XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2017 - 16:37

Suriya və İraqda Türkiyənin əli boşda qalıb? –Təhlil

min

Güngör Mengi

"Vatan" (Türkiyə), 17.03.2017

 

Prezident Ərdoğan Rusiya prezidenti Putinlə görüşdən sonra deyib: “Heç kim Suriyanın ərazi bütövlüyünü təhlükəyə məruz qoymamalıdır”.

Prezident qeyd edib ki, Suriya və İraqın ərazi bütövlüyünün saxlanması “əsas vəzifəmizdir”, “biz bu ölkələrin bölünməyini qəbul etməyəcəyik”. Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Münbicdə “Rusiya və beynəlxalq koalisiya gücləri ilə birlikdə qarşılıqlı fəaliyyətdə olmaq istərdi”.

Uzun illər ərzində deyirik ki, Suriya və İraqın ərazi bütövlüyü uğrunda çıxış edirik, lakin bunu əvvəlki tək israr etmək mümkündürmü?

İraq Kürd bölgə administrasiyasının bu yaxınlarda Türkiyəyə səfər etmiş başçısı Məsud Bərzani jurnalistlərin sualına cavabında bu səfərə qədər dediklərini təkrar edib: “İraq və Suriyanın rəsmi sərhədləri əhəmiyyətinin itirib… İndi İraq və Suriyada vahid dövlətdən (unitar mənasında) necə danışa bilərik? İraqda güclü mərkəzi dövlətin olduğu dövrlər arxada qalıb”.

 

Başqa əməkdaşlıq

 

Məlum olduğu kimi, İraqın Kürdüstan bölgə administrasiyası öz ərazisini xeyli genişləndirib və bu bölgəyə “İraq Kürdüstanı” deyirlər. İraq hökuməti və ABŞ Bərzani və peşmərgə ilə birlikdə Mosulda əməkdaşlıq edir. PKK Mosul yaxınlığında yeni “Qəndillər” yaradır.

Suriyaya gəlincə, Bərzani deyir ki, “sərhədlər önəmini itiirb”, çünki orada “Rojava” adı altında Kürdüstan elan olunub.

Biz deyirik ki, “ərazi bütövlüyü uğrunda çıxış edirik”, bu nəyisə dəyişir?

Bizim Münbicdə Rusiya və koalisiya gücləri ilə qarşılıqlı hərəkət etmək cəhdimiz bir qədər gecikmiş qərardır.

“Koalisiyaya başçılıq edən” ABŞ öz qüvvələrini Mənbicin  girişində yerləşdirib ki, Türkiyə SQ-nin şəhərə girməyinə mane olsun. Əsəd, Rusiya və “Demokratik Birlik” partiyası (PYD) isə onun tərəfindədir. PKK-nın Kobani kuratoru (niyəsə) Rusiya mətbuatı üçün açıqlama verib və deyib ki, PYD-PKK Mənbicdə mülki administrasiya yaradacaq.

Bundan dərhal sonra bunu elan ediblər, eyni zamanda PKK-nın minlərlə terrorçusu burada məxsusi yaradılmış düşərgələrdə təlim keçir.

 

Ciddi dilemma

 

Bu son xəbərlər meydana çıxmamışdan xeyli əvvəl ABŞ və Rusiyanın eyni cinahda olduğu haqda yazmışdım, buna görə də ABŞ senatoru Con Makkeyn “Biz Rusiya ilə eyni tərəfdə Türkiyəyə qarşı çıxış edirik” deyərkən məni qətiyyən təəccübləndirmədi. Məni bu fakt təəccübləndirir ki, Rusiya hazırda “ABŞ və koalisiya gücləri ilə qarşılıqlı hərəkət edərkən” Türkiyəyə münasibətdə özünü elə aparır ki, “guya belə şey yoxdur”.

Oxşar ziddiyyətli mövqeyi Türkiyə ilə əməkdaşlıq görüntüsü yaradıb başqa planlar hazırlayan Bərzani sərgiləyir.

 

Tərcümə Strateq.az-ındır.