XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2015 - 08:42

Planlaşdırılmış ABŞ-İsrail savaşı – analiz

“Mövcud gerçəkliyi qəbul etmək lazımdır”

Столкновения палестинцев с израильскими солдатами

Bəzi adamlar ürəkdən güman edirlər ki, Vaşinqtonun bu yaxınlardakı qəzəb qığılcımları siyasi mövqe ilə yox, Binyamin Netanyahunun Knessetə seçkilərdəki qələbəsinin doğurduğu məyusluqla bağlıdır.

Əgər belə olsaydı, yaxşıydı, axı dost ölkələr arasındakı savaş ötəri işdir. Lakin söhbətin planlaşdırılmış siyasətdən getməsi ehtimalı çox böyükdür və seçkiqabağı kampaniya çərçivəsində Netanyahu haqqında deyilənlərin hamısı təhrif olunmuşdu və əvvəlcədən hazırlanmış hərəkətlərin bəraəti üçün istifadə edilirdi.

Və guya, İsrailin İranın nüvə proqramı üzrə danışıqların gedişatını izləməsi ətrafında mətbuatda sərgilənmiş kampaniya, məqsədlərindən biri Amerika ictimai rəyini İsrailə qarşı kökləmək olan siyasi kursla çulğaşır.

Yeri gəlmişkən, “vaşinqtonlu babalar” üçün “casusluq”da ittiham da tamamilə adi bir işdir. Prezident böyük Corc Buş administrasiyasının baş nazir İshaq Şamirlə gərgin münasibətləri zamanı mətbuatda yalan məlumatlar yayıldı ki, guya, İsrail çinə “Petriot” raketləri verib. Həm də təsadüfi deyil ki, ondakı kimi, indi də yalan ittihamları İsrailə münasibətdə dost sayılan qəzetlər birinci dərc edib.

Baş nazir öz çıxışında dedi ki, “onun müddətində” Fələstin dövləti yaradılmayacaq. O, nəzərdə tuturdu ki, Bütün Yaxın Şərqi bürümüş xaos vəziyyətində, həmçinin İsrailin tərk etdiyi istənilən ərazini HƏMAS-ın dərhal işğal etməsi nəzərə alınmaqla Fələstin dövlətinin yaradılması təxirə salınır.

Ağlı başında olan heç kim inanmaz ki, Ağ Ev ancaq bu ifadələrə görə Fələstin-İsrail münaqişəsinə münasibətini qəflətən kökündən dəyişdirsin. Hətta “The Washington Post” qəzeti də mat qalmışdı ki, seçkilər ərəfəsində ABŞ prezidenti və onun tabeliyində olanların bəyanatlarının İsrailin baş nazirinin dediyi sözlər arasında hansı əlaqə ola bilər.

Prezidentin və Ağ Ev administrasiyasını rəhbəri Denis Makdonounun İsraili Fələstin tərəfi ilə sülh danışıqlarını pozmaqda ittiham edən antiisrail lobbisi Cey-Stritin qarşısındakı çıxışı zamanı verdiyi bəyanatlar nizamlamanın mütləq şərti kimi sülh danışıqlarına dəstək barədə ənənəvi Amerika siyasətinin yenidən nəzərdən keçirilməsinin ilkin nişanəsi ola bilər. Görünür, ABŞ bu prinsipin əvəzinə İsrailin mövqeyinə rəğmən ona sırına biləcək beynəlxalq qərarı dəstəkləməyə hazırdır.

Bəzi diplomatların fikrincə, söhbət BMT Təhlükəsizlik Şurasının “iki dövlət, iki xalq” baza prinsipində sülh nizamlamasının əsas parametrlərini təyin edəcək qətnaməsini amerikalıların müdafiə etməyə hazır olmasından gedir. Yeni qətnamə BMT TŞ-nın indiyədək sülh nizamlamasının əsası hesab edilən 242 saylı qərarını əvəz edəcək. 242 saylı qətnamədə iki mühüm bənd var idi: İsrail üçün “təhlükəsiz sərhədlərin tanınmasının zəruriliyi” və həmçinin İsrailin 1967-ci ildəki Altıgünlük müharibənin gedişində tutduğu bütün ərazilərdən tam şəkildə geri çəkilməsinin tələb edilməməsi.

Barak Obamanın Ağ Evdəki xülyalarının ilk günündən aydın idi ki, ABŞ prezidenti Amerikanın Yaxın Şərq siyasətini ciddi şəkildə dəyişdirməyi və bütövlükdə İslam dünyası ilə, qismən də ərəb dövlətləri ilə yaxınlaşmağı, həmçinin İranla münasibətləri yaxşılaşdırmağı ölçüb-biçir. Prezident vəzifəsinə girişən kimi İranın ali dini rəhbəri Əli Xameneiyə göndərdiyi ismarıc da bundan xəbər verirdi.

Yaxın Şərqdə bir-birini izləyən təcavüz və böhranlar zaman-zaman Obamanı məcbur edir ki, seçilmiş kursdan bir qədər yayınsın. Lakin təkcə Fələstin məsələsində deyil, ABŞ-ın bölgədəki ənənəvi müttəfiqləri hesabına daim İranla yaxınlaşmaq cəhdlərində də görünür ki, davranış qaydası ümumən əvvəlki kimi qalır.

Əlbəttə, bütün bunlar o demək deyil ki, İsrail ABŞ-la münasibətlərin sonrakı kəskinləşməsini önləmək üçün mümkün olan diplomatik, siyasi və s. üsullarla hər şeyi etməməlidir. Lakin birinci növbədə mövcud gerçəkliyi qəbul etmək lıazımdır.

(“İsrael Hayom”, İsrail, 31.03.2015)

Zalman Şuval

Qaynaq: inosmi.ru