XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 April 2015 - 13:18

Bjezinski və Rusiya

Bjezinski: “Bəşəriyyətin taleyi ABŞ-ın Türkiyə və Rusiya ilə vəhdətindən asılıdır”

Картинки по запросу bjezinski

Polşa mənşəli Amerika politoloqu Zbiqnev Bjezinski: Roma klubunda bir sıra yüksək vəzifələr tutub. Rokfellelrin tövsiyəsi ilə üçtərəfli komissiyanın yaradılmasına rəhbərlik edib və onun ilk rəhbəri olub. Sosialist ölkələrinə “totalitar dövlət” anlayışını tətbiq edib və Stalini Hitlerlə tutuşdurub. Prezident Karterin dönəmində milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini tutub. Rusiyanın o qədər qatı əleyhdarıdır ki, kommunizmin iflasına onun payı barədə suala belə cavab verib: “Hansı ideologiyanı dəstəkləməsindən asılı olmayaraq, hər şeydən əvvəl Rusiyaya qarşı mübarizə aparırdım”. Rusiyanın dirçəlməsindən qorxaraq qeyd edib ki, “Ona var olmaq imkanı vermək mümkündür, lakin nəyin bahasına olursa-olsun, ona superdövlətə çevrilmək imkanı vermək olmaz!”

Və budur, indi bu siyasətçinin özü iddia edir ki, ABŞ-a qarşı üç qüvvə hərəkət edir: antiqlobalçılar, marksistlər və xristianlar. Təklif edir ki, soyuq müharibənin çoxsaylı savaşlarını udmaqda Amerikaya kömək etmiş Amerika demokratiyası və kütləvi mədəniyyətini bu təhdidlərə qarşı qoymaq lazımdır.

Onun fikrincə, indiki ABŞ sıradakı altı əlamətlə 80-ci illərin Sovetlər Birliyinə çox bənzəyir: hərbi avantüralar nəticəsində maliyyə iflası, siyasi sistemin islahatının mümkünsüzlüyü, həyat səviyyəsinin enməsi, ancaq özünün varlanması barədə düşünən və ölkənin taleyinə laqeyd imkanlı adamların hakimiyyətə gəlməsi, xarici düşmənlər aramaq yolu ilə ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq cəhdləri, beynəlxalq təcridə aparan xarici siyasət.

O həmçinin iddia edir ki, 1997-ci ildə Amerikanın 30 illik dünya liderliyinə zamin dururdusa, indi yuxarıda sadalanan tendensiyaların saxlanması halında ABŞ yaxın 10 ildə təkcə liderliyini itirməyəcək, həm də SSRİ-də baş vermiş sosial fəlakət yaşaya bilər.

ABŞ bu liderliyi itirməsin deyə “Nə etməli?” sualına verdiyi cavab, həqiqətən, adamı heyrətə gətirir, çünki heç zaman Rusiyaya nifrətini gizlətməyən şəxsin ağzından çıxır.

Bjezinski iddia edir ki, bəşəriyyətin taleyi ABŞ-ın Türkiyə və Rusiya ilə vəhdətindən asılıdır, Qərb Rusiyanı strateji müttəfiq qismində öz sisteminə inteqrasiya etməlidir. Əks halda, ABŞ hakim dairələr üçün fəlakət olası dağılmağa doğru gedəcək. Necə deyərlər, şeytan nədən danışdığını bilir. Bjezinsnki isə həm də bic tülküdür.

Bjezinski maliyyə sisteminin iflasından, siyasi sistemin islahının mümkünsüzlüyündən, həyat səviyyəsinin düşməsindən, ölkənin taleyinə etinasız imkanlı adamların hakimiyyətə gəlməsindən, daxili problemləri gizlətmək cəhdləri və ABŞ-ı qalan dünyadan təcrid edən xarici siyasətdən yazır və bildirir ki, bütün bunlar ölkəni fəlakətə aparır.

Lakin bu zaman susur ki, bu böhranın həll şansı çox azdır, çünki Obamanın təşkil olunmuş, yuxarıda xatırladılan altı amildən ən çox fayda götürən iri kapitala qarşı dura biləcək yaxşı qüvvəsi yoxdur.

Obama ABŞ iqtisadiyyatını və nəticədə bütün dünyanı da xilas edəsi radikal tədbirlər görəcəkmi? Getdkcə daha da nüfuzlu və iddialı olan və məsələni dünya maliyyə sisteminin iflasına aparan spekulyant bankirləri nə vaxtsa yerində oturdacaqmı? Uoll-stritin hədsiz qüdrətinə qarşı durub hazırda taleyin ixtiyarına buraxılmış əksər əhalinin maraqlarını müdafiə edə biləcəkmi? Amerika multmilyarderi Uorren Baffetin ona məsləhət gördüyü kimi fövqəlgəlirlərə vergini artıracaqmı? İstehlakçıların alıcılıq qabiliyyətini artırmaq və istehsalı stimullaşdırmaq üçün maaşları artıracaqmı? O bu tədbirləri indi görməlidir, problem kəskinləşib qar topası kimi böyüməyə başlayanda yox.

Yada salaq ki, Böyük Depressiya 1929-cu ilin Qara cümə axşamı gözlənilmədən və stixiya şəklində başlandı. Birja bazarının aşınması heç nəyin gözlənmədiyi bir durumda baş verdi. Əhalini vahimə bürüdü və yalnız Ruzvelt kimi insan bu vəziyyətdən qismən çıxa bildi. Böhran sistemli problem üzündən – kapitalın bir ovuc insanın əlində cəmləşməsindən baş verdi. Həm də yalnız II Dünya Savaşının başlanması onun başa çatmasını mümkün etdi. Eyni hal indi də baş verə bilər. Yerüzündə həyatın özünün varlığını təhlükə altında qoyası belə miqyaslı münaqişələri alovlandırmağa kimin halı var?

Ən yaxşısı, cavab üçün Şerlok Holmsa – cinayətdən xeyir götürən kəsə üz tutmaq lazımdır. İndiki halda bu, “dövlət komponentli özəl struktur” olan Federal Ehtiyat Sistemidir. Onun sahibi heç nə ilə təmin olunmamış pulları çap etməyə müstəsna hüquqlarının qorunması naminə hər şeyə hazır olan bir ovuc bankirdir. Nikson dolların qızılla və ya başqa sərvətlə təmin olunmasını ləğv edəndən sonra onlar bu işlə məşğul olurlar. Və bunu qiyamət gününə qədər etməyə cəhd edəcəklər.

Nə etməli? Passivliyi tərgidib mütəşəkkil sutərdə hərəkət etmək. Problemin həllini dərk etmək onun həllinə ilk addımdır.

Rodolfo Bueno (“Rebelion”, İspaniya)

Qaynaq: inosmi.ru