XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2017 - 10:26

Dövlət başçısı ağlına gələni edə bilməz:lider rəhbər vəzifə tutan kimi ikiləşir – Təhlil

Kristian-Jorj Şventsel

The Conversation (Böyük Britaniya), 02.04.2017

 

Siyasi liderləri tez-tez bunda qınayırlar ki, onlar öz vəzifələrinə ən yaxşı “təcəssüm” vermirlər. Dövlət başçısı öz bədəni, hissləri və şəxsi həyatını gizlətməlidir. Fransua MitteranVladimir Putin buna çox gözəl nail olublar. Bunu Fransua Olland və Boris Yeltsin haqqında demək olmaz.

 

Prezidentin iki bədəni

 

Fransua Ollandı 2014-cü ilin yanvarında skuterlə (motosikl növü-tərc.) rəfiqəsi Juli Qayenunn yanına gedərkən lentə alıblar. Özünü “normal” prezident kimi təqdim etməyə can atan üçün fəlakətdir. Axı ictimaiyyətin gözündə şəxsi həyatını göz önünə çıxartmaqdan da qeyri-normal heç nə yoxdur.

Olland tarixçi Ernst Kantorviçin kralların iki bədəni barədə kitabından özü üçün aşkarca heç bir nəticə çıxarmayıb.

Lider rəhbər vəzifə tutan kimi ikiləşir, yəni eyni zamanda özü və təcəssüm etdirdiyi institut olur. Metafora çox şeydən xəbər verir: prezident vəzifəsi insan bədəninn üzərinə yaxılan ikinci bədən kimi qavranılır. Bunu anlamaqla sosial qrupun öz liderindən nə gözlədiyini daha yaxşı başa düşə bilərik. Bu iki bədən heç vaxt eyni səviyyədə yerləşmir: dövlət başçısı taclanma və yaxud seçkidən sonra qocalmağa və taleyin möhnətinə məruz qalmış insan bədənini sabitliyi ilə fərqlənən və onu dəyişdirən dövlət bədəninin arxasında gizlətməlidir. Prezident olmuş adam artıq adi fərd deyil, qrupun təcəssümüdür.

Kral təbəələri və prezidentin həmvətənləri məhz bu səbəbdən onu fərdiyyətçiliyini həmişə məzəmmət edəcək və ümumi işə xidmətini salamlayacaqlar. Vəzifəsini təcəssüm etdirməyi bacaran lideri tez-tez  gerçək populyarlıq müşayiət edir.

Fransua Olland bütün prezidentliyi müddətində bunu həqiqi mənada cəmi bir dəfə etməyə nail olub: 2915-ci il teraktlarından sonra. O, prezident rolunu tam həcmdə öz üzərinə götürdü və cavabında reytinqin yüksəlişini qazandı. Lakin sonradan yenə də öldürücü qeyri-normallığa bulaşdı. 2016-cı ilin oktyabrında çıxmış “Prezident bunu deməməlidir” kitabı onun populyarlığını indiyədək görünməmiş 4%-lik nişanəyə endirdi. O, iki aydan sonra ikinci mandat uğrunda mübarizədən imtina etməli oldu.

Onun sələfi Nikolya Sarkozi əzəmətli prezident statusundan imtina üçün artıq yol açıb. O 2008-ci ilin yanvarında mətbuat konfransında özünü məhv edən məşhurlaşmış ifadəni söyləyib: “Karla ilə (Sarkozinin modelyer xanımı-tərc.) hər şeyimiz ciddi şəkildədir!”

Fakt üzrə, prezident 600 jurnalistin gözü qarşında lüt soyunur! O, şəxsi həyatı göz qabağına qoyur ki, bu da onun təcəssüm etdirməli olduğu instituta zərbə vurur və vətəndaşların əksəriyyətinin dövlət başçısından gözləntilərinə daban-dabana ziddir.

 

Xarici görünüşün əhəmiyyəti var

 

Fransız siyasi mədəniyyəti bu cür perspektivdə monarxiya mirasının böyük izini daşıyır: XIV Lüdovikin dövründə olduğu kimi xarici görünüşün əhəmiyyəti var. Dövlət başçısı adi, fani bəndə deyil. Fransua Mitteran bunu çox gözəl anlayırdı və buna görə də prezidentlik müddətinin axırına kimi nikahdankənar qızının varlığını ciddi-cəhdlə gizlədirdi.

Nikolya Sarkozi taleyin kinayəsi ilə öz yöndəmsiz çıxışında Fransua Mitteranı yada saldı və ara saxlamaq üçün onu tənqid etdi. O, “siyasi həyatımızın kədərli ənənəsindən – ikiüzlülükdən kənarlaşmaq” istəyirdi. Kobud səhvdir: bu cür ikiüzlülük, ən azı, son beş min ildə dövlət başçısının  təyininə həkk olunmuş siyasi zərurətdir. Bu, bəşər tarixinin invariantıdır. Mesopotomiya və Misirdə bəşərin dan yerində ilk liderlərin formalaşdırdığı normalar indiyədək qüvvədədir. Nikolya Sarkozi də qədim yazılmamış qaydalara əməl etmək istəksizliyinə görə baha bədən ödədi.

Sarkozinin səhvi və Ollandın səfərindənsə 1998-ci ildə Monika Levinskinin işi daha ciddi məqam oldu: prezident Bill Klinton özünün cinsi əlaqələrini təfərrüatı ilə təsvir etməyə məcbur oldu. O, iradəsindən asılı olmayaraq rəzil pornoqrafik filmdəki aktyor kimi oldu. Buna baxmayaraq, ona nisbətdə başlanmış impiçment prosedurundan yayınmağı bacardı.

Sonralar 2012-ci ildə Fransa prezidentliyinə potensial namizəd Dominik Stross-Kan da “şalvarsız” pis durumda yaxalandı, onun dövlət başçısı postunu tutmaq perspektivi dərhal həmişəlik silindi.

 

İdmançı əyyaşa qarşı: Putin və Yeltsin

 

Rusiya Boris Yeltsinin bədənini onun varisi Vladimir Putininki ilə tutuşdurmaqda bizə ən maraqlı örnək verir. Birinci 1990-cı illərdə layiqli prezident deyildi: əyyaş, təlxək və özünü camaat içində aparmağı bacarmayan səfeh idi. Rəsmi qəbullarda səndələyirdi və çevrəsindəkilər onu tutmasaydılar, hətta ehtimal ki, yıxılardı. Xəstə və yöndəmsiz prezidenti görərəkən rusiyalıların əksəriyyəti özlərini alçalmış hiss edirdilər. Vladimir Putin  isə zamanüstü lider simasına ən yaxşı şəkildə uyğun gələn tamamilə zidd obrazı ciddi-cəhdlə yaratdı. Rəsmi bioqrafları onun bədəninin tarixçəsini nağıl edirlər. Putin uşaqlıqdan idmanla məşğul olub ki, bina həyətində oynayan fəhlə uşaqlar yığınına başçılıq etsin. Gələcək prezident o dövrdə sısqa idi, lakin gələcəyi üçün təhlükə ola biləsi ilkin zəifliyi dəf etməyə nail oldu. O, bədənini özü dəyişdirdi və özəl yolunu seçdi. Bütün bunlar ona işarə edir ki, indi ən yüksək vəzifələrə uyğun gəlir. Putinin bədəni bu tarixçədə prezidentin ayağa qaldırmağa və gücləndirməyə cəhd etdiyi zəifləmiş və korrupsiyalaşmış bədəni rəmzləşdirir. Rusiya lideri bununla yanşı özünün şəxsi həyatı haqda heç nə danımır, dünya mətbuatına onun gerçək və uydurma münasibətləri barədə fantaziyaya varmaq imkanı verir.

Lider ağlına gələni edə bilməz. Onun bədəni və davranışı vətəndaşların və yaxud təbəələrin siyasi mədəniyyətə həkk olunmuş təsəvvürləri ilə diktə olunur. O, müəyyən davranışı gözləməli, görüntü obrazı yaratmalıdır. Onun vəzifəsi bəşər tarixinin özü kimi qədim stereotiplərlə kodlaşdırılıb.

Fransua Fiyon məhz bunu yada salıb: “general de Qollu istintaq altında təsəvvür etmək” çətindir. Döyüşdə enilmiş Makedoniyalı İskəndər və yaxud Misir allahlarına qarşı gedən II Ramzes kimi. Dövlət başçısının “normallığı” – etibarlı və dayanıqlı nüfuz qaynağıdır.

 

Tərcümə Strateq.az-ındır.   




Yuxarı Əvvələ Ana Səhifə