XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2017 - 16:48

Rusiyalı ekspertdən şok iddia:“PKK Ərdoğana işləyir” - Təhlil

Arif Asalıoğlu

REGNUM İA, 25.04.2017

 

2013-cü il dekabrın 17-də Türkiyədəki rüşvətxorluq və korrupsiya haqda irimiqyaslı araşdırmanın mərkəzi siması, Ərdoğanın adından pul vəsaitləri və qızılın köçürülməsini təşkil etmiş iranlı Rza Zərrab 2016-cı il martın 19-da ABŞ-ın İrana qarşı sanksiyalarından yan keçmək, ABŞ-a qarşı mütəşəkkil dələduzluq, bank dələduzluğu və pulların yuyulması ittihamı ilə Mayamidə FTB tərəfindən saxlanılıb. O, məhkəmənin qərarı ilə Mayamidə həbsxanaya yerləşdirilib. Prokurorluq Zərrab üçün 75 il həbs cəzası tələb edib. Bu iş üzrə təhqiqat bu gün də davam edir.

HalkBank”ın vitse-prezidenti, beynəlxalq bank əməkdaşlığına görə sorumlu Mehmet Atilla ABŞ-ın İrana qarşı sanksiyalarından yan keçmək və bank dələduzluğu ittihamı əsasında FTB-nin tələbi ilə 2017-ci il martın 29-da Nyu-Yorkda həbs edilib. Bu iki cinayətə görə onun üçün ümumilikdə 50 illik həbs tələb edirlər. Bundan savayı, Ərdoğana yaxın xeyli dövlət adamlarına aid materialları bu işə əlavə ediblər. Bu qayda ilə Rza Zərrabın işi Ərdoğanın diqqətlə izlədiyi məhkəmə prosesi olub. O, Ərdoğan üçün həyat önəmli əhəmiyyət kəsb edir.

Millətçi Hərəkat Partiyasından deputat, professor Ümid Özdağ mübahisə predmeti olmuş bu qədər mühüm məhkəmə qərarına nisbətdə bəyanatla çıxış edib. Özdağ bildirib ki, “Ərdoğan Zərrabın işinin dayandırlmasına əvəz olaraq, ABŞ-ın Rakkada PKK ilə birlikdə əməliyyatına razılaşıb və bu mövqeyi təslim edərək Kürdüstanın yaradılmasına razılaşacaq”.

Nyu-Yorkun keçmiş meri, Amerika siyasətçisi Rudolf Culianinin Zərrabla bağlı durumun müzakirə edildiyi fevral ayında Ankarada prezident Ərdoğanla görüşü zamanı protokoldan kənar qeydiyyatda verilmiş önəmli bəyanatı gündəmə çıxıb. Culiani Zərrab işinə nisbətdə öz rolu haqda məhkəməyə təqdim etdiyi ifadədə məlumat verib ki, onun vəzifəsi “ABŞ-la Türkiyə arasında ABŞ-ın milli maraqlarına cavab verən müqavilə bağlamaq idi”.

Xatırlayırsınızsa, Türkiyənin bəzi nazirlərinin qalmaqallı danışıqları məlum olub və ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn müstəqil Kürdüstanın yaradılması imkanının mümkünlüyü haqda məlumat verib. Flinn öz açıqlamasında həmçinin sıradakını bildirib: “Peşmərgə ən qəhrəman şəkildə müqavimət göstərən qüvvəni təmsil edir. Mənim Peşmərgə ilə birlikdə apardığım tədbirlərdə o, özünü olduqca istedadlı idarəçiliklə mühüm, mütəşəkkil struktur kimi göstərib. Mənim baxışımca, kürdlər ömrüm boyu rastlaşmalı olduğum ən qəhrəman xalqlardan biridir. Yaradılmaqda olan müstəqil Kürdüstana ABŞ və koalisiya ölkələri tərəfdən dəstək göstərmək vacibdir. Fikrimcə, yeni Yaxın Şərq formalaşır, İraq və Suriya isə öz bütövlüyünü saxlaya bilmir və dağılacaq. Hesab edirəm ki, Yaxın Şərqdə üç, ya da dörd yeni ölkə meydana çıxacaq və demək olar ki, gələcəkdə müstəqil Kürdüstanı görəcəyik”.

Deyəsən, professor Ümid Özdağın bəyanatı Türkiyə hökumətinin ABŞ vəzifəli şəxslərinə nisbətdə güzəştlərinə işıq salır. Bu arada Türkiyədə mübarizə, hətta PKK ilə Xalqların Demokartik Partiyası (XDP) arasında müharibə var. Amma bu xüsusda ƏİP və Ərdoğanın öz planları mövcuddur. Gəlin, sanki pırtlaşıq görünən kələfi açmağa cəhd edək.

Uzun müddət sürgündə yaşamış kürd siyasətçi Kamal Burkay bəyanatlarının birində məlumat verib: “1970-ci illərdə kürd probleminin demokartik yolla həlli uğrunda mübarizə aparırdıq, amma bu səylər PKK tərəfindən amansız şəkildə boğuldu”.

Burkay həmçinin PKK lideri Abdulla Öcalanın qan donduran ifadələrindən də danışıb: “PKK-nı biz yaratmışıq. Dövlət üç il ərzində bizi qida, silah və pulla təmin edib. Əvəzində tələb edirdilər ki, digər kürd birləşmələrinə qarşı vuruşaq. Üç il onların tələb etdiklərinin hamısını yerinə yetirdik”.

Dövlət kürdlərə siyasi yolla heç vaxt hər hansı hüquq təklif etməyib. İçində Kamal Burkayın olduğu kürd elitasının 1970-ci illərdəki siyasi cəhdləri boğuldu. Kürdlər siyasətə deyil, məcburən partizanlığa, dağlara göndərildi. Sonrakı illərdə kürdləri təmsil edən partiyalar yaradılıb. Məsələn, Xalq Əmək Partiyası (NEP), Demokratik partiya (DEP), Xalq Demokartik Partiyası (HADEP). Bu partiyaların deputatları və liderləri ya öldürülüb, ya da həbs edilib. Nəticədə Konstitusiya məhkəməsinin qərarı ilə bu partiyalar bağlanıb. Dövlətin dəhlizlərində bilirdilər ki, kürdlər öz vətəndaş hüquqlarını siyasi yolla tələb etsələr, PKK-ya ehtiyac qalmayacaq. Bu səbəbdən həmişə kürldərin üzünə siyasət qapılarını bağlayıblar.

2014-cü ildə Xalqların Demokartik Partiyası (XDP) yaradılıb. Türkiyənin tarixində ilk dəfə kürdləri təmsil edən partiya 2014-cü il 7 iyun seçkilərində parlamentə 80 deputat irəli sürdü. XDP Millətçi Hərəkat Partiyasını ötərək parlamentdə üçüncü partiya oldu. Bu, kürdlərin sözsüz qələbəsi idi – o cümlədən parlamentdə təmsil edilən deputatların sayı baxımından. Ancaq bu qələbə PKK-nın və Qəndil dağlarındakı idarəçilik mərkəzinin ürəyincə olmadı. Həmin gün çıxan nəşrlərdə xəbər verilirdi ki, PKK və Kürdüstan İcmaları Birliyinin sıralarında Milli Kəşfiyyat Xidmətinin (MİT) mindən çox agenti xidmət edir.

ƏİP 2015-ci il 7 iyun seçkilərində önəmli sayda səs itirdi. Deputatların sayı 69 nəfər azaldı. Ərdoğan şok durumunda idi, 5 gün müddətində hətta camaat içinə də çıxmadı. Və PKK Ərdoğanın xatirinə yenidən döyüş meydanına döndü ki, kürdlərin mülki siyasətdə qazandığı qələbəyə son qoysun. Həm də kürdlər üçün heç bir məntiqi əsası olmayan qanlı savaş açdı. Onlarla partlayış və yüzlərlə günahsz qurban ƏİP üçün həyat öpüşü oldu. Xalq yaradılmış vahimə atmosferi sayəsində ƏİP-ə doğru axışdı. Və ƏİP 1 noyabr seçkilərində lazımi sayda səs toplayıb öz hakimiyyətini möhkəmlətdi.

İndi isə Ərdoğan kürd siyasətinin təmsilçilərindən hərfiyyən bu cür səslənən “Biz sənə hökmdar olmaq imkanı verməyəcəyik” qərarına görə qisas alır. Bu sözlərin müəllifi Səlahəddin Dəmirdaş və XDP deputatları  həbsdədirlər. PKK hücum edir, hesab isə mülki siyasətə, yəni XDP-yə təqdim olunur. PKK XDP-nin binalarına zərbə endirir, daşa tutur, dağıdır.  ƏİP isə atılmış addımlar sayəsində və milli ritorikanın köməyi ilə XDP seçicilərini özünə sarı meylləndirir. Beləliklə, bir güllə ilə iki dovşan vurulur.

Bundan sonra PKK-nın bir qayğısı var – Ərdoğanın təkbaşına hökmdar olması, kürdlərin siyasi arenadan qovulması və seçkilərədək XDP-nin bağlanması. Çox güman ki, bu maneələr “1 noyabr formulu üzrə” dəf olunacaq. PKK və Kürdüstan İcmalar Birliyinin sıralarında milli kəşfiyyatın agentləri xidmət edəcəklər. Aşağı səs göstəricisi olan bölgələrdə partlayışlar guruldayacaq. Hər bir şəhərdə və rayonda günahsız qurbanlar olacaq, vahimə atmosferi hər bir məhəlləyə və evə soxulacaq. Və xalq qorxu içində yenidən Ərdoğana sarı qaçacaq.

 

Tərcümə Strateq.az-ındır.