XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 10:50

Amerikanı kimlər idarə edir:Tramp xarici siyasət isteblişmentinə qarşı dura bilmədi - Təhlil

Suriyada kimyəvi hücumun qurbanları

Foto Reuters-indir

 

Yan Çarnoqurski

Hlavné správy (Slovakiya), 28.04.2017

 

Donald Tramp aprelin 4-də Suriya bazasının  bombardmanı əmrini verdi və Amerika ordusu əmri dərhal icra etdi. Bəhanə rolunu Suriya hökumət aviasiyasının guya kimyəvi silah işlətməsi oynadı. Bu andan internetdə bu arqumenti şübhə altına alan xəbərlər dolaşır. Amerika hökumətinin pulu hesabına var olan “Ağ dəbilqələr” Amerika-Britaniya təşkilatı artıq aprelin 3-də Suriya aviasiyasının kimyəvi silah işlətməklə hücumu barədə məlumat dərc etmişdi, lakin zərbənin özü ancaq aprelin 4-də baş tutmalıydı. İnternetdə “Ağ dəbilqələr”in əməkdaşlarının əlcəksiz toxunduğu hücum qurbanlarının fotoşəkilləri peyda oldu, amma kimyəvin silahdan istifadə haqda məlumat həqiqət olsaydı, onda bu təşkilatın əməkdaşları da ziyan çəkməliydi.

Və daha bir məqam. Keçmişə bir qədər nəzər salmaq lazımdır. 1998-ci ildə o zamankı prezident Bill Klinton kiməsə olduqca müstəqil görünə bilərdi. Təcrübə keçən Monika Levinska və onun prezidentlə seks əhvalatı ortalığa çıxdı. Bill Klintonu impiçment, prezidentliyin itirilməsi  təhdid edirdi. Yekunda hər şey yaxşı qurtardı, amma Klinton sözəbaxan oldu. Növbəti il Yuqoslaviyanın bombardmanı baş verdi və Kosovo de-fakto qoparıldı.

Prezident Obamanı hələlik buraxaq. Lakin hələlik. Donald Tramp keçən ilin seçkiqabağı kampaniyasında yöndəmsiz danışırdı. Terrorizmə qarşı mübarizədə Vladimir Putinlə birləşmək, başqa dövlətlərin daxili işlərinə qarışmamaq istəyir,  Suriyada rejimin zorakılıqla dəyişdirilməsini həyata keçirməyə can atmır, dünyanı gizlicə manipulyasiya edən pərdəarxası güclərdən danışırdı.

Nəticə özün çox gözlətməyə vadar etmədi. “Onun” respublikaçı konqresmenləri onun qanunlarını qəbul etmədilər, ucadan səslər gəldi ki, Donald Tramp prezident postunu tərk etsin. Tramp addım-addım geri çəkilməyə başladı. Öz adamlarını vəzifədən götürdü, o biri adamları, məsələn, dövlət katibi Reks Tillerson antirusiya yönündə danışmağa başladı. Tillersonun hələ onun indiki posta təyinatından əvvəlki dövrdən Rusiya dövlətrinin dostluq medalı var.

Tramp bu dəfə son dərəcə şübhəli məlumatlara söykənib Suriyanı bombalamağı tapşırdı. O, qələbəsinə səbəb olmuş seçkiqabağı kampaniyada vəd etdiklərinin tam əksini etdi.

İndi isə Barak Obamaya dönək. Amerikanın “The Atlantic” dərgisinin 2016-cı il aprel sayında Cefri Qoldberq getməkdə olan prezidentin xarici siyasətinin yekunlarına dair “Obama doktrinası” başlıqlı məqalə dərc etdirdi. O, prezidentlə geniş söbhət əsasında yazılmışdı. Müəllif məqalədə Barak Obamanın 2013-cü il qərarına böyük diqqət ayırmışdı. O zaman da Suriya ordusunun öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadəsi haqda yanlış məlumatlar əsasında prezidentə basqı göstərilir, Suriyaya hücumun həyata keçirilməsinə çağırılırdı. Barak Obamanın özünün “Washington playbook” adlandırdığı adamlar və çevrələr ona təzyiq edirdilər. Bunlar media, maliyyə dairələrindən olanlar və insan haqları uğrunda mübarizə aparanlar, yəni ABŞ-da çox böyük səlahiyyətə sahib olanlar idilər.

Obama onlara qarşı dura bildi. O cümlədən Suriyanın bütün kimyəvi silahları və istehsalı üçün avadanlıqları Rusiyaya və başqa dövlətlərə təhvil verməyi təklif edən Rusiyanın yardımı ilə. Suriya bunu yerinə yetirdi və bombardmanların başlanması barədə siyasi qərar qəbulu artıq mümkün deyildi. Obama azad olarkən bu çevrəyə, şəxslərə qarşı dura bildiyi günün adını çəkir.  

Donald Tramp isə onlara, başqa sözlə, xarici siyasət isteblişmentinə, Amerika xarici siyasətini gerçək şəkildə yönəldənlərə qarşı dura bilmədi. Bu, Amerika xarici siyasətinin kölgəsində yerləşmiş gücdür. Bizdə kimsə yazsaydı ki, Amerika xarici siyasətini adı çəkilməyən güclər idarə edir, həqiqətpərəst jurnalistlər o andaсa sui-qəsd nəzəriyyəsindən danışmağa başlayardılar. Bu cür jurnalistlərə öz nicatları üzərində işləmək üçün “The Atlantic”in 2016-cı il aprel sayını oxumağı məsləhət görmək lazımdır.

 

Tərcümə Strateq.az-ındır.