XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 13:27

Rusiya Suriya Kürdüstanına niyə soxulub? –Təhlil

PKK silahlı dəstəsinin döyüşçüsü Diyabəkir şəhərində

© AP Fhoto, Murad Bay

 

Ömər Bessam (Dəməşq)

Haqqin.az, 24.03.2017

 

Rusiya qoşunları martın 20-də Suriyanın şimali-şərqində yerləşən Hələb əyalətinin kürdlərin tutduğu Afrin rayonuna daxil olub. Reuters Xalq özünü müdafiə dəstələrinin (kürdlərin qanunsuz hərbi birləşmələri) yüksəkçinli təmsilçisi Redur Xəlillə müsahibədə aydınlaşdırıb ki, Rusiya Kəfr Cina kəndində hərbi baza inşa etmək və kürd qoşunlarına təlim keçməyə hazırlaşır.

Bu bəyanat YPG-i terrorçu qurum sayan Türkiyədə narahtlıq doğurub. Moskvada müdafi nazirliyi Redur Xəlilin bəyanatını təkzib etməyə tələsdi, lakin Rusya hərbçiləri Asfrində nə edir və Rusiya Suriya kürdləri ilə əməkdaşlıqda hansı məqsədləri güdür?

Afrin kürd kantonu Hələb əyalətinin şimali-qərb hissəsini təmsil edir. O, qərb və şimalda Türkiyə, şərqdə “Fərat qalxanı” əməliyyatınn keçirilməsi nəticəsində türk qoşunları və Azad Suriya Ordusu dəstələrinin nəzarətinə keçmiş ərazi, cənubda Suriya ərəb ordusu, cənubi-qərbdə isə İdlib əyalətində yerləşmiş “Həyat Təhrir əş-Şam” hərəkatından yaraqlılarla  həmsərhəddir. Əhalisi hazırda əsasən kürdlərdən və həmçinin ölkənin başqa bölgələrindən ərəb qaçqınlardan ibarət olmaqla 300 min nəfərdən yuxarıdır.

Kürdlər vətəndaş müharibəsinin  gedişində 2012-ci ildə Afrində bütün dövlət müəssisəlrini ələ keçirib, 2014-cü ilin yanvarında isə muxtariyyət elan ediblər. Yerli əhalidən formalaşdırılmış Xalq özünü müdafiə dəstələri şərqdə Əzaz şəhəri rayonunda Suriya müxalifəti və İŞİD-lə vuruşub. Kantonun ərazisi Türkiyə tərəfdən dəfələrlə atəşə məruz qalıb, “Fərat qalxanı” əməliyyatı isə başlıca olaraq ona görə keçirilib ki, Suriyanın şimalında kürdlərin nəzarətindəki ərazilərin birləşməsinə yol verilməsin. Məsələ bundadır ki, Ankarada Xalq özünü müdafiə dəstələrini PKK partiyasına yaxın terrorçi təşkilat sayırlar.

Bu iddia o qədər də əsassız deyil. Suriyadakı kürd əhalini əsasən Türkiyə hökumətinin repressiyalarından sərhəddə dağlarda gizlənmiş türkiyəli qaçqınlar təşkil edir. Suriyaya ilk dalğa 1925-ci ildə Şeyx Səidin üsyanı darmadağın edildikdən sonra gəlib. Sonradan 1938-ci ildə Dərsimdə üsyanı dəstəkləyən kürd tayfaları köçüb. Lakin ən böyük köç dalğası PKK yaraqlıları ilə Türkiyə hökuməti arasındakı müharibə nəticəsində XX əsrin sonunda baş verib. Suriya Türkiyənin dağılacağı və 1938-ci ildə birləşdirilmiş Xatay əyalətinin qaytarılacağı ümidilə Türkiyə kürdlərinə himayədarlıq edib. Hətta PKK lideri Abdulla Öcalan uzun müddət Suriyada yaşayıb, yaraqlıların məşq düşərgələri isə Livanda yerləşib. Lakin Suriya hökumətinin də kürdlərlə qəliz münasibətləri yaranıb. Rəsmi Dəməşq köçkünlərə pasport verməkdən məntiqlə imtina edib, kürdlər doğma dildə təhsil almaq və öz KİV-lərinə malik olmaq hüququndan məhrum olunmuşdu. Vətəndaş müharibəsinin başlanması ilə hər şey dəyişilib. Kürdlər Suriya məmurlarını qovub və Abdulla Öcalanın anarxist-kommunist ideyalarını həyata keçirməyə başlayan öz hakimiyyət qurumlarını yaradıblar.

Afrində iqtisadi islahatlarda başqalarından irəli gediblər. Bölgə iqtisadiyyatı son dərəcə zəifdir, orada zeytun yetişdirməkdən savayı heç nə yoxdur. Marks, Mao və Öcalanı oxumuş yerli hökumət özəl mülkiyyəti ləğv etməyi qərara alıb. Bütün ərzaqlar mərkəzləşdirilmiş qaydada bölünür, özünü müdafiə dəstələrinə dəstək üçün sakinlərdən vergi yığılır.

Afrin kantonunun Şimali Suriya federasiyası rəhbərliyi ilə çətin münasibətləri var. Başında Qəndil dağından gəlmiş səhra komandirlərinin durduğu Demokratik Suriya Məclisi neft satışından gələn gəlirləri qərblıi qardaşalrı ilə bölüşmək istəmir. Amerikalılardan da onlara ciddi yardım çatmır – ABŞ-ın bütün hərbi bazaları şərqdə yerləşir, çünki Rakka və Deyr əz-Zorda İŞİD-ə qarşı hücum məhz oradan aparılır.

Bununla yanaşı, Hələbin mühasirəsi və ardınca təmizlənməsi üzrə əməliyyatın gedişində kürdlərin Rusiya komandanlığı ilə yaxşı münasibəti formalaşıb. İndi Afrinin təchizatı Suriya ordusunun nəzarət etdiyi ərazidən aparılır, Hələb şəhərinin Şeyx Maqsud rayonu isə Suriya qoşunlarının tam mühasirəsindədir. Bu qayda ilə Afrin kürdləri Qamışlıdakı Şimali Suriya Federasiyasının rəhbərliyindənsə Suriya hökumətindən önəmli şəkildə asılıdırlar.

Dəməşq indiki anda rusiyalı müttəfiqlərinin köməyi ilə Afrin rayonunun Suriya hökumətinin hakimiyyəti altrına qaytarılması üzrə əməliyyata başlayıb. Rusiya qoşunları ora eynilə Mənbic rayonundan şərqə yerləşdiyi səbəb üzündən gəlib – kürd Xalq özünü müdafiə dəstələri ilə “Fərat qalxanı” əməliyyatı ilə məşğul olan türk-ərəb qoşunları arasında toqquşmaya yol verməmək üçün.

YPG sözçüsü Redur Xəlil “Ruisya hərbi bazası”ndan danışarkən güclü şişirdib. Rusiya hərbçiləri həqiqətən də Afrində yerləşəcək və ola bilsin, yığma qoşunu məşq etdirəcək. Lakin bu, kürdlərin öz müqəddəratını təyin etməsi üçün deyil, rayon ərazisinin tezliklə rəsmi Dəməşqin hakimiyyətinə qaytarılması üçün edilir.

Rusiya qoşunlarının bölgədə iştirakının Amerikanınkından köklü fərqi bundadır. ABŞ prezident Trampın hakimiyyət gəlişi düşmənlik edən tərəflərin barışması yoluyla ilə Suriya böhranının dinc tənzimlənməsi ideyasından qəti şəkildə imtina edib və mahiyəti ölkənin İraq nümunəsində nüfuz dairələrinə bölünməsi olan B planının gerçəkləşməsi üzərində durub. Amerika qoşunlarının Suriyanın şimalındakı varlığı kürdlər arasında separatşı əhvala dəstək verir. Rusiya qoşunları isə, əksinə, Dəməşqin müttəfiqi kimi kürdlərə mədəni muxtariyyəti saxlamaqla Suriyaya dönmək imkanı verir. Hazırda kürdlərin gələcəyi üçün bu iki layihə rəqabətə girəcək və əhali üçün daha əlverişli güzəran şəraiti yarada bilən qalib gələcək. Türkiyə üçün ən az təhdidli olanı məhz Rusiya layihəsidir. Afrini Suriya hökumətinin hakimiyyətinə qaytarmağa nail olunsa, onda Xalq özünü müdafiə dəstələrinin fəaliyyətinə görə məsuliyyəti artıq rəsmi Dəməşq daşıyacaq. Çox güman ki, yaraqlılar bu və ya digər könüllü qurumun, məsələn, Suriya milli özünü müdafiə Qüvvələrinin dərəcəsinə keçiriləcək, Suriya hökumətindən maaş alacaq və mərkəzdən və yaxud Moskvadan nəzarət ediləcək.

Bu halda heç kim Türkiyəyə sərhədi açmaq və rayon üçün bu qədər vacib olan, yerlin əhalini dəstəkləyən və vəziyyətini uzaq amerikalılardan başqa heç kimin yardım etmədiyi şərqli tayfadaşlarından daha yaxşı edən ticarəti yoluna qoymağa mane olmur.

 

Tərcümə Strateq.az-ındır.

   




Yuxarı Əvvələ Ana Səhifə