Riçard Silverstayn
"Middle East Eye"
İsrail bütün dünyaya İslamçı təhlükəsindən şikayət edərkən, Benyamin Netanyahunun Suriyada İŞİD-lə lal ittifaqa malik olduğunu unudur.
Müttəfiqi bombaladıqda, üzr istəyirik. Əgər düşməni bombalayırsınızsa, üzrxahlığa ehtiyac qalmır. Bəs İsrail nə edir?
Bu, rahatlıq ittifaqıdır və tərəflərdən heç biri ondan söz açıb öyünmür.
İsrailin İŞİD-lə ittifaqı Misir, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri kimi digər müsəlman müttəfiqləri ilə əməkdaşlığından fərqlənmir.
Moşe Yaalon cari İsrail hökumətinin müdafiə naziri vəzifəsində çalışıb. 2016-ci ilin mayında Netanyahu ilə küsüb ayrılanadək. İndi Yaalon öz partiyasını yaratmaq və sabiq bossuna qarşı çıxış etməyi planlaşdırır. Təəssüf ki, o, seçki sorğuları keçirmir, əks halda, hazırkı baş nazirə siyasi təhlükə olmadığını görərdi.
Beləliklə, Yaalon itirilməsi təəssüf doğurmayacaq mövqeyə malikdir. O, orta statistik siyasətçidən fərqli olaraq, artıq səmimi danışa bilir. Bu çərçivədə, o, ötən şənbə Afulada – İsrailin şimalındakı şəhərdə keçirilən ictimai tədbirdə təhlükəsizlik məsələləri üzrə uzun bir çıxış edib.
Yaalonun təsdiqləməsi
Yaalonun fikirlərində razılaşılması mümkün olmayan məqamlar həmişə var. Məsələn, o, Suriyada bir tərəfin xeyrinə danışır, digərini təhlükəli sayır, üstəlik, mahiyyətcə İsrailin müdaxiləsini əsaslandırır. Xüsusən Əsədin "İslamçı" opponentlərinə xoş sözlər ərmağan edir. Lakin Yaalon Suriyada İsrailin İŞİD-lə əlaqələrinə aşkarlıq verib. Mən digər jurnalistlərlə birgə İsrailin "əl-Nusra" ("əl-Qaidə"nin filialı) ilə əməkdaşlığının sənədləşdirilməsində iştirak etmişəm. Amma indiyə qədər heç bir İsrail rəsmisi ölkəsinin İŞİD-lə əməkdaşlıq etdiyini etiraf etməyib.
Yaalon açıqlamasında dolayısı ilə təsdiqləyir:
"Suriyada çoxlu fraksiya var: rejim, İran, ruslar, hətta "əl-Qaidə" və İŞİD. Belə hallarda, bir tərəfdən, məsuliyyətli, diqqətlə balanslaşdırılmış siyasət işlənib hazırlanmalı və onun köməyi ilə öz maraqlarını qorumalısan; digər tərəfdən, müdaxilə etmirsiniz, çünki əgər İsrail bir tərəfin adından müdaxilə etmirsə, bu, digər tərəfin araqlarına xidmət edəcək. Buna görə də "qırmızı xətləri" müəyyən etmişik. Suverenliyimizi pozan hər kəs dərhal ağrı hiss edəcək. Əksər hallarda, atəş rejimin nəzarəti altında olan rayonlarda gəlir. Amma atəş İŞİD mövqelərindən gəldikdə, onlar dərhal üzr istəyirlər".
Sabiq nazirin barəsində danışdığı hücum barədə xəbər İsrail KİV-lərində yoxdur. Ya informasiyanın açıqlanması "tıxac"a düşüb, ya da hərbi senzura buna izin verməyib. İsrail ərazisini "İslamçı" müttəfiqinin atəşə tutması və üzr istəməsi aşkarlansaydı, şübhəsiz, bu, həm İsraili və həm də "islamçılar"ı xəcalətli edərdi.
Müttəfiq?
Bəzi tənqidçilər iddia edirlər ki, İŞİD-in üzrxahlığı "islamçı" qrup və İsrail arasında ittifaq və ya ciddi əməkdaşlıq mənası vermir. Bu halda, cavab verirəm: "Müttəfiqi bombaladıqda üzr istəmirsinizmi? Düşməni bombaladıqda, əlbəttə, bunu etmirsiniz. Bəs israil necə davranır?"
Steven Sotloffu unutmayın, o, İsraildə yaşamış yəhudi-amerikalı idi və İŞİD-çilər onun başını kəsmişdi. İzidi qadınları zorlayan və uşaqbaz kişiləri binaların başından atan da İŞİD-çilər idi. Yaxın Şərqdə xaos və qan axını yayan da İŞİD-dir. Eyni zamanda, Netanyahu müntəzəm olaraq dünyaya bu pislikdən şikayət edir. Məsələn, deyir: "İran və İŞİD bizi məhv etmək istəyir və yəhudilərə nifrət bu gün yəhudi dövlətinə qarşı yönəlib". Netanyahu əlavə edir: "Bizi məhv etməklə təhdid edənlərin özləri məhv olacaq".
Məlumdur ki, Ben Quriondan başlayaraq İsrailin xarici siyasəti çox fürsətçi və əxlaqsız olub və barəsində danışılan bəyanat buna sübutdur:"Əgər mən bütün almaniyalı yəhudi uşaqların yarısını İngiltərəyə və yalnız digər yarısını Fələstinə köçürməklə onların xilas olunacağını bilsəydim, sonuncunu edərdim. Çünki biz təkcə bu uşaqların deyil, bütün yəhudi xalqının tarixi maraqlarının qayğısına qalmaqdır".
Buna görə də, güman edirəm ki, yeni layihəyə təəccüblənməyə dəyməz. Amma yenə də bir anlıq nəfəsimi içimə çəkib, İsrailin motivləri və seçiminin necə vəhşi və həyasız olduğunu düşünürəm.
Tərcümə: Strateq.az