XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 Aprel 2017 - 09:02

Livan eksperti:"Rusiya Bəşər Əsədi qaza və milli maraqlarına qurban verəcək” – Təhlil

Əl-Məsryun (Misir), 28.04.2017


Livan yazıçısı və siyasi analitiki Cerri Mahir bildirib ki, Rusiya Əsədin uzaqlaşdırılmasından böyük mənfəət əldə etmək üçün vaxt udmağa çalışır. O, əlavə edib ki, Əsəddən imtina Qətərdən Avropaya layihələşdirilən qaz kəmərindən imtina haqda hansısa zəmanətin əvəzində mümkün olacaq. Mahir CNN Arabic-ə müsahibədə xəbər verib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və Kremlin Əsədin gələcəyi və “Huzbullah”ın Suriyada iştirakının qanuniliyinə dair mövqeyi, sadəcə, piroqdan pay qoparmaq üçün vaxt udmaq cəhdidir. 

Mahirin sözlərinə görə, Moskva Qətərdən Avropaya layihələşdirilən qaz kəmərinin inşasından imtinaya, həmçinin Yaxın Şərqdə hərbi bazalarının yerləşdirilməyinə zəmanət alanda Əsədin gedişini sürətləndirəcək. Rusiya xarici işlər naziri səudiyyəli həmkarı Adil əl-Cübeyrlə mətbuat konfransının gedişində bildirib ki, “Hizbullah” və İran Suriya hökumətinin dəvətilə Suriyadadır. Mahirin fikrincə, Rusiya Bəşər Əsədin uzaqlaşdırılması və rejimin devrilməsi üzrə istənilən danışıqlarda maksimal mənfəət əldə etməyə çalışır.

Mahir deyib ki, Rusiyanın Suriyada marağı yoxdur. Suriya yalnız Qətərdən Suriyaya, Suriyadan isə artıq Avropaya keçən qaz ixracatının qabağını almaqdan ötrü hərbi-dəniz və hava bazasının yerləşdirilməsi üçün münasib ərazidir. Rusiya bu qaz kəmərini özünün milli təhlükəsizliyi üçün strateji təhdid sayır.

Livan politoloqu hesab edir: Kremlin mövqeyi bundan ibarətdir ki, Putin Əsədin müdafiəçisi deyil, çünki Rusiya onun hakimiyyətdə saxlanmasında maraqlı deyil. Amma Suriyada Rusiyanın Aralıq dənizində əldə etdiyinin saxlanmasına ərəb-Amerika zəmanəti əldə etməkdə qırmızı xətt saydığı öz maraqları var. Bundan savayı, Rusiya Əsəddən tez və ağrısız yaxa qurtarmağın üsullarını arayır ki, rahat nəfəs alsın.

Mahir həmçinin Rusiya və keçmiş Sovet İttifaqının beynəlxalq mövqeyini xatırladıb. O, əlavə edib ki, Rusiyanın Suriya məsələsi üzrə mövqeyi sərt olaraq qalır ki, bu da ondan xəbər verir ki, Rusiya BMT-nin Suriya xalqının öz müqəddəratını təyin etməyə müstəsna hüququnu və keçid hökumətinin yaradılmasını ehtiva edən 2254 saylı qətnaməsini dəstəkləyib. Lakin Rusiya Əsədi və yaxud hər hansı sistemi deyil, öz maraqlarını müdafiə edir.

Mahir yekunda deyib: ən sonda aydındır ki, ABŞ və İsrail Suriya məsələsi üzrə “yaşıl işıq” yandıranda BMT Təhlükəsizlik Şurasında Rusiya qərarları üçün yer tapılmayacaq. Buna görə də Rusiyanın bu gün edə biləcəyi hər şey vaxtı uzatmaqdır ki, Əsəddən və onun rejiminin müttəfiqləri İran və “Hizbullah”dan qurtulmamışdan qabaq maksimal mənfəətə nail olsun.

 

Tərcümə Strateq.az-ındır.