XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 12:57

Vaşinqton Raqqa uğrunda döyüşlərdə kimə üstünlük verəcək:Türkiyəyə, yoxsa kürdlərə? – Təhlil

raqqa-4

Aleksandr Belov

REGNUM IA, 17.03.2017

 

ABŞ və Suriya Demokratik Qüvvələri (SDQ) sırasından müttəfiqləri Suriyanın Raqqa şəhərinin İŞİD döyüşçülərindən azad edilməsinə hazırlaşır. ABŞ hərbçiləri indiki plan çərçivəsində SDQ-ə təlim keçməli və yardım etməlidir, lakin getdikcə risk artır ki, Türkiyə və ABŞ arasında kürd məsələsi üzrə ziddiyyətlərə görə Suriya şəhərinin azad edilməsi və sabitləşdirilməsi ilə məhz Amerika hərbçiləri ilgilənməli olacaqlar.

ABŞ İŞİD-ə qarşı SDQ-nin simasında çoxmillətli və çoxtəriqətli koalisiya yaratmaq üçün xeyli səy qoyub. Aydındır ki, onun sırasında ən effektli döyüşçülər kürdlərdir. Buna görə də güman etməyə əsas yoxdur ki, Raqqaya hücum kürdlərin irimiqyaslı iştirakı olmadan uğurla nəticələnəcək. Silahlıların müdafiə sisteminin möhkəmliyi nəzərə alınmaqla hətta ABŞ aviasiyası və artilleriyasının dəstəyinə baxmayaraq, önəmli həcmdə ağır silah, o cümlədən zirehli maşınlar, tank əleyhinə silahlar və ağır minaatanlar göndərmək lazım gələcək.

Kürdlər Raqqanın azad edilməsindən sonra da müvəffəqiyyətin konsolidasiyası, həmçinin döyüş zonasından sızmağa çalışan və miqyasca kiçik yaşayış məntəqələrində möhkəmlənib qisasa hazırlaşan İŞİD yaraqlılarının təqibi üçün gərək olacaqlar. Başqa sözlə, kürdlər silahlandırılmasa və Raqqa uğrunda döyüşlərdə fəal iştirakına imkan verilməsə, böyük ehtimal var ki, şəhər ABŞ-ın önəmli və birbaşa yardımı olmadan ələ keçirilməyəcək. Əməliyyatdan sonra isə yaraqlıların qalıqlarının təqibi və əzilməsinə görə məsuliyyət məhz ABŞ-ın çiyninə düşəcək.  

Hadisələrin bu cür inkişafı və yaraqlılar tərəfdən qızğın müqavimət halında ABŞ hərbçilərinin, ən azı, bir neçə min əsgər və tank, zirehli nəqliyyyat daxil olmaqla bir briqadası tələb olunur. Bu da o şərtlə ki, yerli müttəfiq güclər şəhərin civarını əldə saxlaya və azad edilmədən sonra onu sabitləşdirə bilər. Əks halda bu cür kontingent yetərsiz olacaq. Məsələn, İraqın Fəllucə şəhəri uğrunda ikinci döyüş çərçivəsində ABŞ dəniz piyadalarının iki bölməsi lazım gəlib. ABŞ 2004-cü ildə bu əməliyyatın gedişində qismən az sayda əsgər itirib – 70 ölü və 600 yaralı.

Lakin Raqqa uğrunda döyüşün əsas ağırlığını çəkən ABŞ-a Suriyaya öz qoşunlarını göndrmək nəyinə lazımdır?

Bu, Suriya kürdlərinə etibar etməyən və Türkiyədə yaşayan kürdlərlə onlar arasında heç bir fərq görməyən Türkiyə ilə bağlıdır. Ankara onlarla silahlı qarşıdurma aparır. Türkiyə ABŞ-ın NATO üzrə müttəfiqidir, buna görə də ABŞ istiblişmentinin birinci müdafiə instinkti bir institut kimi ittifaqın müdafiəsidir. Ankara öz tərəfindən qəzəbli xəbərdarlıq edib ki, ABŞ Raqqanın azad edilməsi və ardınca şəhərin, Suriyanın şimalının sabitləşdirilməsində kürdlərə güvənməməlidir.

Rəsmi Ankara hansısa tutqun və hər şeydən göründüyü üzrə, qeyri-praktik sxemlər irəli sürür və onun suriyalı və ərəb müttəfiqləri bunun vasitəsilə türk ordusunun yardımı ilə şəhəri ələ keçirməlidir. Lakin bunun üçün mahiyyətcə kürdləri Ankaranın yolundan çəkilməyə məcbur etmək və türk qüvvələrinə Raqqaya çatmaq tələb olunur. Başqa sözlə, Türkiyə Ankaranın Raqqa problemini həll edəcəyi ümidilə ABŞ-dan kürdləri satmağı tələb edir. Buna görə də həm Raqqada qələbəni, həm də Türkiyənin ABŞ-ın tərəfində saxlanmasını zəmanətə alan yeganə kurs Vaşinqtonun şəhərin azad edilməsi üzrə məsuliyyəti öz üzərinə götürməyidir.

Aydındır ki, ABŞ bu cür planda kürdlərin roluna Türkiyəni inandırmağa cəhd edir. Üzərinə vədlər yağdırılan Türkiyə bu cür plana razılaşa da bilər, lakin əks halda Trampın “Hər şeydən əvvəl Amerika!” prinsipi ciddi sınağa məruz qala bilər.

Deməli, ABŞ-ın milli maraqları çərçivəsində şəhərin azad edilməsində əsas ağırlığın kürdlərin üzərinə düşməyi sərfəlidir, lakin Ankaranın marağı başqadır. O, suriyalı müttəfiqləri ilə birlikdə şəhərin azad edilməsini təmin etmək hazırlığını bəyan edir. Lakin türk ordusunun potensialı əhəmiyyətli olsa da, bunu Ankaranın Suriya müxalifətindən müttəfiqləri haqda demək olmur, buna görə də onların Raqqanı ələ keçirmək bacarığı ciddi şübhə doğurur. Hətta türklər və müttəfiqlərinin Suriyanın şimali-şərqini sabitləşdirmək ehtimalı çox da böyük deyil.

Beləliklə, Türkiyəni kürdlərin iştirakına inandırmaq mümkün olmasa və Tramp administrasiyası bundan imtina etməsə, Türkiyəyə etinasız yanaşmaq və yaxud hətta müdaxilədən çəkindirməyə başlamaq lazım gələcək.

 

Tərcümə Strateq.az-ındır.