XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

06 Mart 2017 - 15:09

Prezidentin Tehran səfəri:Bakı özünü İranla bağlı “geopolitik zəlzələ”dən qoruya biləcəkmi?

ilham ruhani

Azərbaycan prezidenti İlham Əliyev martın 5-də İrana rəsmi səfər edib.

Səfər çərçivəsində Azərbaycan və İran prezidentləri arasında məhdud tərkibdə təkbətək görüş olub. Bundan sonra İlham Əliyevin və Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan və İran prezidentləri son 3 ildə artıq 8-ci dəfədir görüşürlər. Siyasi təmasların və iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının həcminin atmasına baxmayaraq Azərbaycan hakimiyyəti, müxtəlif siyasi dairələr və cəmiyyət Tehranın işğalçı Ermənistanla əlaqələrindən narahatdır. Tehran Azərbaycan-İsrail münasibətlərini açıq şəkildə tənqid edir. Bakını İran-Ermənistan əlaqələri narahat edir. Burada Tehran və Moskva münasibətlərinin də inkişaf etdiyini nəzərə almaq lazım gəlir. Unutmaq olmaz ki, Rusiya İrana S-300 tədarükü yasağını aradan qaldırdığını açıqlayıb. İranın, təxminən səkkiz il əvvəl sifariş etdiyi və o vaxtdan əldə edə bilmədiyi S-300 kompleksi Tehran-Moskva münasibətlərində başlıca maneə idi.

İranın BMT TŞ-nin qətnamələri çərçivəsində bu silahları əldə edə bilməyəcəyinə əmin olan Moskva isə əvəzində daha az sərfəli olan “Antey-2500” sistemlərini təklif etdi. İrana raket tədarükü üçün yol açan hadisə Lozannada İranla “5+1” ölkələrinin İranın nüvə proqramı üzrə bağladığı saziş oldu. Putinin gözlənilmədən imzaladığı sərəncam gələcəkdə İranın kimə daha yaxın olacağını aydınlaşdıracaq yeni mərhələnin başlanğıcından xəbər verir. Buna görə də, Moskvanın S-300 barədə sərəncam imzalamaqla atdığı addımı onun Qərbi qabaqlamaq cəhdi kimi başa düşmək olar. Bir tərəfdən S-300-ün tədarükünə yasağın götürülməsi Rusiya üçün beynəlxalq rəqabət şəraitində qabaqlayıcı manevrdr. Digər tərəfdən Moskvanın bu cür qərarı İranın daxili siyasətinə münasibətdə onda yaranmış neqativ qavramın düzəlişinə yönəlib. S-300-ün tədarükünə yasağın götürülməsi, çox güman ki, anti-İran sanksiyalarının qüvvədə olduğu müddətdə İran-Rusiya münasibətlərində ən önəmli hadisədir.

Rusiyanın bu addımı Vaşinqtonu cavab tədbirləri həyata keçirməyə sövq edir. Lakin prezident Tramp hakimiyyətinin ilk günlərindən ciddi böhran yaşayır, milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Flinnin istefaya göndərilməsi yaxın zamanlarda baş verə biləcək proseslərin xəbərçisidir. ABŞ mətbuatının Trampı Rusiya kəşfiyyatı ilə bağlaması impiçment təhlükəsi yaradır və Ağ Evin yeni sahibinə xarici düşmən və yeni savaş lazımdır. Bu baxımdan İranın hədəf seçilməsi anlaşılandır. Belə ki, İsrail baş naziri Netanyahunun Vaşinqtona səfəri zamanı İran məsələsi müzakirə olundu və Vaşinqton ərəb ölkələrinə anti-İran koalisiyası yaratmağı təklif etdi. Ardınca Tramp Türkiyənin Suriya ilə bağlı təkliflərini qəbul etdiyini açıqladı. Göründüyü kimi, İran əleyhinə halqa daralmaqdadır və belə bir vəziyyət Bakıdan daha çevik siyasət tələb edir.

“Azərbaycanda hərbi vəziyyət haqqında qanun”un Milli Məclisdə müzakirəsi Bakıdan Tehrana qarşı istifadə cəhdləri ilə bağlı ola bilər. Azərbaycan birmənalı olaraq bu prosesdən kənarda qalmaq istəyir. Bakıda anlayırlar ki, İrana qarşı aksiyada Azərbaycan ərazisindən istifadəyə yol vermək mümkün deyil. Azərbaycan İranın təhdidlərinə hədəf olmaq niyyətində deyil. İrana qarşı savaş başlayarsa, qonşu ölkədən qaçqın “ordusu” Azərbaycana üz tuta bilər və bu baxımdan, prosesdən kənardan qalmaq daha məqbul variantdır. Unutmaq olmaz ki, Azərbaycanla İran arasında iki müqavilə mövcuddur və Bakı prosesə qatılmayacağını öncədən bəyan edib. Prezidentin İrana son səfərini də Tehranın ata biləcəyi addımları neytrallaşdırmaq cəhdi kimi dəyərləndirmək mümkündür…

Azər RƏŞİDOĞLU

Avropa.info