XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 15:49

Yunanıstan naziri Türkiyəni hədələyib:“Biz viranə qoyulmuş Suriya deyilik” – Təhlil

y

Nikita Kovalenko

vz.ru, 22.02.2017

 

Yunanıstanla Türkiyə arasındakı gərginlik dərəcəsi ən yüksək həddə çatıb. Afina Türkiyənin Egey dənizindəki mübahisəli adalar rayonunda son fitnəsinə qarşı kəskin şəkildə reaksiya verib. Yunanıstan xarici işlər naziri Nikos KotziasKathimerini”yə müsahibəsində qeyd edib ki, Ankara öz fəaliyyəti ilə “Yunanıstan-Türkiyə münasibətlərində qırmızı xəttə tam yaxınlaşıb”.

Türk gəmilərinin Yunanıstanın ərazi sularına daimi girişi və açdığı atəşlər Afinanın onsuz da tükənməkdə olan səbrini sınayır. Yunanıstan və Türkiyənin münasibətləri çoxdan ağır olaraq qalır. Lakin deyəsən, durum bu dəfə həqiqətən də qaynama nöqtəsinə yaxınlaşıb – həm də silahlı toqquşmaya keçə biləcəyi qədər. Yunanlar vurğulayırlar ki, əsas silahları beynəlxalq hüquqdur və Afina beynəlxalq məhkəmə instansiyalarına müraciətlə müharibə arasında birincini seçərdi.

Afina eyni zamanda diplomatiya vasitəsilə fəaliyyətə keçib və qeyd edir ki, bu onun sərəncamında olan yeganə üsul deyil. Kotzias bildirib: “Biz viranə qoyulmuş Suriya və nizamı pozulmuş İraq deyilik. Türkiyə iqtisadi böhrana görə Yunanıstanın müdafiə qabiliyyətinin zəiflədiyini düşünürsə, yanılır. İqtisadiyyatdakı problemlərlə bağlı ölkəmizin təhlükəsizlik və suverenlik qayğılarımız əvvəlkindən də çoxdur”.

Yunan ritorikası istisnasız olaraq özünü müdafiəyə hədəflənsə də, bu fakt əlamətdardır ki, onlar “Türkiyə təcavüzü”ndən müdafiədə güc variantını nəzərdən keçirməyə hazırdırlar. Türkiyə Yunanıstanın hava məkanını dəfələrlə pozub, türk gəmiləri Yunanıstan gəmilərinin yanından təhlükəli dərəcədə yaxın keçməklə müntəzəm şəkildə yunanların ərazi sularına girir. Fitnəklar hərəkətlərin bu cür bolluğu şəraitində hərbi toqquşma təhlükəsi olduqca böyükdür. Axı hər iki tərəfin səbir və hesablamasından savayı təsadüf də öz rolunu oynaya bilər. Beləliklə, danışıqlarda tərəqqi meydana çıxmasa və tərəflər bir-birinə münasibətdə təcavüzkar ritorikadan əl çəkməsə, Egey dənizi Avropada yeni münqaişə ocağı ola bilər.

Münasibətlərdəki aşınma Egey dənizindəki kəskin durumdan savayı indiki anda dalana girmiş Kipr nizamlaması (KN) üzrə Yunanıstan-Türkiyə dialoqunda da gözə dəyir. Kotzias buna görə günahı tam şəkildə Ankaranın üzərinə qoyur. O vurğulayır ki, Türkiyə danışıqları uzadır və qəlizləşdirir. Xarici işlər naziri türklərin Kiprdən öz qoşunlarını tam şəkildə çıxarmaq zəmanətinə hazır olmadığını qəbuledilməz sayr: “Ankara ya bu məsələdə güzəştə getməli, ya da açıq şəkildə bildirməlidir ki, bu danışıqları pozmaq niyyətindədir”.

Onun sözlərinə görə, Ankara əvəzində şüurlu şəkildə “namünasib” yeni tələblər irəli sürür ki, KN-ə görə pozuluşmanın məsuliyyətini Yunanıstan və yaxud Avropa Birliyinin üzərinə yıxsın.

Türkiyənin bu cür siyasətinə qarşı Yunanıstanın cavab tədbirlərindən biri kimi türklərin ölkədə hərbi çevrilişə dəxli olmaqda şübhəli bildiyi səkkiz türk hərbçisini Afininann Ankaraya verməkdən imtinasını nəzərdən keçirmək olar. Yunanlar öz qərarlarını Yunanıstan məhkəmə sisteminin müstəqilliyi və ekstradisiya halında türk hərbçilərinin həyatına təhlükə ilə izah etsələr də, bu hərəkətlər aşkar nümayişkaranə səciyyə daşıyır.

Yunanıstan-Türkiyə münasibətlərindəki bu cür közərmə Qərb üçün yeni başağrısı ola bilər. Afina və Ankaranın mürəkkəb qarşılıqlı münasibətləri NATO daxilində qərarların hazırlanmasında artıq dəfələrlə problem yaradıb. Şimali Atlantika alyansı bütün səylərini qoymalı olacaq ki, Yunanıstan və Türkiyənin qarşılıqlı fitnələrdən silahlı toqquşmaya keçidinə yol verməsin. Bu cür durum meydana çıxsa, blokun tarixində misilsiz hadisə olacaq. NATO bu halda üzvlərdən hansının tərəfini tutmaq və alyansın bundan sonra necə işləyəcəyi sualları qarşısında duracaq.

Türkiyə ilə qarşılıqlı münasibətlərin mürəkkəb tarixinə baxmayaraq, türklərlə yunanar arasında kəskinləşmə  Avropa Birliyinə də sərfəli deyil – xüsusən də AB-dəki qaçqın böhranını bir az yüngülləşdirmiş Ankara ilə mühacirlər üzrə çətinliklə əldə edilmiş sazişdən sonra.

Eyni zamanda AB və ABŞ Yunanıstan-Türkiyə nizamlaması probleminin ciddiliyini hələlik yetərincə dərk etmir. ABŞ 1990-cı illərdən sonra bu problemə güclü şəkildə soyuq yanaşır. Kotziasın göstərdiyi kimi, indiki anda yalnız Avropa Birliyi Yunanıstan-Türkiyə danışıqlarına cəlb olunub, amma onun səyləri də yetərli deyil. Brüssel Afinaya dəstək sərgiləməyə cəhd etsə də, Ankara ilə qarşıdurmaya hazır deyil.

Bu şəraitdə yunanların ümidi müəyyən dərəcədə Moskvayadır. Bir tərəfdən Afinada başa düşürlər ki, Moskva və Ankara indi Suriyada öz səylərini fəal şəkildə əlaqələndirir və ümumiyyətlə, ikitərəfli münasibətlərin yüksək səviyyəsini sərgiləyir, digər tərəfdən bu amil RF-nin köməyi ilə türklərə təsir etməkdə yardım edər. Bundan başqa, Kotziasın qeyd etdiyi kimi, Türkiyənin Egey dənizindəki hərəkətləri Rusiyanı narahat etməyə bilməz və Ərdoğan Rusiyanın bu problemlə barışacağını düşünürsə, onda Rusiya xarici siyasətinin özəlliklərini pis bilir.

 

Tərcümə Strateq.az-ndır.




Yuxarı Əvvələ Ana Səhifə