Doğrudan da, Türkiyədə ikinci seçki demokratiyanın qələbəsi olmadı. Axı ölkə öz seçimini artıq iyunun 7-də etmişdi, lakin nəticələr 2002-ci ildən hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) ürəyincə olmadı: parlamentdə mütləq çoxluqdan məhrum oldu. Prezident Rəcəb Tayib Ərdoğan koalisiya qurulmasına qarşı çıxış etdi və müvafiq surətdə baş hökumət yaratmaq tapşırığı almış nazir Əhməd Davudoğlu bunu etmədi. Beləliklə, yeni seçkilər təyin edildi.
Lap əvvəldən hər yerdə “qeyri-demokratik ruh” hökm sürürdü. ƏİP “Biz qalan dünyaya qarşı” seçimi altında seçki prosesi biçimlədi. Ankarada yüzdən çox insanın həyatına son qoymuş teraktdan sonra Davudoğlu ən ciddi şəkildə “terrorizim kokteyli”ndən danışırdı: onun sözlərinə görə, Kürd Fəhlə Partiyası (PKK) və İŞİD ƏİP-in yönəltdiyi Türkiyəyə ziyan vurmaq qəsdilə birlərşib. Sanki bir-birinə düşmən olan iki terrorçu qurum əlbir hərəkət etməyə başlayıb. Başlıcası, görüntü yarandı: hamı bizə qarşıdır, bizim ətrafımızda birləşin!
Türk jurnalistləri səlahiyyət sahiblərinin mövqeyinin sərtliyini öz üzərlərində hiss etdilər. Məsələn, “Hürriyet” qəzetinin hakimiyyəti tənqidə tutan köşə yazarı Əhməd Hakanı bu günlərdə İstanbulda öz evinin yanında döydülər. Onun burnu və qabırğası sındırıldı.
ƏİP-ə yaxın “Yeni Akit” təbliğat nəşri bu yaxınlarda xarici KİV-i, o cümlədən Spiegel-i həqarətlə “kafir” adlandırdı.
Lakin sıradakı açıq vahimə doğurur: iyun səsverməsindən sonra əlverişsiz nəticələrə görə ƏİP PKK-ya münasibətdə barış səylərini dayandırdı və kürdlərə qarşı müharibəyə başladı. Eyni zamanda sabitliyin ancaq onun hakimiyyəti dönəmində təmin oluna biləcəyini bildirməyə üzü də gəldi.
Bu ona oxşayır ki, quyudakı suya zəhər tökəsən, sonra isə sudaşıyan kimi kömək təklif edəsən. ƏİP vahimə yaydı ki, xalqı özünə cəlb etsin və dəstəyinə nail olsun. Eyni zamanda öz mənfəəti naminə insanların məhvinə yol verdi. Hakimiyyəti tənqid üçün ən qorxaq səylər göstərən adam düşmən elan edildi.
PKK bu cür şəraitdə terrora əl atdı və beləliklə, kürdyönlü XDP-yə ziyan vurdu. İŞİD bu durumda videomüraciətlə ilk dəfə ölkəyə savaş elan etdi və xeyli terakt keçirtdi. Həm də Almaniya kansleri Angela Merkel bu cür durumda – seçkiöncəsi kampaniyanın qızğın çağında yardım əli uzatdı: Türkiyəyə səfər etdi, – lütfən, lütfən – Ankara “qapını bağlasa” və daha az qaçqının Avropya yetişməsinə şərait yaratsa, Ərdoğana və Davudoğluna milyardlar vəd etdi və Türkiyə vətəndaşları üçün AB-yə vizasız gedişin perspektivlərini göstərdi.
Seçkilərdəki qələbə qanlıdır, acı həqiqət isə bundan ibarətdir ki, Türkiyədə söhbət qətiyyən demokratiyadan deyil, strateji maraqlardan, təhlükəsizlikdən, iqtisadi məsələlərdən gedir.
Hasnain Kazim
“Der Spiegel” (Almaniya), 02.11.2015