XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 April 2017 - 11:56

Rus ekspert:“Rusiya geopolitik tənhalığa düşüb” – Təhlil

Yuri Paniyev

NG.ru, 12.04.2017


Suriya ətrafındakı durum son illərin tendensiyasını aydın şəkildə işıqlandırıb: Rusiyanın düşmənləri çoxalır, dostlar isə azalır. Ağ Ev Rusiyanı ABŞ-ın Şayrat aviabazasına raket zərbəsini tənqid edən cəmi dörd ölkəlik qrupa daxil edib. BMT Suriyada ehtimal edilən kimyəvi hücuma Amerikanın cavab zərbəsinin səlahiyyətliliyini dəyərləndirməkdən ümumiyyətlə imtina edib – Moskva buna bel bağlayırdı. Düzdür, İtaliya prezidenti Serco Mattarellanın səfəri Moskvanı “müsbət lad”a kökləyib.

BMT katibliyi Təhlükəsizlik Şurasının təqdiri olmadan aprelin 7-də Suriyanın hərbi obyektlərinə zərbə endirmiş ABŞ-ın fəaliyyət səlahiyyətini dəyərləndirməyəcək. Bu haqda BMT baş katibinin rəsmi təmsilçisi Stefan Dyujarrik bazar ertəsi bildirib. Bununla belə, o, katibliyin bu cür qərarının nədən doğduğunu açıqlamayıb. Baş katibin təmsilçisi qeyd edib: “Bu bizim mövqeyimizdir”.

Ağ Evin mətbuat katibi Şon Spayser ABŞ-ın Suriya aviabazasına raket zərbəsinin Yaxın Şərqdə əsil müharibə təhlükəsi daşıdığı haqda Rusiya bəyanatını elə həmin gün şərh edib. Onun sözlərinə görə, administrasiyanın fəaliyyəti kimyəvi silahın yayılması və günahsız insanlara qarşı tətbiqinin önlənməsi sahəsində ABŞ-da və ölkədən kənarda təqdir qazanıb.

Kimin bizim tərəfimzdə, kiminsə bizə qarşı olduğuna baxsanız, – o, həftəlik brifinqdə jurnalistlərə üz tutub, – onda sonuncu qrup olduqca kiçik olacaq. Bu, iştiraka cəlb etmək istəyəcəyiniz ölkələr deyil. Söhbət İran, Suriya, Şimali Koreya və … Rusiyadan gedir”.

Nyu-York və Vaşinqtonda səslənmiş bəyanatlar Moskvanı düşünməyə məcbur edir: dünyada onun etibarlı müttəfiq adlandıra biləcəyi dövlətlər qalıbmı?

Strateji dəyərləndirmələr İnstitutunun prezidenti Aleksandr Konovalovun fikrincə, Rusiya geopolitik tənhalığa düşüb. “Kim Çen Inla cur olmaq kədərlidir. Çox qədim sivilizasiya olsa da, hətta İranla da, – o, “NG”-yə deyib. – Nəticəsi İran və “Hizbullah”la alyans ola biləcək xarici siyasət yürütmək üçün çox canfəşanlıq etmək lazımdır”.

Ekspert əmindir ki, Rusiya münaqişənin mahiyyəti və çoxölçülülüyünü çox da dərk etmədən Suriyaya girib. “Bizə elə gəlirdi ki, Suriyada ayırıcı xətlər var: bir tərəfdə hakimiyyətə qarşı üsyana qalxmış qanunsuz silahlı birləşmələr, digər tərəfdə qanuni prezident və onun ordusu. Birinciləri bir qədər bombalamaq və bütün ölkə ərazisini nəzarətə götürməkdə Bəşər Əsədə yardım etmək. Orada nə qədər çeşid-çeşid maraqlar və onun nədən ibarət olduğunu qətiyyən təsəvvür etmirdik: Türkiyə kürdlərlə vuruşur, şilər sünnilərlə yola getmir, İsrail İranın onun sərhədləri yanında görünməyinin ziddinədir və s.”

Ekspert yada salır ki, axı Suriya əməliyyatı da ona görə düşünülmüşdü ki, Rusiyanın beynəlxalq təcridi azalsın. Rusiya bu gün biçimlənmiş durumda hər halda yol tapmalıdır ki, dünya bvirliyinə inteqrasiya olunsun. Konovaliov əks halda nə az, nə də çox, dövlətin dağılacağını qabaqcadan xəbər verir.

İtaliyanın “Repubblica” nəşrinin yazdığı kimi, guya Rusiya tərəfi İtaliya prezidenti Serco Mattarelladan dünən danışıqlar apardığı Vladimir Putinin mayın sonunda “böyük yeddiliyin” Siciliyadakı sammitinə dəvət ediləcəyini gözləyirdi. Məqalədə deyilir, amma Mattarellanın Putinə münasibətdə “dostyana jesti o qədər uzağa gedə bilməz ki, Taorminə qalmaqallı dəvət etibar edilsin” və bununla da “2014-cü ildə Krmın ilhaqından sonra aparıcı dövlətlər klubundan çıxdaş yarası sağaldılsın”.

 

Tərcümə Strateq.az-ındır.