XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 15:40

Suriya eksperti:“İŞİD Bəşər Əsədlə Nuri əl-Maliki arasındakı saziş əsasında yaranıb” – Təhlil

Muhəmməd Zahid Caul

Orient.net (Suriya), 18.04.2017

 

2014-cü il iyunun 10-da “xilafət” adlandırılan İŞİD-in yaradılması elan olunub. Bundan sonra bu dövlətdəki işlərin gerçək durumu və onun gizlətdiyi sirlər haqda suallar seli axdı.

Suallardan biri bundan ibarətdir ki, (2006-cı ildə meydana çıxmış) İŞİD bir neçə il boyunca heç bir açıq döyüşün baş vermədiyinə baxmayaraq, İraq və Suriya ərazisinin böyük hissəsini özünə necə tabe edə bilib? Sonradan məlum olub ki, bu birləşmənin meydana çıxmasına Bəşər Əsədlə Nuri arasındakı saziş şərait yaradıb. Düzdür, İraq hakimləri ancaq Nuri əl-Malikiyə ittiham elan edərək İŞİD-in əlindən bölgədə böyük ərazilərin necə dağıntıya məruz qaldığına görə məsuliyyəti onun üzərinə qoyublar. Bu məhkəmə araşdırmaları İranın basqısı altında dayandırılıb ki, bu da bu ərazilərə nəzarətin təminində İranın gizli tərəfdaş olduğu faktını təsdiqləyir. İran zamanında qüvvə toplayan İŞİD-ə ancaq İran sərhədinə 40 km-dən çox yaxınlaşmamaq xəbərdarlığı ilə kifayətlənib. İŞİD bu “razılaşmaya” indiyədək əməl edir.

İŞİD İranla heç bir vaxt hərbi əməliyyat aparmayıb, halbuki onun Əsəd gücləri ilə münasibəti irimiqyaslı sazişlə nizamlanır. Onlar qondarma döyüş aparıb və yaxud razılıq üzrə geri çəkilmə təşkil edərək bəzi şəhər, kənd və başqa məntəqələr üzərində nəzarəti mübadilə ediblər. Halbuki İraq hökuməti Əl-Abadinin başçılığı ilə mübahisələr aparır və Nuri əl-Malikinin fəaliyyətindən narazılığını ifadə edirdi.

İri şəhərləri təslim etməkdən imtina və yaxud coğrafiyaca böyük ərazilərə nəzarət cəhdləri halında məsələnin həlli İŞİD-lə qaçılmaz toqquşma qorxusu doğururdu. Bu, onunla bağlıdır ki, İŞİD Bağdad hökumətini təhdid edir. İŞİD-lə vuruşub-vuruşmamaq seçimi İŞİD-i Mosulda gözləyən gələcək xüsusunda əndişə ilə bağlıydı.

Əl-Abadi hökuməti Mosul ərazisinə, şimalda və qərbdə böyük şəhərlərə nəzarət edən İŞİD-i uzun müddətə boğa və onunla vuruşa bilmədi. Əl-Abadi hökumətinin hərbi potensialına nəzər salınsa, maliyyə imkanlarına, həmçinin İran və bütövlükdə dünya tərəfindən dəstəyə baxmayaraq, ordusu və yığma könüllülər qüvvəsi, hərbi imkanları İŞİD-dən zəif görünür. Əl-Abadi hökumətinin İŞİD-lə girişdiyi təkbətək döyüş uğurla nəticələnmədi və hətta bir addım da irəli getmədi.

Yeganə variant bütün İraq ərazisində Pentaqonun hazırladığı və gerçəkləşdirdiyi əmr və planlara itaət oldu.  Əl-Abadi hökumətinin İŞİD təşkilatı ilə bütün döyüşləri ABŞ-ın hərbi-siyasi qərarlarına uyğun aparılmalı idi. Suriyada da oxşar durum var, amma bircə fərqlə: Rusiyanın məqsədi hətta İŞİD-lə mübarizə olsaydı da, Amerika Rusiyanı İraqa müdaxilədən saxlayaraq ona Suriyaya müdaxilə etməyə icazə verdi. Buna görə də Rusiya Suriyada Suriya inqilabının öz hədəflərinə çatmasına, yəni siyasi rejimi devirməyə mane olmaqla kifayətləndi. Amerika planlarını həyata keçirilməyinə hazırlıq Cenevrə konfransında gedirdi – məqsəd Suriyanın gələcəyi üçün ABŞ və İsrailin razılaşacağı baxışa uyğun olaraq, həmçinin Rusiya və müttəfiqlərinin – indiki Bəşər Əsəd hökuməti və İranın hərbi qüvvələrinin maraqlarına zəmanət verəcək siyasi həlli təmin etmək idi.

İraq və Suriyadakı beynəlxalq müharibələr ondan xəbər verir ki, Amerika İraq və Suriya hökumətləri ilə birlikdə İŞİD-in siyasi, hərbi və beynəlxalq arenada peyda olmağına təkan verib və hazırda bu ərəb ölkələrinin böyük əraziləri İŞİD-in nəzarətindədir. ABŞ-ın yeni prezidenti Donald Tramp Obama administrasiyasını İŞİD-in yaradılmasında ittiham edərkən məhz bundan danışırdı.

Amerikanın məqsədi ərəb ölkələrinə hərbi müdaxilə üçün beynəlxalq Qərb koalisiyasının yaradılmasına bəraət oldu. Bu qayda ilə 2014-cü il sentyabrın 5-də Parisdə elan olunmuş əsas məqsədi İŞİD-in ləğvi olan alyans quruldu. Lakin bu alyansın fəaliyyətinin nəticəsi dinc əhalinin ölümü və iki ərəb dövlətinin siyasi quruluşunun yenidən qurulması oldu.

Böyük coğrafi ərazi üzündən bu iki ölkənin güclü dövlət qurmaq, həmçinin xalqın istənilən gələcək tarixi məqamda islam eyniyyətini özünə hopduracaq milli özünü dərkini möhkəmləndirməyə çoxdan imkanı var idi. Qərb İŞİD-in bölgədə peyda olmasını sürətləndirdi ki, bu iki dövləti sonradan asanlıqla məhv etsin və ərəb milləti üçün ən önəmli bu bölgənin azadlıq layihəsinə və potensial dirçəlişinə yol verməsin.

Qərb layihəsini tanımaqdan ötrü İŞİD lideri olmaq və yaxud əsgərləri sırasında durmaq vacib deyil. ABŞ və İran işğalına qarşı mübarizə 2003-cü il aprelin 20-dən gedib, lakin coğrafi imkan yalnız 2014-cü ildən əvvəl meydana çıxdı. Sonra 2014-cü ildə asanlıqla və müharibəsiz ərazini işğal etmək xoşbəxtliyi üz verdi. İŞİD böyük maliyyə imkanları əldə etdi. Bankları ələ keçirərkən onların əlinə milyonlar düşdü ki, bu da bütün dünyadan könüllüləri cəlb etməyi asanlaşdırdı. Bu və digər faktlar şübhə doğurur ki, Pentaqonda İŞİD-in ümumi yoluna nəzarət ediblər.

Sözsüz, bu cür fəaliyyət növü İslam və müsəlmanlar üçün şərə dönüşəcək, Qərbdə İslam xofunu çoxaldacaq, dünya mediası isə bu informasiya aldanışını translyasiya edəcək. Və budur, İraq və Suriya artıq məhv edilib və İŞİD özünü və tabeliyindəki əhalini müdafiə edə bilmədi.

Amerika, Fransa, Britaniya və yaxud Rusiya hərbi aviasiyası İraq və Suriya bombardmanlarında sərbəst olarkən İŞİD layihəsi bu qayda ilə öz hədəfinə yetib. Ölkə, siyasi partiya, mədəni birliklər və yaxud ayrı-ayrı şəxsiyyətlər olsun, ərəb ölkələrindən heç birinin bu bombardmanı dayandırmaq hüququ çatmır. Çünki yekunda onlara İŞİD-ə dəstək ittihamı irəli sürüləcək.

Amerika və İsrail bununla da ərəblərə bomba yağdırmaq, şəhərləri dağıtmaq haqqını təmin edib və ərəb millətini bu gələcəyi görmək narazılığını ifadə etmək hüququndan məhrum edib. Kiçik bir seçim qalır: terrorizmə dəstək ittihamlarından və yaxud terrorçuların fəaliyyətindən əzab çəkmək.

Birinci dünya müharibəsinin nəticələri qanuni əsas qismində Millətlər Liqası vasitəsilə böyük ölkələrə müsəlman ölkələrini parçalamaq və onları tam bir əsr boyu zəiflətmək imkanı verib. Bu ölkələrin işğalı, tabelik durumu və Millətlər Liqasının, sonralar isə Birləşmiş Millətlər Təşkilatının  sanksiyalaşdırdığı müstəmləkələşmə davam edib.

Terrorizmlə mübarizə ərəb dövlətlərində müharibə aparmaq və onları parçalamaq üçün bəhanə olub. O zaman dövlətlərin seçimi İsrailin sionçu qurumun xeyrinə edilib. Sonra İraqın Amerika və İran tərəfindən işğalı baş verib, ardınca Suriyanın İran və Rusiya işğalı gəlir. İran yığma könüllüləri böyük ölkələrin marağı və öz layihəsinin gerçəkləşməsi xatirinə rus və Amerika işğalına yardım ediblər – İran ərəb dövlətlərinin parçalanması və zəiflədilməyində tərəfdaş olub. Hazırda beynəlxalq konfranslardakı bütün danışıqlar növbətin siyasi parçalanmanın nəticələrini təsdiq edir.

Bölgə xalqları parçalanma üzrə layihədən necə azad ola bilər? Ərəb və müsəlman ölkələri öz ərazilərində terrorizmlə mübarizə yoluxmasının qabağını necə ala biər? Bu infeksiyanın ərəb ölkələrinə düşməsi Qərb müstəmləkə koalisiyalarının işğalı üçün bəraət olacaq. Hazırda baş verənlər terrorizmlə müharibə deyil, terrorizmlə mübarizə bəhanəsi altında ərəb və İslam ölkələrinin bölünməsi xatirinə savaşdır.

İndi bağlı qapılar arxasında Suriya, İraq, Liviya, Yəmən və başqa ölkələrdə nüfuzun Rusiya, Birləşmiş Ştatlar və İsrail arasında bölünməsi qəsdilə Sayksla Pikonun 1916-cı il məxfi sazişinə bənzər çirkli alver gedir. Amma bu dövrlər arasında böyük fərq var. Ərəb və İslam xalqları həm siyasi şüur, həm də fiziki imkanlar baxımından yüz il əvvəlkindən daha güclüdür.

Tərcümə Strateq.az-ındır.