XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 15:30

“Azərbaycan axını”:Kiyev üçün real olmayan arzu –TƏHLİL

tap.jpg

 

Dimitri Dolaberidze

“GEORGIA TODAY”, Gürcüstan

 

Bu ay azərbaycanlı və ukraynalı rəsmilər arasında energetika sahəsində əməkdaşlığa dair görüş keçirilib. Görüş zamanı Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa və dünya bazarlarına şaxələndirilmiş marşrutlar vasitəsilə nəqli müzakirə olunub.

Görünür, Ukrayna rəhbərliyi yaxın gələcəkdə Rusiya qazının tranziti hüququnu tamamilə itirəcəyini anlamağa başlayıb. Lakin Kiyevin Azərbaycanın köməyilə yeni qaz nəqli sistemi yaratması perspektivi real görünmür.

Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Yuşkov deyir ki, “hazırda Azərbaycan qazının Avropaya nəqli üçün 2 marşrut var: Balkanlardan və Rusiyadan keçən marşrut. Ukraynanın ikinci marşrutla qaz əldə etməsi “Qazprom”un məlum tranzit siyasəti üzündən çətinləşir: “Azərbaycan Ukraynaya qaz nəql etmək istəyirsə, o, qazını ilk öncə “Qazprom”a satmalıdır. Mən hələ Rusiya ilə Ukrayna arasında qaz tədarükü müqaviləsinə görə yaranmış problemdən danışmıram. Rəsmi Kiyev bu müqavilənin tələblərini yerinə yetirmək istəmir. Hazırda Stokholm Arbitraj Məhkəməsində bu məsələ ilə bağlı proses davam edir”.

Odur ki, Azərbaycan qazının Avropaya nəqli üçün yalnız cənub marşrutu – Türkiyə və Rumıniya vasitəsilə – qalır.

İ.Yuşkov hesab edir ki, Ukrayna nəzəri olaraq, Azərbaycan qazını ala və onu Türkiyə, Balkan ölkələri vasitəsilə nəql edə bilər: “Bu halda Ukrayna cənub-qərbi Avropa ölkələrinə qaz nəql edə biləcək. Lakin reallıqda bunu həyata keçirmək qeyri-mümkündür. Çünki Bakının artıq qazı yoxdur. Azərbaycanın artıq qazı olsaydı, o, öz qazını Avropa ölkələrinə daha əvvəl, yəni Avropa İttifaqı rəhbərliyinin qaz mənbələrini şaxələndirmək istədiyi vaxtdan göndərərdi”.

Hazırda TAP və TANAP layihələrinin tikintisi davam edir. Bu kəmərlər vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına nəql olunacaq. İ.Yuşkovun da qeyd etdiyi kimi, bu kəmərlər vasitəsilə ildə 20 milyard kubmetr qaz nəql edilə bilər. Həmin qazın yarısının Türkiyə bazarına ötürülməsi nəzərdə tutulub: “8 milyard kubmetr qaz İtaliyaya nəql olunacaq. Yerdə qalan həcm isə Yunanıstan və Bolqarıstan arasında bərabər bölünəcək. Bütün bunlara əsasən demək olar ki, Azərbaycan Ukraynanın ehtiyac duyduğu 8-10 milyard kubmetr əlavə qazı fiziki olaraq tədarük edə bilməz”.

(İngilis dilindən tərcümə – WM)