə can atır. İran parlamentinin spikeri Əli Laricani fevralın 19-da bildirib: “İrana və Rusiya bölgədə strateji ittifaqa doğru gedir”.

“Vzqlyad” qəzetinin qeyd etdiyi kimi, Moskva siyasi sığınacaqda maraqlı olan Tehranla dialoqda öz mövqeyini gücləndirə bilər. Həmçinin nəticə çıxarmaq olar ki, Moskva öz siyasi dəstəyinin dəyərini Tehrana göstərmək niyyətindədir.

Əlavə edək ki, iki ölkənin qarşılıqlı münasibətlərində gözə dəyən tərəqqi təkcə Rusiya supercetlərini almaq hazırlığına aid deyil. Rusiya energetika nazirliyinin başçısı Novak və İran neft naziri Bijan Nəmdar Zəngani bazar ertəsi nefti mala dəyişmək imkanını müzakirə ediblər. Bundan başqa, İran rabitə və informasiya-kommunikasiya texnologiyaları naziri Mahmud Vaizi Rusiya hökuməti sədrinin birinci müavini İqor Şuvalovla görüşdə etiraf edib: Moskva və Tehranın Avrasiya İqtisadi Birliyi (AİB) ilə azad ticarət zonası haqda danışıqları uğurlu keçib.

 

“Həyat istiqaməti dəyişməyə məcbur edir”

 

Yaxın Şərq və Mərkəzi Asiya Ölkələrini Araşdırma Mərkəzinin direktoru Semyon BaqdasarovVzqlyad” qəzetinə şərhdə İran parlamenti spikerinin yuxarıda isnad edilən bəyanatına – Rusiya ilə strateji tərəfdaşlığa doğru  hərəkətə işarə edib. Ekspert vurğulayıb: “Bu həm iranlıların Yaxın Şərqdə biçimlənən durumu gerçək dəyərləndirməsi, həm də Trampın antiiran bəyanatları ilə izah olunur”.

Həmsöhbət qeyd edib: Tehranda çox gözəl anlayırlar ki, indi Yaxın Şərqdə amansız tutuşma başlanacaq. “Bir tərəfdən ABŞ, İsrail və Fars körfəzinin bir sıra ölkləri, digər tərəfdən İran”.

O deyib: “Havalar “istiləşəndə” İran Rusiya ilə daha sıx əməkdaşlıq barədə danışmağa başlayır”. Lakin yada salıb ki, 2015-cin ildə nüvə proqramı üzrə saziş əldə edildikdən sonra antiiran sanksiyaları götürüləndə Tehran özgə cür yanaşma sərgiləyib: “Sizdən vəsait və yaxud texnologiya almaq mümkündürsə, yaxşıdır, lakin biz ümumən daha çox Qərbə yön götürmüşük”. İndi isə “duru yenidən dəyişilir və həyat istiqaməti dəyişməyə məcbur edir”.

 

“Adi şərq sövdələşməsi gedir”

 

Yaxın Şərq İnstitutunun eksperti Sergey Sereqiçev “Vzqlyad” qəzetinə şərhində qeyd edib: “İran manevr edir. İran xeyli dərəcədə Vaşinqtonla əməkdaşlığı yoluna qoymaq marağındadır. Rusiya İrana təhlükə təşkil etmir, eyni dərəcədə İran da Rusiyaya. ABŞ isə İrana böyük təhlükə ifadə edir – xüsusən də Trampın qeyri-müəyyən praktik gerçəkləşməsi ilə bir sıra “İran tezisləri” nəzərə alınmaqla. Hazırda isə sövdələşmə gedir – adi şərq sövdələşməsi”.

Həmsöhbətimiz İranın Rusiya supercetlərinin mümkün alıqısı imkanı haqda danışarkən şübhəsini bildirib ki, İran həqiqətən də bu təyyarələrin əldə edilməsində maraqlıdır.

Sereqiçev əlavə edib ki, bundan savayı, bu sazişin bağlancağı müddətdə beynəlxalq durumun kəskin şəkildə dəyişəcəyi istisna deyil. Özü də ümumiyyətlə zəmanət yoxdur ki, məsələ müqavilə bağlanmağa qədər gedib çıxacaq: “İran bizə çox da inanmır – S-300-lə bağlı İranda unudulmayan və nəticə çıxarılan əhvalatı yada salmaq kifayətdir”.

İran həmişə öz oyununu oynayır, həmişə özbaşınadır, – ekspert yenidən qeyd edib. – İndi daha çox publikaya  – Vaşinqtona oynayır. Bundan başqa, Rusiya İsrailin mövqeyini nəzərə alır və əksinə, bu isə güman etmirəm ki, İranı qane edir”.

 

Tərcümə: Strateq.az