XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 16:52

Xəzər düyünü:20 ildir çözülməyən ziddiyyətlər haçanadək sürəcək? - TƏHLİL

eadaily.com, 25.04.2017


Sovet İttifaqının dağılması və keçmiş sovet respublikalarının sərbəst, müstəqil dövlət çevrilməsi Xəzərin hüquqi statusu ilə bağlı tam bir sıra problemlər doğurub. Əvvələr Xəzər sahilinin əsas hissəsinə SSRİ sahiblik edirdisə və cənub sahilinin nisbətən kiçik hissəsi İrana məxsus idisə, indi bu iki dövlətə Qzaxıstan, Türkmənistan və Azərbaycan da əlavə olunub. Sahilyanı dövlətlərdən hər biri bölgü zamanı öz sərvətlərini artırmağa cəhd edərkən bu cür durum Xəzər dənizini özünəməxsus “nifaq mövzusu”na döndərə bilər. Xəzərdə isə bölməyə nəsə var…

Çox böyük neft və qaz ehtiyatları bu rayonu yatırım fəallığı baxımından son dərəcə perspektivli edir. Bununla bərabər, qeyd etmək lazımdır ki, hövzənin yeganə sərvəti karbohidrogenlər deyil – dünyada nərə balığı ehtiyatlarının 90%-i Xəzərdə cəmləşib. Qara kürünün bu gün neçəyə olduğunu yada salsaq, nərə və kürü satışından gələn gəlir neft və qaz satışından gəlirlə tam şəkildə tutuşdurula bilər.

Durumun orijinallığı hələ həm də bundan ibarətdir ki, beynəlxalq hüquq çərçivəsində Xəzərin hüquqi statusu bu günədək praktik olaraq yoxdur. Bu günə qədər Xəzəri necə hesab etmək – göl, yaxud dəniz – kimi sanki sadə bir məsələdə vahid bir fikir mövcud deyil. Qəbul edilmiş ümumi məntiqə əsasən, onda məhz gölün bütün əlamətləri var və sadəcə, həcminin böyüklüyünə görə dəniz adlandırırlar.

Xəzərin hüquqi styatusu haqda ilk dəfə 1940-cı il martın 25-də SSRİ və İran ticarət və gəmiçilik haqda müqavilə bağlayanda danışmağa başlayıblar. Xəzəri sovet və İran dənizi saymaq qət edilib. Bu zaman heç bir ayırıcı xətlər keçirilməyib. Bu xüsusda başqa heç bir beynəlxalq sənəd sadəcə yoxdur.

İkitərəfli münasibətlərin qurulması yoluyla durumu nizamlamaq cəhdləri vəziyyəti ancaq daha da dolaşıq salır. Məsələn, Rusiya Federasiyası və Azərbaycan arasında “Azərbaycan Respublikası ərazisində neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində əməkdaşlıq haqda” 1993-cü il 20 noyabr sazişində Xəzər dənizinin Azərbaycan sektorundan danışılır. Buradan məntiqi nəticə çıxır ki, bu sektor da sanki Azərbaycan ərazisinin bir hissəsidir.

Bu cür ifadələr Xəzəri milli sektorlara parçalamaq və onun resurslarına fərdi şəkildə yiyələnmək cəhdlərini ifadə edir. Amma problemin məğzi bundan ibarətdir ki, Xəzər Xəzəryanı bütün dövlətlərin ortaq istifadə obyektidir və nə bütüövlükdə, nə də hissə-hissə onların ərazisinə daxil ola və kiminsə suverenliyi altında qala bilməz.

Keçmiş sovet respublikaları Sovet İttifaqının bağladığı müqavilələrin maddələrinə əməl etməyə borcludur. Bu, MDB-nin yaradılması və 1991-ci ildə Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın imzaladığı Almaatı bəyannaməsi ilə də nəzərdə tutulub.

Ərazi dənizi”, “müstəsna iqtisadi zona”, “qitə şelfi” kimi islahlar Xəzər dənizinə heç vaxt tətbiq edilməyib. Qitə şelfi beynəlxalq hüquq mənasında Xəzər dənizində heç vaxt olmamış ərazi sularının xarici sərhədlərindən başlanır. Uyğun olaraq, söhbət ancaq Xəzər dənizini dibindən gedə bilər. Azərbaycan 1991-ciTürkmənistan 1993-cü ildə birtərəfli qaydada dəniz ərazisinin müəyyən edilməsi ilə dövlət sərhədi haqda qanun qəbul edib. Azərbaycan su hövzəsini sektorlara bölməyi təklif edib ki, bu da dəniz gəmilərinin keçidi üçün icazəli qaydanın tətbiqini ifadə edərdi. Bu isə Rusiya, İran və Qazaxıstan üçün əsla qəbuledilməzdir.

Bu ziddiyyətlər düyününü artıq iyirmi ildir çözmək mümkün olmur, lakin bütün dünyada dövlətlərin oxşar durumda hərəkət nümunəsinə xeyli sayda nümunələr var. Avropanın lap mərkəzində ortaq istifadəsi Avstriya, İsveçrə və AFR arasında sazişlə qeydə alınmış Boden gölü yerləşir. Eyni hal Fransa və İsveçrə arasında məşhur Cenevrə gölü ilə bağlı da baş verib. Şimali Amerikada bu cür status Böyük göllərə – Yuxarı, Quron, Ontario, Eri, Miçiqana yayılıb. Burada ABŞ-la Kanada arasında sazişlər qüvvvədədir.

1964-cü ildə Afrikada Nigeriya, Kamerun, Çad və Niger Çad gölündən şərikli istifadə barədə konvensiya imzalayıb. Viktoriya gölü üzrə oxşar saziş Tanzaniya, Uqanda və Keniya arasında imzalanıb. Cənubi Amerikada Peru və Boliviya Titikaka gölündən, Braziliya və Uruqvay isə Mirim gölündən birgə faydalanır. Bu halların hamısında azad məkan saxlanır…

Bu faktı da nəzərə almaq lazımdır ki, axmazlığı üzündən məhz bu tipli su hövzələri ekoloji baxımdan zəifdir. Axı təsadüfi deyil ki, ABŞ və Kanada hələ 1972-ci ildə Böyük göllərin təmizlənməsi haqda müqavilə bağlayıb. Xəzərdəki ekoloji durum artq çoxdan əsaslı təşviş doğurur. Burada sahilyanı dövlətlərin hamısının səylərinin əlaqələndirilməsi lazımdır. Təsadüfi deyil ki, Xəzərin saysız sərvəti qeyri-xəzər dövlətlərinin də diqqətini çəkir. Azərbaycanla hərbi əməkdaşlığı gücləndirən Türkiyə getdikcə daha fəal oyunçu olur. Ərdoğan daha geniş səlahiyyətlər əldə etdikdən sonra isə bu tendensiya lap güclənəcək.

Xəzər dənizinin beynəlxalq hquqi statusunun qayğısına qalmaqla bu durumu da unutmaq olmaz ki, beynəlxalq hüquq son zamanlar güclünün hüququ – cəngəllik qanunları ilə tez-tez əvəz olunur. Bu cür halı Xəzərə buraxmaq olmaz. Kimsə öz üzərinə dəqiq zəmanət götürməlidir ki, bütün fəaliyyət hüquqi sahə çərçivəsində baş verəcək. Ümid etmək istərdik ki, Xəzər sülh və qarşılıqlı faydalı əməkdaşlıq zonası olacaq.

 

Tərcümə Strateq.az-ındır.